531) Sadə şizofreniya üçün sadalananların hansı səciyyəvi deyil?
A) Son vəziyyətin ağırlığı
B) Psixozun manifestasiya anından başlayaraq son vəziyyətin meydana gəlməsinin sürətliliyi
C) Yetkin yaşda yaranması
D) Xəstəliyin neqativ simptomatika ilə başlanğıcı
E) Pozitiv pozuntuların sindromal tamlığı
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
532) Sadə şizofreniya nə ilə səciyyələnir?
A) Katatonik sindromla
B) Psevdohallyusinasiyalarla
C) Affektiv sindromlarla
D) Neqativ simptomların sürətlə artması ilə
E) Sayıqlama sindromları ilə
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
533) Paranoid şizofreniya sadalananların daha çox hansı yaş dövründə başlayır?
A) Involyusiya
B) Qocalıq
C) Uşaq
D) Yetkin
E) Yeniyetmə
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
534) Xroniki sayıqlama pozuntusu üçün nə xas deyil?
A) Sistemləşmiş sayıqlama
B) Sayıqlama pozuntularının 3 aydan az olmaması
C) Affektiv- sayıqlama pozuntuları
D) Sayıqlama məzmununun yalnız şəxsi xarakter daşıması
E) Neqativ pozuntuların inkişaf etməməsi
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
535) Hallyusinator pozuntuların üstünlüyü ilə paranoid şizofreniya üçün psixopatoloji simptomatikanın aşağıdakı hansı dinamikası səciyyəvidir?
A) Nevrozabənzər pozuntular - psixopatabənzər pozuntular -verbal psevdohallyusinoz
B) Paranoid sindrom, Kandinski-Klerambo sindromu, parafren sindrom - hallyusinator parafreniya
C) Hallyusinator sindrom - psevdohallyusinator sindrom - Kandinski sindromu - oneyroid katatoniya
D) Kandinski-Klerambo sindromu, həqiqi verbal hallyusinasiyalar, verbal psevdohallyusinoz, hallyusinator parafreniya
E) Verbal illüziyalar, həqiqi verbal hallyusinasiyalar, Kandinski-Klerambo sindromu, hallyusinator parafreniya
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
536) Paranoid şizofreniyada Kandinski-Klerambo sindromun hallyusinator variantında aşağıdakılardan hansının üstünlüyü ilə müşahidə olunur?
A) İdeator avtomatizmlərin
B) Motor avtomatizmlərin
C) Həqiqi hallyusinasiyaların
D) Senestopatik avtomatizmlərin
E) Psevdohallyusinasiyaların
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
537) Paranoid şizofreniyada parafren mərhələnin variantları hansı ola bilər?
A) Sadalananların hamısı
B) Ekspansiv parafreniya
C) Konfabulyator parafreniya
D) Sadalananların heç biri
E) Psevdohallyusinator parafreniya
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
538) Paranoid şizofreniyada sadalananların hansı “yekun qüsur vəziyyətə” çatmanın əlamətləri deyil?
A) Monoloq simptomunun yaranması
B) Nitqin qrammatik düzgünlüyünün saxlandığı halda, söylənilənin tərkibcə mənasızlığı
C) Davamlı təsir ideyalarının yaranması
D) Mövcud sayıqlama sisteminin dağılması
E) Xəstənin nitqində neologizmlərin yaranması
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T1
539) Xroniki sayıqlama pozuntusu üçün nə xasdır?
A) Sadalananların hamısı
B) Sadalananların heç biri
C) Neqativistik defekt
D) Manerli defekt
E) Şizofaziya
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
540) Şizotipik pozuntu üçün nə xasdır?
A) Sadalananların heç biri
B) Tədricən şəxsiyyət dəyişikliyinin inkişafı ilə ləng gediş
C) Sadalananların hamısı
D) Affektiv pozuntuların əhəmiyyətli dərinliyi (psixotik depressiya, maniyalar)
E) Dərin emosional enmə
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
541) Şəxsiyyətin histerik pozuntularından fərqli olaraq şizotipik pozuntuda ola bilən histerik əlamətlər hansı ilə fərqlənirlər?
