Azərbaycan Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov
Bənövşə Rzayevaya Bəstəkarlar İttifaqına üzvlük kitabçasını
təqdim edərkən
Musiqi mədəniyyətinə yiyələnmək və bu mədəniyyəti təbliğ
etmək üçün geniş dünyagörüşə, zəruri biliyə və təcrübi ifaçılıq
133
qabiliyyətinə yiyələnmək lazım olduğunu dərk edən Bənövşə elmi
iş götürərək Naxçıvan Dövlət Universitetinin dissertantı kimi
vaxtaşırı dövrü mətbuatda məqalələrlə çıxış edir. Onun müxtəlif
illərdə mətbuatda çap edilmiş «Naxçıvan musiqi mədəniyyətinin
yadigarı, Tulum» (Bakı, 1996), «Naxçıvanda zurna ifaçıları» (Bakı,
1998), «Tar ifaçıları» (Qeyrət nəşriyyatı, Naxçıvan 2000). «Naxçı-
vanda kamança xalq çalğı alətinin inikişafı tarixindən» (NDU-nin
Elmi əsərləri, Naxçıvan-2004), «Naxçıvan musiqi mədəniyyətinin
tarixində maestro Niyazinin rolu» (Naxçıvan, 2005), «Naxçıvan
Musiqi
mədəniyyətinin inkişafında Hacıbəyovlar nəslinin
xidmətləri» (Musiqi dünyası, Bakı, 2006), «Faydalı vəsait»
(«Musiqi dünyası», Bakı, 2007), «Çay dəstgahı əsərinin musiqi
taleyi», («Musiqi dünyası», Bakı, 2009) və sair elmi məqalələri
təsdiq edir ki, Bənövşə Rzayeva musiqi mədəniyyətimizin
inkişafında uğurlu fəaliyyət göstərən istedadlı musiqiçi-
lərimizdəndir.
O, bu gün də əzmlə çalışır, öz bilik və təcrübəsini tələbələrinə
yorulmadan aşılayır.
|