Naxçıvan Muxtar respublikasının Ali Məclisinin sədri Vasif
Talıbov Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının
üçüncü konfransının nümayəndələri ilə birlikdə. (Günay
Məmmədova (sağdan birinci))
Biz inanırıq ki, Günay bu gənc yaşlarında hələ neçə-neçə
gözəl musiqi əsərləri yaradacaq, öz musiqi peşəkarlığını daha da
zənginləşdirəcəkdir.
137
* * *
Qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik
ənənələrinə malik olan Naxçıvan diyarı, əzəli və əbədi Naxçıvan
torpağı, qədim türk-oğuz yurdu, bəşər sivilizasiyasının
beşiklərindən olub, Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət
mərkəzlərindən biridir. Naxçıvan ərazisində aşkar edilən daş və
metal dövrünün abidələri, Gəmiqayanın sərt qayalarında yazılan iki
minə qədər müxtəlif quruluşlu təsvirlər, öz sənətkarlığı ilə seçilən
boyalı qablar, yüksək qədim şəhərsalma mədəniyyətinin izləri bu
yurdun ilkin sivilizasiya beşiklərindən olduğunu sübut edir.
Naxçıvan musiqi mədəniyyəti də böyük, geniş tarixi irkişaf
yolu keçərək, XXI əsrdə zənginləşərək özünəməxsus yüksək səviyyə
əldə etmişdir.
Bu gün Azərbaycan Respublikası özünün intibah dövrünü
yaşayır desək yanılmarıq. Əgər milli dövlətin qurulan və formalaşan
bir dövründə onun başçısı xalqın müğənnisini, balet ustasını,
bəstəkarını qəbul edib onun problemləri ilə məşğul olursa, onlarla
yubileylər keçirirsə, yeni incəsənət ocaqları açdırırsa, deməli həmin
dövlətin sənət ustaları öz dövlət rəhbəri ilə fəxr etməlidir. Ulu
Öndərimiz Heydər Əliyev də Aazərbaycan mədəniyyətinin sağlam,
sivil, milli və dünyəvi gələcəyini istedadlı, savadlı gənclikdə
görürdü. Xüsusi istedadı olan gənc musiqiçilərə dövlət qayğısı və
himayəsi – onun bütün siyasi fəaliyyətinin əsas məqsədlərindən biri
olmuşdur. Müstəqil Azərbaycanın gənc istedadlarının incəsənətdə
qazandıqları yeni-yeni nailiyyətlər, onu bir dövlət başçısı və milli
lider kimi sevindirir, fərəhləndirirdi. Sitat: «Azərbaycanda incəsənət
sahəsində, musiqi sahəsində böyük şəxsiyyətlər – bəstəkarlar,
ifaçılar, müğənnilər yetişib. Onların adları məşhurdur və bizim
tariximizə yazılıb. Həyatdan gedənləri də bizim üçün əzizdir, bu gün
138
yaşayanlar da xalqımızın, cəmiyyətimizin hörməti və qayğısı ilə
əhatə olunublar… Şübhəsiz ki, istedad qayğı istəyir. Qayğı
olmayanda istedad bəzən özünə yol tapa bilmir, yaxud da ki, onun
yolu çətin olur. İstedadı cəmiyətə, xalqa göstərmək, ona istedadını
inkişaf etdirmək üçün kömək etmək, istedada yol açmıq lazımdır…».
Xalqımız dahi liderimiz Heydər Əliyevin ideyalarını əldə
rəhbər tutaraq möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə
qalibiyyətə doğru gedir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikası Bəstəkarlar
Təşkilatının 3 nəfər üzvünü fəxri ad və Prezident təqaüdünə layiq
görməsi bəstəkarlarımızı döğma Azərbaycanımızın gündən-günə
gözəlləşən həyatına həsr edilmiş yeni-yeni əsərlər yazmağa
ruhlandırır. Bu şərəfli yolda Naxçıvan Muxtar Respublikası bütün
sahələrdə inamla irəliləyir. Naxçıvan Ali Məclisinin sədri hörmətli
Vasif Talıbovun Muxtar Respublikada həyatın bütün sahələrində
olduğu kimi musiqi sənətinə, bu sahənin inkişafına, xüsusilə ifaçılıq
sənəti ilə yanaşı, bəstəkar-musiqişünaslıq sənətinə də hər vəchlə
kömək göstərir. Onun təşəbbüsü ilə ayrıca konservatoriya açılmış,
onun nəzdində bir çox kafedralarla yanaşı bəstəkarlıq kafedrası da
geniş fəaliyyət göstərir. Bütün bu diqqət və qayğı musiqiçiləri daha
yaxşı işləməyə, böyük uğurlar qazanmağa sövq edir.
Naxçıvan Bəstəkarlar Təşkilatı gənc və həvəskar bəstəkarlarla
da müntəzəm əlaqə saxlayır, yaradıcılıq işlərində onlara qayğı və
köməklik göstərir, yeni, istedadlı bəstəkar və musiqişünasların cəlb
olunması hesabına öz sıralarını əzmlə genişləndirir.
Şərəfli və tarixi bir yol keçmiş Naxçıvana Muxtar Respub-
likası Bəstəkarlar Təşkilatı bu gün də öz üzərinə düşən ən çətin
vəzifələri layiqincə yerinə yetirmək və musiqi mədəniyyətimizin
inkişafı naminə var qüvvələrini sərf etməklə zəngin Azərbaycan
139
bəstəkarlıq məktəbinin yüksəlişi naminə yeni-yeni töhfələr yara-
dırlar.
Qarşımızda yalnız bir yol var: qədim tarixi köklərə, çoxəsrlik
zəngin ənənələrə malik olan milli musiqi mədəniyyətimizi dünyaya
tanıtmaq. 30 illik sənət yolu keçən, öz qoynunda onlarla istedadlı
gəncə «yaşıl işıq» yandıran, milli musiqi incəsənətimizin təbliği
sahəsində böyük xidmətlər göstərmiş, Naxçıvan mədəniyyətinin
mənəvi inkişafında xüsusi yeri və layiqli xidmətləri olan Naxçıvan
Bəstəkarlar Təşkilatının bu günkü bədii mənzərəsinə diqqət
yetirəndə iftixar hissi keçirirsən. Öyünürsən ona görə ki, bu gün milli
dəyərlərimiz, milli əxlaqi keyfiyyətlərimiz, soy kökümüz özümüzə
qayıdıb. Ulu öndərimiz Heydər Əliyevin belə bir müdrik sözü var:
«Mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır.
Müvəffəqiyyət isə heç zaman öz-özünə gəlmir, müvəffəqiyyətlərə
nail olmaq üçün böyük, düşünülmüş, ardıcıl və müntəzəm iş
aparılmalıdır».
Bu gün 30 yaşlı sənət ocağı – Naxçıvan Bəstəkarlar Təşkilatı
bütün aydınlığı ilə göstərir ki, hələ onun işıqlı günləri qabaqdadır.
Və yəqin ki, o işıq getdtikcə daha da güclənəcək, musiqi selinə
çevrilərək insanların qəlbində xoş duyğular oyadacaqdır.
|