A) Sadalananların heç biri
B) Situasiyaya incə uyğunlaşmanın olmaması ilə
C) Sadalananların hamısı
D) Affektiv solğunluqla
E) Stereotipliliklə
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T1
542) Xroniki sayıqlama pozuntusunun gedişi boyu sadalananların hansı baş vermir?
A) Psixi avtomatizm əlamətlərinin meydana gəlməsi
B) Paranoyal pozuntuların tədricən affektiv “solğunlaşması”
C) Sayıqlama davranışının yaranması
D) Sayıqlama ideyaları fabulasının absurd, cəfəng vəziyyətə çatması
E) Sayıqlamanın tədricən genişlənməsi və sistemləşməsi
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
543) Xroniki sayıqlama pozuntusunda müşahidə olunanlar hansıdır?
A) Təsir sayıqlaması
B) Şəxsi xarakter daşıyan sayıqlama ideyaları
C) Nəzərə çarpan intellektual enmə
D) Psixiki avtomaizmlər
E) Davamlı səs hallyusinasiyaları
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
544) Şizoaffektiv pozuntular hansının arasındadır?
A) Şizotipik pozuntu və affektiv pozuntular
B) Şizofreniyanın paranoid və hebefren formaları arasında
C) Şizofreniyanın paranoid forması ilə affektiv pozuntular arasında
D) Affektiv pozuntular və katatonik şizofreniya
E) Şizofreniya və affektiv pozuntular
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
545) Şizoaffektiv pozuntular üçün hansı səciyyəvidir?
A) Xəstəlik gedişində fasiləsiz pozuntuların olması
B) Şəxsiyyətin nəzərə çarpan dəyişikliyi
C) Tutmada affektiv pozuntulara nisbətən sayıqlama və hallyusinator pozuntuların üstünlüyü
D) Sadalananların hamısı
E) Sadalananların heç biri
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
546) Şizoaffektiv pozuntular üçün hansı səciyyəvi sayılır?
A) Xoşxassəli gediş
B) Sadalananların hamısı
C) Tutmalarla, bəzən fazalı gediş
D) Sadalananların heç biri
E) Daha çox bipolyar xarakterli affektiv pozuntular
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
547) Şizoaffektiv pozuntuda manifest psixoz daha çox hansı yaş dövründə yaranır?
A) Cavanlıq yaşında
B) Yetkin dövürdə
C) Uşaq yaşında
D) Qocalıq yaşda
E) İnvolyusiya dövründə
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
548) Şizoaffektiv pozuntuda psixotik simptomların meydana gəlməsindən əvvəl hansı pozuntular yaranır?
A) Sadalananların heç biri
B) Vegetativ pozuntular
C) Affektiv dəyişikliklər
D) Somatik depersonalizasiya
E) Sadalananların hamısı
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
549) Şizoaffekiv pozuntuda xüsusən affektiv tutmaların əlamətlərinə hansı aiddir?
A) Sadalananların hamısı
B) Maniyakal vəziyyətlərin atipikliyi ( qəzəbli maniya, sayıqlama ilə maniya)
C) Klinik mənzərənin labilliyi, ikiləşmiş tutmaların yaranması və çaşqınlıq, yuxugörmə elementlərin qoşulmasının asanlığı
D) Əsasən qarışıq vəziyyətlərin aşkar üstünlüyü, nadir hallarda sadə melanxoliya
E) Sadalananların heç biri
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
550) Şizoaffektiv pozuntunun depressiv-paranoid tutması üçün sadalananların hansı səciyyəvidir?
A) Suisid təhlükəsinin az ehtimal olması
B) Sadalananların heç biri
C) Sadalananların hamısı
D) İdeomotor tormozlanmanın kəskin nəzərə çarpması
E) Həm maniyakal, həm depressiv dairədə affektiv-sayıqlama pozuntularının inkişafının mümkünlüyü
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
551) Şizoaffektiv pozuntunun oneyroid-katatonik tutması üçün nə səciyyəvidir?
