Naxçivan döVLƏt universiteti 1967



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə134/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   130   131   132   133   134   135   136   137   ...   190
 
COĞRAFİYA 
MÜBARİZ NURİYEV 
mubariznuri@mail.ru 
ƏLİ HƏSƏNOV 
alihasanov51@mail.ru 
HİLAL QASIMOV 
hilal_1964@mail.ru 
Naxçıvan Dövlət Universiteti  
UOT:911.3       
 
DARIDAĞ MİNERAL SUYU HƏYAT ÜÇÜN BİOLOJİ 
STİMULYATOR EHTİYATIDIR 
 
Açar sözlər: Naxçıvan MR, müalicəvi su, kimyəvi xammal, bioloji stimulyator 
Key words: Nakhchivan AR, medical water,chemical raw material, biological stimylator 
Ключевые слова: Нахчыванской АР, лечебная вода, химическое сырьё, биологический 
стимулятор  
 
Darıdağ Culfa rayonu ərazisində Əlincəçayla Qaradərə arasında, dəniz səviyyəsindən 1927 m 
hündürlükdə  yerləşir.  Darıdağ  ərazisində  1920-1930-cu  illərdə  aparılmış  tədqiqatlar  nəticəsində 
suxurların fiziki və kimyəvi tərkibi öyrənilmişdir. 
Naxçıvan mineral bulaqlarının hidrokimyəvi  xüsusiyyətlərini ilk dəfə (1927-1936-cı  illərdə) 
V.İ. Vernadski öyrənmiş və onların təsnifatını vermişdir. Sonrakı illərdə A.E.Fersman (1934, 1937, 
1939), N.İ.Xitareva (1937), P.V.Pustovalova (1940, 1956), Ə.H.Əsgərov (1949, 1954, 1956, 1970), 
A.P.Vinoqradov  (1950),  L.B.Ruxin  (1956),  V.V.Şerbin  (1962),  N.M.Straxova  (1962,1963), 
A.Q.Kossovski  və  V.D.Şupova  (1963),  A.V.Kopelnoviç  (1965),  A.İ.Perelman  (1965,  1966), 
A.V.Şerbakova  (1966,  1968  ),  A.M.Ovçinnikov  (1974),  E.V.Posoxova  və  N.İ.Tolstuxin  (1975), 
V.S.Somarin (1977) və s. öyrənmişlər [3, s. 90]. 
Xalq  etimologiyasına  görə  dağın  yuxarı    hissəsi  əkin  üçün  yararlı  olduğundan  qədimdən 
burada dəmyə şəraitində  darı əkərmişlər. Ehtimal olunur ki, Darıdağ adı məhz bununla əlaqədardır 
[5, s. 68]. 
Darıdağ  yaylasının  üst  hissəsi  eosenin  üfüqi  yatan  qumdaşı  və  konqlomeratlarından 
ibarətdir.  Bunların  altında  senonun  mergelli  qatı,  qərb  və    şimal-qərb  yamaclarda  isə  oliqosenin 
tufogen  çöküntüləri  yerləşir.  Tektonik  cəhətdən  bu  yayla  üstü  düzəlmiş  antiklinaldan  ibarət  olub 
zəif  parçalanmış  denudasion  səthdir.  Yayladan  şimalda  relyef  təpəli  dağarası  düzənliyə  keçir. 
Ondan cənubda isə monoklinal tirələr yerləşir [1, s. 123]. 
Darıdağ  yaylasının  şərq  yamacı  quru  dərələr  və  yarğanlarla  kəskin  parçalanaraq  tipik 
bedlend  relyefi  əmələ  gətirir.  Gilançayla  Qaradərə  çayları  arasında  olan  yayla  senonun  üfüqi 
vəziyyətə  yaxın  yatan  mergelli-qumlu  çöküntülərindən  ibarətdir.  Yaylanın  səthini  örtən  əhəngli 
qumdaşları möhkəm olduğuna görə onun ətraflarında dik uçurumlar, ətəyində isə qalın şöküntülərlə 
örtülən sahələr vardır. Bu yaylanın cənub və şərq ətəkləri, xüsusən Darıdağ mineral bulağının ətraf 
hissələri bitki örtüyündən demək olar ki, tam məhrumdur. Darıdağ mərgümüşlü bulağı da məhz bu 
yaylanın yamaclarında yerləşir (Şəkil 1). 
Darıdağ  mineral  su  yatağı  Culfa  şəhərində  15  km  şimal-şərqdə,  Darıdağın  ətəyində,  dəniz 
səviyyəsindən 800-900 m hündürlükdədir. Suyu karbon qazlı , mərgümüşlü, yüksək minerallaşmış 
xlorlu  –  hidrokarbonatlı  -  natriumludur.  Darıdağ    arsenli  termal  suyunun    bir  çox  dəri 


133 
 
xəstəliklərində:  qoturluq,  sarıyara  və  piyadermeyanı,  qanazlığı  xəstəliklərinin  müalicəvi  və 
qanyaradıcı  əhəmiyyəti  vardır.  Həmin  xəstəliklərin  müalicəsi  üçün  müxtəlif  saylarda  Darıdağ 
suyundan vanna qəbul edilməlidir. Hər seansdan sonra orqanizmanın müalicəsi-inkişafı üçün stimul 
yaranır.  
 
