Naxçıvan Dövlət Universitetində Lətif Hüseynzadənin 100 ililk yubiley tədbirində. (soldan) sənətşünaslıq namizədi Əqidə Ələkbərova, filoloji elmlər namizədi, Azərbaycan Respublikasının əməkdar müəllimi Lətif Hüseynzadə, Naxçıvan Dövlət Universitetinin Rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik İsa Həbibbəyli, sənətşünaslıq namizədi Jalə Qulamova Daima yaradıcılıq axtarışlarında olan Əqidə Ələkbərova hal-
hazırda doktorluq dissertasiyası üzərində işləyir. Dissertasiya
123
Naxçıvan Muxtar Respublikasının mədəniyyəti və qonşu İran,
Türkiyə dövlətləri ilə əlaqə problemlərinə həsr olunmuşdur.
Sənətçinin 2000-ci ilin əvvəllərində ən maraqlı və perspektivli
nailiyyəti – Amerikanın Açıq Səhmdar Cəmiyyət İnstitutunun
Qrand layihəsi ilə yaratdığı – «Naxçıvan incəsənət mərkəzi»dir.
Artıq bu mərkəz Əqidə xanımın fəaliyyətində «Heyvagülü»
kompakt
diskindən sonra Naxçıvanın incəsənətini dünya
səviyyəsinə çıxarmaqda yeni bir addım idi. Belə ki, mərkəz sərgilər
vasitəsilə Naxçıvanı Gürcüstanın paytaxtı Tibilisi şəhərində
Beynəlxalq Festivalda təmsil etmiş və reklam bukletini ingilis
dilində çap etdirmişdir.
Əqidə Ələkəbrova Muxtar Respublikanın mədəni həyatında
göstərdiyi səmərəli əməyinə görə 1999-cu ildə Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi fəxri aldına layiq
görülmüşdür.
Hal-hazırda sənətşünas Türkiyə Cümhuriyyətinin Qars
şəhərində «Kafkaz Universiteti Dövlət Konservatoriyası»nda
pedaqoji fəaliyyətini davam etdirir.