A) Hərəki pozuntular olmadan yarana bilər
B) Şizoaffektiv pozuntunun ən inkişaf etmiş tutmasıdır
C) İfadəli defektin inkişaf etməsindən xəbər verir
D) Bir qayda olaraq, sonrakı tutmanın uzanmış, əlverişsiz gedişindan xəbər verir
E) Düşüncə qaralması olmadan yarana bilər
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
552) Artan qüsurla epizodik gedişli şizofreniyada manifest tutmalar üçün nə xasdır?
A) Affektiv, sayıqlama və katatonik pozuntularla səciyyələnir
B) Stereotip fəaliyyət, heboid oyanıqlıq, özünü böyütmə və reformatorluq ideyaları birgəliyi ilə fərqlənirlər (maniyakal tutmalarda)
C) Sadalananların heç biri
D) Sadalananların hamısı
E) 14-16 yaşda yaranırlar
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
553) Paranoid şizofreniyanın artan qüsurla epizodik gedişi sadalanan hansı tipli tutmanın yaranması ilə səciyyələnmir?
A) Kəskin hallyusinoz
B) Kəskin paranoid
C) Kəskin paranoyal
D) Kəskin katatonik
E) Kəskin parafren
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
554) Şizofreniyanı hansı yaşda aşkarlamaq mümkündür?
A) Orta
B) Yeniyetmə
C) İstənilən yaşda
D) Erkən
E) Məktəbəqədər
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
555) Artan qüsurla şizofreniyada reabilitasiya tədbirlərinə hansı daxildir?
A) Şöbədaxili əmək terapiyası
B) “Hospitalizmi” aradan götürmə tədbirləri
C) Müalicəvi emalatxanalarda işləmə
D) Sadalananların hamısı
E) Sadalananların heç biri
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
556) Uşaq şizofreniyasının debyutu üçün sadalananların hansı səciyyəvi deyil?
A) Yüksək sistemləşmiş interpretativ sayıqlama
B) Fobiyalar
C) Obsessiyalar
D) Sayıqlamayabənzər fantaziyalar
E) Patoloji fantaziyalar
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
557) Yeniyetmə dövrünün şizofreniyası üçün sadalanan sindromlardan hansı səciyyəvi deyil?
A) Sinir anoreksiyası
B) Metafizik intoksikasiya
C) Heboid sindrom
D) Dismorfofobiyalar
E) Yüksək dərəcədə sistemləşmiş paranoyal sayıqlama
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
558) Uşaqlarda şizofreniya neqativ simptomlar fonunda, tədricən, gizli başlayır.Əsas yeri nevrozabənzər (qorxular, sarışmalar), və rudimentar hallyusinasiyalar , aqressivlik və şəxsiyyət dəyişiklikləri simptomlar tutur. Bu vəziyyət hansı pozuntu üçün səciyyəvidir?
A) Epizodik gedişli şizofreniya üçün
B) Fasiləsiz gedişli şizofreniya üçün
C) Şizotipik pozuntu üçün
D) Şizoaffektiv pozuntu üçün
E) Şəxsiyətin şizoid pozuntusu üçün
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T1
559) Xəstədə emosional məhdudlaşma, əlaqə və maraqların kasadlığı, yaxın və ətrafdakı insanlara şübhəlilik, inamsızlıq, düşmən münasibəti ilə psixi rigidlik qeyd olunur. Bu aşağıdakılardan hansı pozuntu üçün səciyyəvidir?