Şək.1. Darıdağ 
 
Darıdağ  arsenli  termal  suyunun  temperaturu  52

S-dir.  Ancaq  müalicə  vannalarına  gələn 
suyun  temperaturu  37
o
-39

S    dərəcəyə  qədər  soyudulur.  Darıdağ  termal  suyunun  sutkalıq  debiti 
450000  mln.l-dir.  Mütəxəssislərin  fikrincə  ən  yaxşı  sular  tərkibində  qələvi  –  duz  qarışığı  olan 
arsenli  sulardır.  Bütün  bu  xüsusiyyətlər  Darıdağ  mineral  suyunun  tərkibində  olduğundan  bu  su 
nəinki Qafqazda, hətta bütün dünyada olan arsenli sular içərisində birinci yeri tutur. 
Mütəxəssislərin  fikrincə,  “Darıdağ”  mərgümüşlü  suyu  bu  qəbildən  dünyada  məşhur  olan 
İtaliyadakı  “Cənubi  Tirol”,  “Ronçenyo”,  Fransadakı  “Lya  Bürbül”  arsenli  sularından  həm 
keyfiyyətinə, həyat üçün bioloji stimul oynamağına, həm də gündəlik debitinə görə xeyli üstündür.  
İçməli  mineral  sulardan  müalicə  məqsədilə  XIII  əsrdə  İtaliyada,  Fransada,  XIV  əsrdə 
Çexoslovakiyada,  XVIII  əsrdə  isə  Rusiyada  istifadə  edilmişdir.  Xalq  etimologiyasına  əsaslansaq 
Naxçıvanda mineral sulardan istifadənin tarixi lap qədimlərə gedib çıxır. 
Muxtar  respublika  bulaqlarında  karbon  qazı  üstünlük  təşkil  edir.  Karbon  qazının  miqdarı  
97,5  -  99,9  faizdir.  Oksigen,  metan,  azot  və  digər  qazlar  çox  azdır.  Mikroelementlərdən  yod,  brom, 
dəmir, mışyak, stronsium, barium, marqans, mis və s. var. 
Darıdağ arsenli su mənbəyindən xalq təbiblərinin (türkəçarə həkimlər, loğmanlar) məsləhəti 
ilə  ibtidai  üsullarla  istifadə  edilməsinə    baxmayaraq,  20-  ci  əsrin  ortalarından  elmi  şəkildə  tədqiq 
edilmiş  və  müalicə  məqsədi  ilə  istifadəsinə  başlanılmışdır.  Ərazidə  1978-cı  ildə  ilk  dəfə  5  vanna 
həcmində müalicəxana tikilmişdir. 1977-ci ildən fəaliyyət göstərən Darıdağ karbonqazı zavodunda 
yeni avadanlıqlar quraşdırılaraq sutkalıq istehsal gücü 30 tona çatdırılmışdır. Zavod Naxçıvan MR 
Mineral  Sular  Birliyinin  öhdəsindədir.  2005-ci  ildə  regionların  sosial  –  iqtisadi  inkişafı  Dövlət 
proqramı əsasında beynəlxalq standartlara cavab verə bilən müalicəxana korpusu  inşa olunmuşdur. 
Darıdağ  ərazisində  hal-hazırda  2  yeni  müalicəxana  korpusundan  istifadə  edilir.  Korpuslarda  tibbi 
yardım göstərməyə geniş şərait və imkanlar vardır. Burada Darıdağ mineral suyu ilə müxtəlif ürək-
damar  sistemi  xəstəlikləri,  dayaq-hərəkət  orqanları,  perisefik  əsəb  sistemi,  dəri,  ginekoloji  və  s. 
xəstəliklər, daxilə qəbul etməklə anemiya xəstəliyi  müalicə olunur.  


134 
 
Rayonun  ərazisində    40-a  yaxın    bulaq  mövcuddur.  Onlardan  tərkibinə  görə  ən  zəngini  və 
əhəmiyyətlisi Darıdağın ətəyində yerləşən eyni adlı bulaqdır ki, bu bulaq gündə 500 min litrə yaxın  
güclü minerallaşmış su verir. [2, s. 139]. 
Culfa  şəhərinin  8  km.-  liyində,  Culfa-Ordubad  avtomobil  yolunun  solunda,  Darıdağın 
ətəyində, Darıdağ mineral su mənbəyinin ərazisində Darıdağ karbon qazı zavodu fəaliyyət göstərir. 
Bu zavod əvvəllər Azərbaycan Respublikası yeyinti sənayesi nazirliyinin nəzdində olmuş, sonrakı 
dövrdə  mineral  su  yatağının  bazası  əsasında  karbon  qazı  alınması  üçün kəşfiyyat  işləri  aparılmış, 
1977-ci  ildə  Azərbaycan  MEA  nəzdində  karbon  qazı  zavodu  tikilmişdir.  1970-ci  illərdə  zavodun 
istehsal gücü çox aşağı olmuşdur [2, s. 98]. Zavodda yenidənqurma işləri aparılmış müasir tələblərə 
cavab verən yeni zavod Azərbaycan Mineral sular və Naxçıvan mineral sular birliyinin sərəncamına 
verilmişdir (Şəkil 2)  
 
