Yeganə Əsədova Naxçıvan Musiqi Texnikumunun müəllim kollektivi ilə birlikdə. 2004-cü il. Pedaqoji və ictimai fəaliyyətlə yanaşı Yeganə Əsədova elmi
işlə də əsaslı məşğul olur. O, Bakı Musiqi Akademiyasının dis-
sertantı kimi elmi fəaliyyətə başlayır və aktual səciyyəli dissertasiya
mövzusu üzərində 4 il çalışır. Nəhayət, Yeganə Əsədova 2004-cü
ildə Bakı Musiqi Akademiyasında maraqlı bir mövzunu uğurla
müdafiə edir. «XX əsr Azərbaycan musiqişünaslığında xalq
musiqisinin tədqiqi məsələləri» (tarixi aspekt) adlanan mövzu ilk
dəfə tədqiq olunur və Yeganə Əsədova həm opponentlərin, həm də
müdafiə şurasının müsbət rəylərini qazanır, sənətşünaslıq namizədi
elmi dərəcəsinə layiq görülür. Hal-hazırda o, dissertasiya işini
monoqrafiya kimi işləyir.