A) Şizofreniya əlamətləri ilə kəskin polimorf psixotik pozuntu üçün
B) Fasiləsiz gedişli şizofreniya üçün
C) Bipolyar affektiv pozuntu üçün
D) Şizoaffektiv pozuntu üçün
E) Epizodik gediş və artan qüsurla şizofreniya üçün
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
560) Yeniyetmələrdə sayıqlamanın sistemləşməsinə meylliklə münasibət ideyaları, epizodik eşitmə hallyusinasiyaları, mentizm tipli psixi avtomatizmlər qeyd olunur. Bu aşağıdakılardan hansı pozuntu üçün səciyyəvidir?
A) Stabil qüsurla epizodik gedişli şizofreniya üçün
B) Şizoaffektiv pozuntu üçün
C) Fasiləsiz gedişli şizofreniya üçün
D) Şizotipik pozuntu üçün
E) Epizodik artan qüsurla gedişli şizofreniya üçün
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
561) Xəstədə psixotik pozuntudan sonra emosional məhdudlaşma, əlaqə və kontaktların kasadlığı psixi rigidliklə birgə, yaxın və ətrafdakı insanlara şübhəlilik, inamsızlıq qeyd olunur. Bu halda sadalananların daha çox hansı mümkündür?
A) Stabil qüsurla epizodik gedişli paranoid şizofreniya
B) Fasiləsiz gedişli paranoid şizofreniya
C) Şizoaffektiv pozuntu üçün
D) Şizotipik pozuntu
E) Şizofreniya əlamətləri ilə kəskin polimorf psixotik pozuntu üçün
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
562) Xəstədə emosional-iradi sferanın, təfəkkürün yetkinsizliyi, meyllərin yüksəlməsi və təhrif olunması, emosional kütləşmə, maraqların zəifləməsi, davranış pozuntusu qeyd olunur. Bu aşağıdakılardan hansı pozuntu üçün səciyyəvidir?
A) Orqanik infantilizm üçün
B) Şəxsiyyət pozuntusu üçün
C) Şizotipik pozuntu üçün
D) Əlverişsiz tərbiyə ilə əlaqədar infantilizm üçün
E) Şizofreniyada şəxsiyyət dəyişikliyi üçün
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
563) Yeniyetmələrdə “metafizik intoksikasiya”- nın, real maraqların azalması ilə inkişaf edən vəziyyət üçün hansı diaqnoz daha uyğundur?
A) Şizoaffektiv pozuntu
B) Patoloji pubertat kriz
C) Şizofreniya
D) Bipolyar affktiv pozuntu
E) Şəxsiyyətin şizoid pozuntusu
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
564) Xəstədə yüksək qiymətli məşğuliyyətlərin , affektiv səthiliyin, reallıqdan kanarlaşma və təfəkkürün sxematikliyi qeyd olunur. Bu pozuntular aşağıdakılardan hansı üçün səciyyəvidir?
A) Şəxsiyyətin şizoid pozuntusu üçün
B) Bipolyar affktiv pozuntu üçün
C) Şizofreniya əlamətləri ilə kəskin polimorf psixotik pozuntu üçün
D) Şizoaffektiv pozuntu üçün
E) Şizofreniya üçün
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
565) Rezidual (qalıq) şizofreniya üçün nə xas deyil?
A) Heç olmasa bir il ərizində parlaq simptomların (sayıqlama, hallyusinasiyalar) minimal olması
B) Psixomotor tormozlanma, aktivliyin enməsi, emosional səthiləşmə
C) Passivlik, nitqin məzmunca və kəmiyətcə kasadlığı
D) Hallyusinasiyaların, sayıqlamanın, çox müxtəlif və dəyişgən olması
E) Keçmişdə, heç olmazsa şizofreniyanın dəqiq bir kriteriyalarına cavab verən psixotik epizodun mövcudluğu
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
Affektiv pozuntular
566) Yeniyetmələrdə qeyri-psixotik affektiv pozuntuda suisidal cəhdlər adətən hansı olur?
A) Parasuisidal
B) Demonstrativ-şantaj növlü
C) Həqiqi
D) Sadalananların heç biri
E) Genişlənmiş
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, Т- 1
567) Depressiv sindrom sadalanan xəstəliklərin hansında yaranmır?
