Нахчыван Мухтар Республикасы Бястякарлар



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə54/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   50   51   52   53   54   55   56   57   ...   60
BƏNÖVŞƏ RZAYEVA 
 
 
 
Azərbaycan  xalqının  sevimli  aləti  olan  kamança  neçə  yüzil-
liklərdir  ki,  onun  bədii  zövqünü  oxşayan  və  musiqiçilərimizin 
ifasında  səslənən  əhəmiyyətli  musiqi  alətidir.  Ötüşən  əsrlərdə 
kamança xalq musiqisinin əsas çalğı aləti olmuş, xüsusilə muğamat 
aləti kimi formalaşmış və inkişaf etmişdir. Hər bir azərbaycanlının 
nəzərində  kamança  tardan  ayrılmaz  olub,  onunla  birgədir.  Yəni, 
kamança XX yüzillikdə sazəndə dəstəsinin çalğı aləti olmuş, indi də 
belədir. 
Xalqımızın  milli  sərvəti  olan  kamança  ifaçılığını  daha  da 
inkişaf etdirmək, bu alət üçün orijinal və maraqlı əsərlər  yaratmaq 
bu  gün bəstəkar  və  ifaçıların  qarşısında  duran  mühüm vəzifələrdən 
biridir.  Hazırda  Naxçıvanda  kamança  ifaçılığı  sənətinin  tanınmış 
nümayəndələri arasında Bənövşə Rzayevanın öz yeri vardır. 
Bənövşə  Mirismayıl  qızı  Rzayeva  1962-ci  ildə  martın  15-də 
Bərdə  şəhərində  anadan  olmuşdur.  Sonralar  ailəsi  ilə  Şahbuz 
rayonunun  Kükü  kəndinə  köçərək  orta  məktəbi  bu  kənddə  bitir-
mişdir.  Hələ  kiçik  yaşlarından  musiqiyə  böyük  həvəs  göstərən 
Bənövşə 1976-cı ildə Şahbuz rayonunun 7 illik uşaq musiqi məktə-


 
131 
binin kamança sinfinə daxil olmuş və təhsil illərində – 1979-cu ildə 
Azərbaycan Respublikası üzrə keçirilən  «Bahar-79» müsabiqəsinin 
qalibi olmuşdur. 
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin