Əqidə Ələkbərova və Jalə Qulamova Naxçıvan Bəstəkalar
Təşkilatının yığıncağında
O, 1985-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Əqidə xanım müxtəlif illərdə Azərbaycan Bəstəkarlar İttifaqının
plenum və qurultaylarının iştirakçısı olmuş, 1980-ci ildə «Gənclər
seksiyası» bölməsində dinləyici kimi, 1990-cı ildə Azərbaycan
Bəstəkarlar İttifaqının qurultayında «Naxçıvan bəstəkarlıq məktəbi,
121
onun tarixi və inkişafı yolları» adlı məqaləsi ilə ətraflı çıxış
etmişdir.
25 ilə yaxın Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan
sənətşünas həm də onlarla musiqi əsərinin müəllifidir. Böyük rus
bəstəkarı Pyotr İliç Çaykovskinin belə bir maraqlı fikri vardır. O,
demişdir: «Musiqişünas, yaxud musiqi nəzəriyyəçisi olmaq istəyən
hər bir kəs gərək bəstəkarlıqla məşğul olub musiqi yazmaq
yollarını, daha doğrusu yaradıcılıq texnologiyasını nəzəri deyil, öz
iş təcrübəsində öyrənib sınaqdan keçirsin». Bu baxımdan onun
yazdığı fortopiano üçün pyeslər, teatr üçün yazdığı musiqilər və s.
əsərlər diqqətəlayiqdir.
Əqidə Ələkbərova mahnı janrında da gözəl, yaddaqalan
nümunələr yaratmışdır. Onun mahnıları çox istedadlı müğənnilərin
repertuarını bəzəyir. Əqidə xanımın ilk mahnıları 1978-ci ildə
«Naxçıvan təranələri» adlı məcmüədə nəşr olunmuşdur.
Ulu öndərimiz Heydər Əliyevə həsr etdiyi Vaqif Məmmədo-
vun sözlərinə «100 il yaşa», «Hər daşında izin var sənin», Gülxar
Əhmədovanın sözlərinə «Müstəqillik yollarında», Dədə Qorquda
vəsf etdiyi Həsən Elsevərin sözlərinə «Dədə Qorqud dastanı», Vaqif
Məmmədovun sözlərinə «Dədə Qorqud boylarında», Novruz
bayramına həsr edilmiş Bəxtiyar Vahabzadənin sözlərinə «Səməni»
mahnıları; Vəli Qaraxanın sözlərinə «Ya Hüseyn, can Hüseyn» adlı
dini-musiqili kompozisiyası da Əqidə xanıma məxsusdur.
Onun mahnı yaradıcılığında gələcəyə inam və etibar motivləri
həmin əsərlərin estetik təsirini, emosionallığını daha da
qüvvətləndirir.
Bütün bunlarla yanaşı Əqidə Ələkbərova müxtəlif illərdə
Naxçıvanda dövrü musiqi gecələri, görkəmli musiqiçilərlə görüşlər,
silsilə televiziya verilişləri aparmış, o cümlədən 1991-ci ildən 1993-
cü ilə qədər «Cəngi» hərbi-musiqili verilişin müəllifi olmuşdur.
|