A) Proqressiv paraliçdə
B) Epilepsiyada
C) Simptomatik psixiki pozuntularda
D) Bipolyar affektiv pozuntuda
E) Şizofreniyada
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, Т- 1
568) Maniyakal sindrom sadalanan xəstəliklərin hansında yaranmır?
A) Nevrotik pozuntularda
B) Baş beynin orqanik xəstəliklərində
C) Epilepsiyada
D) Şizofreniyada
E) Bipolyar affektiv pozuntularda
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
569) Bipolyar affektiv pozuntu üçün hansı səciyyəvidir?
A) Proqrediyentliyin olmaması
B) Affektiv sindromlar şəklində epizodlar
C) Sadalananların hamısı
D) Sadalananların heç biri
E) Gedişin dövrülüyü
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
570) Bipolyar affektiv pozuntu üçün hansı səciyyəvidir?
A) Sadalananların heç biri
B) Affektiv vəziyyətlər provakasiyalardan sonra yaranması
C) Epizodların strukturunun tədricən mürəkkəbləşməsi
D) Epizodların kəskin inkişafı
E) Sadalananların hamısı
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
571) Bipolyar affektiv pozuntu və şizoaffektiv pozuntunun differensial diaqnostikası hansı halda mümkündür?
A) Psixopatoloji mürəkkəb vəziyyətlər şəklində gedişdə
B) Sadalananların hamısı
C) Sadalananların heç biri
D) Şəxsiyyət dəyişikliyi inkişaf edirsə
E) Epizodların strukturu mürəkkəbləşdikdə
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
572) Bipolyar affektiv pozuntunun əsas əlamətləri hansı sayılır?
A) Depressiv epizod
B) Maniyakal epizod
C) Sadalananların hamısı
D) Sadalananların heç biri
E) Qarışıq epizod
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
573) Bipolyar affektiv pozuntunun əsas xüsusiyyətlərinə sadalananların hansı aid deyil?
A) Psixopatoloji strukturun mürəkkəbləşməsi
B) Affektiv vəziyyətlərlə gediş
C) Gedişin periodikliyi (dövrülüyü)
D) Epizodlar şəkilində gediş
E) Şəxsiyyət dəyişikliyinin olmaması
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, Т- 1
574) “Sirkulyarlıq” anlayışına nə daxildir?
A) Fazaların affektiv strukturu və gedişi
B) Sadalananların heç biri
C) Polyar fazaların düzgün növbələşməsi
D) Eyni növlü fazaların təkrarlanmasının mütləqliyi
E) Polyar fazaların yaranmasının vacibliyi
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, Т- 1
575) Bipolyar affektiv pozuntuların nəzərəçarpan depressiv epizodları üçün sadalananların hansı səciyyəvi deyil?
A) Özünü günahlandırma ideyaları
B) Özünü yüksək qiymətləndirmə ideyaları
C) Depressiv üçlüyün mövcudluğu
D) Apatiya
E) Depressiv anesteziya
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, Т- 1
576) Bipolyar affektiv pozuntunun nəzərə çarpan depressiv epizodu üçün sadalananların hansı səciyyəvi deyil?
A) Depressiv anesteziya
B) Təşviş hissi
C) Yuxusuzluq
D) Fikirlərin optimistik məzmunu
E) Əhval-ruhiyyənin düşgünlüyü
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
577) Bipolyar affektiv pozuntunun nəzərə çarpan depressiv epizodu üçün hansı səciyyəvidir?
A) Sadalananların heç biri
B) İştahasızlıq
C) Suisidal fikirlər
D) Sadalananların hamısı
E) Hərəki tormozlaşma
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
578) Bipolyar affektiv pozuntunun ifadəli depressiv epizodu üçün sadalananların hansı səciyyəvi deyil?
A) Depressiyaların vital xarakteri
B) İştahasızlıq
C) Təqib ideyaları
D) Suisidal fikirlər
E) Gün ərzində dəyişmənin itməsi
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, Т- 1
579) Suisidal təhlükəli vəziyyətlərə sadalananların hansı aid deyil?