 
Şəkil 2Darıdağ karbon qazı zavodu 
Darıdağ  mineral  suyu  rekreasiya  ehtiyatları  sırasına  daxildir.  Rekreasion  latın  dilində 
“Rekreatio”  sözündən  olub  “bərpaetmə”  deməkdir.  Bu  söz  1960-cı  illərdən  etibarən  dilimizə  və 
sosial-iqtisadi,  coğrafi,  tibbi  və  fizioloji  ədəbiyyatlarımıza,  gücün  və  sağlamlığın  bərpa  olunması 
problemlərindən danışan söz kimi daxil edilmişdir [6, s. 18]. 
Ölkə ərazisinin mineral sularının 60%-ni təşkil edən muxtar respublikamız müalicə məqsədli 
rekreasiya və turizm üçün əlverişli region hesab olunur. 
Bu  sular  ölkəyə  valyuta  gətirmək  qabiliyyətinə  malikdir.  Son  illər  Azərbaycanda,  o 
cümlədən  muxtar  respublikada  həyata  keçirilən  məqsədyönlü  tədbirlər  bunun  üçün  münbit  şərait 
yaradıbdır. 
Regionların sosial iqtisadi inkişafı  Dövlət Proqramına  uyğun olaraq muxtar  respublikada 
həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin nəticəsində Darıdağ arsenli su  mədəni ətrafında 
yeni  müalicəxana  obyekti    tikilib  istifadəyə  verilib.  Hər  gün  onlarla  xəstə  bu  balneoloji 
müalicəxanadan istifadə edirlər.  
Darıdağ arsenli su mədəni turizm baxımından da əlverişli şəraitdə yerləşməsi buraya gələn 
xəstələr  üçün  münasib  hesab  olunur.  Ümumiyyətlə,  Naxçıvan  MR-də  mineral  suların  bolluğu, 
özünəməxsus iqlim xüsusiyyətlərinin, dağlıq sahələrdə  gözəl  abu-havalı, mənzərəli və bağ-bağatlı 
yerlərin olması  burada beynəlxalq əhəmiyyətli kurortlar yaratmağa imkan verir. 


135 
 
Yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, Darıdağ mineral suyundan alınan mineral 
duzlardan-onun  çöküntüsündən  quşçuluqda  quş  yeminə  qaışdırıb  istifadə  etdikdə  yüksək 
məhsuldarlıq əldə edilir [3, s.107]. 
Müalicə  bulağına  gediş-gəlişin  çox  böyük  problemləri  var.  Ora  getmək  üçün  ya  öz  şəxsi 
maşınından,  ya  da  taksi  xidmətindən  istifadə  edilməlidir.  Bu  isə  böyük  çətinliklərə  səbəb  olur. 
Yaxşı olar ki, oraya  müəssisənin öz hesabına və ya sponsor şirkətlər hasabına avtobus marşrutları 
açılsın. 
Vanna qəbul edən insanların ən çox şikayətləri vannadan çıxdıqdan sonra durulanmaq üçün 
(duş almaq) duşların olmamasıdır. Ən mühüm problemlərdən biri orada şirin suyun olmamasıdır. 
Sanitariya  baxımından  qeyd  etmək  lazımdır  ki,  sudan  istifadə  üçün  gələnlərin  vannaya  alt 
paltarları ilə girmələri sanitariya gigenik baxımdan düzgün deyildir. Yaxşı olar ki, insanlar vannaya 
təmiz  steril  paltarlarla  daxil  olsunlar.  Daha  yaxşı  olar  ki,  vannaya  girməmişdən  əvvəl  insanlar 
gigenik sabunlarla yuyunub sonra vannaya girsinlər. Həmçinin vannadan istifadə zamanı insanların 
yaş hədləri nəzərə alınmaqla vanna və istirahət otaqları  yaradılmalıdır [4, s. 62].  
  
Naxçıvan MR zəngin təbii sərvətlərə malikdir. Bu sərvətlərin daha ətraflı öyrənilib, aşkara 
çıxarılması  və xalqın istifadəsinə verilməsi üçün, xüsusən alternativ enerji mənbəyi olan Darıdağ 
mineral suyunun yenidən tədqiq edilməsi, onun kimyəvi tərkibinin yenidən tədqiq olunması, suyun 
tərkibində olan mikroelementlərdən istifadə, insan sağlamlığının bərpasına xidmət etmək sahəsində 
və s. üçün geniş tədqiqat işləri aparılmalıdır.  

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin