Azərbaycan bəstəkarlıq sənətinin bu günkü mənzərəsi çoxşa-
xəli və rəngarəngdir. Bu məktəbin bütün nümayəndələri yaşından və
xidmətlərindən asılı olmayaraq mədəniyyətimizin müasir durumu
və gələcək taleyi ilə yaxından maraqlanır, həyati əhəmiyyətli bədii
vəzifələrin həllinə səy göstərirlər. Onların arasında öz dəsti-xətti ilə
seçilən gənc musiqişünas Günay Məmmədova da var.
Günay Məmmədova 1980-ci ildə Naxçıvan şəhərində dünya-
ya göz açıb. 1995-ci ildə Naxçıvan Musiqi Texnikumunun
nəzəriyyə şöbəsinə daxil olmuş, 1999-du ildə oranı müvəffəqiyyətlə
bitirərək Naxçıvan Dövlət Universitetinin «İfaçılıq» fakultəsində
musiqişünas üzrə təhsil almağa başlamış, 2003-cü ildə isə
Azərbaycan Milli Konsevatoriyasının magistratura pilləsinə musiqi-
şünas ixtisası üzrə qəbul olunmuşdur.
O, hələ təhsil illərində Naxçıvanda bir çox ictimai işlərdə və
dövlət tədbirlərində yaxından iştirak etmiş, keçirilən bütün Tələbə
Elmi Cəmiyyətinin konfranslarında çıxış etmiş, müxtəlif dərəcəli
diplomlara layiq görülmüşdür.