A) Anestetik depressiya
B) Təşvişli depressiya
C) Özünü günahlandırma ideyaları ilə depressiya
D) Stuporoz depressiya
E) Ağlağan depressiya
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, Т- 1
580) Həmişə suisid təhlükəli hansı sayılır?
A) Sadalananların hamısı
B) Disforik depressiya
C) Apatik depressiya
D) Sadalananların heç biri
E) Adinamik depressiya
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, Т- 1
581) Suisid təhlükəsi sadalanan vəziyyətlərin hansı ilə ifadə olunmur?
A) Gün ərzində dəyişmə ilə olan depressiya
B) Depressiv sayıqlama ilə depressiya
C) Melanxolik depressiya
D) Psixastenik depressiya
E) Ajitəli depressiya
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, Т- 1
582) Suisid təhlükəsi hansında olmur?
A) Stuporoz depressiyada
B) Sadalananların heç biri
C) Fobiyalı depressiyada
D) Sadalananların hamısı
E) Gün ərzində dəyişməyən apatik depressiyada
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, Т- 1
583) Bipolyar affektiv pozuntunun ifadəli maniyakal epizodu üçün sadalananların hansı səciyyəvi deyil?
A) Meyllərin aktivləşməsi
B) Təşviş hissi
C) Özünü yüksək qiymətləndirmə ideyaları
D) Maniyakal üçlüyün mövcudluğu
E) Yuxu pozuntuları
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
584) Bipolyar affektiv pozuntunun ifadəli maniyakal epizodu üçün sadalananların hansı səciyyəvi deyil?
A) Əhval-ruhiyyənin yüksəlməsi
B) Zahiri qocalaşma
C) Özünü yüksək qiymətləndirmə ideyaları
D) Hərəki oyanıqlıq
E) İdeator oyanıqlıq
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
585) Bipolyar affektiv pozuntunun ifadəli maniyakal epizodu üçün sadalananların hansı səciyyəvi deyil?
A) Özünü kiçiltmə ideyaları
B) İştahanın artması
C) Yuxu pozuntusu
D) Qıcıqlılıq, qəzəblilik
E) Diqqətsizlik
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
586) Bipolyar affektiv pozuntuda depressiyanın somatik əlamətlərinə hansı aid olunur?
A) Sadalananların hamısı
B) Qəbizlik
C) Dismenorreya
D) Sadalananların heç biri
E) Arıqlama
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
587) Bipolyar affektiv pozuntuda depressiyanın somatik əlamətlərinə hansı aid oluna bilər?
A) Sadalananların heç biri
B) İştahasızlıq
C) Zahiri qocalaşma
D) Çəkinin artması
E) Sadalananların hamısı
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, Т- 1
588) Bipolyar affektiv pozuntuda depressiyanın inisial mərhələsinin somatik xüsusiyyətlərinə sadalananların hansı aid deyil?
A) Əhval-ruhiyyənin nəzərə çarpan enməsi
B) Yuxunun çətinləşməsi
C) Əzginliyin artması
D) İştahanın azalması
E) Fiziki diskomfort hissi
Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, Т- 1
589) Bipolyar affektiv pozuntuda ağır depressiv epizodunun somatik xüsusiyyətləri aşağıdakılardan hansı sayılır?
A) Sadalananların heç biri
B) Qəbizlik
C) Sadalananların hamısı
D) Yuxunun nəzərə çarpan pozuntuları
E) Dismenorreya
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
590) Sadalananların hansı bipolyar affektiv pozuntunun depressiv epizodunun yüksək həddində müşahidə olunan somatik əlamətləri deyil?
A) Bədəndə diskomfort hissi
B) Arıqlama
C) Dərinin avazıması
D) Xəstələrin zahirən cavanlaşmış görünüşü
E) Ərpli dil
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
Dostları ilə paylaş: |