YEGANƏ ƏSƏDOVA
Fikrimi görkəmli pianoçu Anton Rubinşteynin sözlərilə
başlamaq istəyirəm. O, demişdir: «Hər hansı başqa sənətlər kimi,
musiqi sənəti də onunla məşğul olanlardan özlərinin bütün
düşüncələrini, bütün duyğularını, bütün vaxtlarını bü sənətə qurban
verməyi tələb edir». Üzeyir Hacıbəyli adına Naxçıvan Musiqi
Texnikumunun (indiki Musiqi Kolleci) 35 illik inkişaf yolu
pianoçuluq məktəbi sahəsində də böyük yaradıcılıq nailiyyətləri ilə
əlamətdardır. Bu məktəbdə fortepiano şöbəst formalaşmış və inkişaf
etmişdir. Haqqında söhbət açmaq istədiyimiz şəxs də Naxçıvan
Musiqi Texnikumunun yetirməsi olan Yeganə Əsədovadır. O,
yüksək pedaqoji tələbkarlığı, iradəli təşkilatçılığı, vətənpərvərliyi və
öz xalqının gələcəyinə inamı ilə seçilən bir pianoçudur. Yeganə
Əsədova onun haqqında deyilənləri sözdə yox, öz işi, fəaliyyəti ilə
həmişə döğruldub və doğrultmaqdadır. Bu baxımdan tərcümeyi-halı
da bu deyilənlərə sübutdur.
125
Yeganə Həmzə qızı Əsədova 1963-cü il iyulun 9-da Naxçıvan
şəhərində anadan olmuşdur. Musiqiyə böyük həvəsini görən
valideynləri onu 1970-ci ildə Naxçıvan şəhər 1 saylı uşaq musiqi
məktəbinin fortepiano sinfinə qoyurlar. 1978-ci ildə Yeganə
Naxçıvan şəhəri Üzeyir Hacıbəyli adına orta ixtisas musiqi mək-
təbinin fortepiano şöbəsinə daxil olur, 1982-ci ildə oranı fərqlənmə
diplomu ilə bitirdikdən sonra o, Azərbaycan Dövlət Konser-
vatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) fortepiano
ixtisası şöbəsinə daxil olur. Gənjlərin və yeniyetmələrin ideya-
mənəvi aləminin müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edən
musiqi tərbiyəsinin inkişafı ilk növbədə musiqi təhsili ilə bağlıdır.
Musiqi təhsili prosesinin yüksək səviyyəyə çatmasında musiqi
müsabiqələri, musiqi baxışlarının və sair tədbirlərin keçirilməsi çox
mühüm əhəmiyyətə malikdir. Belə ki, şagirdlər arasında yaxşı
mənada «rəqabət» hissinin aşılanması, əsl sənət yarışının təşkil
edilməsi onların ifaçılıq səviyyəsinin yüksəlməsinə, daxilən
zənginləşməsinə səbəb olaraq, onlara gələjəkdə öz ifaçılıq
qabiliyyətlərini daha da artırmağa sövq edir. Konservatoriyada
görkəmli musiqiçilərdən dərs alan və parlaq fortepiano ifaçılığı ilə
fərqlənən Yeganə hələ tələbə ikən keçirilən Beynəlxalq
Müsabiqələrdə dəfələrlə çıxış etmişdir.
1989-cu ildə Naxçıvana qayıdan Yeganə Əsədova Musiqi
Texnikumunda pedaqoji fəaliyyətə başlayır. O, bu təhsil ocağında
ifaçılıqla pedaqoji fəaliyyətini müvəffəqiyyətlə uyğunlaşdırmaq
qabiliyyətini göstərə bilir. Heç təsadüfi deyil ki, çox keçmədən onu
rəhbərliyə cəlb edirlər. Belə ki, 1997-ci ildən 2000-ci ilə qədər o,
Texnikumda fortepiano şöbəsi üzrə Fənn Birləşmə Komissiyasının
sədri, 2002-ci ildən 2005-ci ilə qədər isə texnikumun direktoru
vəzifəsində çalışır.
|