Naxçivan döVLƏt universiteti 1967



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə144/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   140   141   142   143   144   145   146   147   ...   190
 
SƏXAVƏT  SALAHOV 
Email: thermalwater_63@mail.ru 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti 
 
UOT 550:622.276(479.24) 
 
İSTİSU-KƏLBƏCƏR BÖLGƏSİNİN TERMAL SULARI  
BARƏDƏ XATİRƏLƏR 
 
90-cı illərin əvvələrində Respublikamızın ayrılmaz bölgəsi olan Qarabağ dağətəyi düzənliyində 
hidrogeoloji  tədqiqat  işləri  davam  edirdi.  Aparılmış  tədqiqat  işləri  nəticəsində  yeni-yeni  su 
mənbələri kəşf olundu.  
Tədqiqat rayonu Qarabağ qırışıqlıq zonasına daxil olub, Tərtər çayının mənbə hissəsində böyük 
bir sahəni əhatə edir.  
Qarabağ dağətəyi düzənliyi respublikanın cənub-qərbində Kiçik Qafqaz dağlarının ətəklərində 
yerləşir,İncə  və  Qarqar  çayları  Gəncə  və  Mil  düzənliyini  bir-birnindən  ayırır.  Kür  çayı  isə  şimali-
şərqdə  Şirvan  düzənlyi  ilə  Qarabağın  təbii  sərhəddidir.  Qarabağ  düzənliyi  kənd  təsərüffatı  üçün 
yararlı  olan  235  min  hektar  ərazini  əhatə  edir.  Tədqiqat  rayonu  əlverişli  coğrafi-iqtisadi 
şəraiti,iqlimi,torpaq-bitki  örtüyü,  zəngin  yerüstü  və  yeraltı  su  ehtiyyatlarına  malikdir.  Bu  ərazidə 
atmosfer çöküntüləri əsasən yağış halında yerə düşür. Qış aylarında dağətəyi sahələrdə qar yağması 
hallarına  təsadüf  edilir.  Ümumiyyətlə,  Qarabağ  düzündə  yağıntının  miqdarı  çox  deyil  və  orta 
hesabla  142,3-425,9  mm  olmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  dağətəyi  istiqamətdə  yağıntının 
miqdarı çoxalır (1). 
Tədqiqat  sahəsində  Dördüncü  dövrün  Xəzər-Xvalın  və  müasir  yaşlı  allüvial-proallüvial, 
allüvial və dəniz mənşəli çöküntüləri yayılmışdır (2). 
Hidrogeoloji  şəraitin  formalaşmasında    İncə,  Tərtər,  Xaçın  və  Qarqar  çaylarının  gətirmə 
konuslarının müstəsna rol daşıdıqları xüsusui ilə qeyd edilməlidir. 
Yealtı  suların  rejiminə  təsir  edən  təbii  amillərdən  yuxarıda  adları  çəkilən  çayları  göstərmək 
olar. Son zamanlar bu ərazidə tədqiqat işlərinin aparılmaması səbəbindən  yerüstü  və yeraltı suların 
formalaşmasına  təsir  edən  amilləri  təhlil  etmək  mümkün  deyil.  Yeraltı  suların  illik  və  çoxillik 
rejimlərinin formalşmasında süni amillərin rolu təbii amillərin rolundan geri qalmır. Belə ki, Tərtər 
və  Xaçın  çaylarının  üzərində  tikilmiş  Sərsək  və  Xaçın  su  anbarları  başlanğıcını  Mingəçevir  su 
anbarından götürən Yuxarı Qarabağ kanalı (məhsuldarlılığı 114 m
3
/s ), Tərtər və Xaçın çaylarından  
qidalanan sağ və sol tərəf kanalları (məhsuldarlılığı 30 və 25m
3
/s), Qarabağ-Mil kollektoru yeraltı 
suların rejiminin formalaşmasında müstəsna rol oynayır. 
 Bərdə rayonunun şimal-qərbində yerləşən və getdikcə sahəsi azalan Kür boyu meşə zolağında 
torpaqların suvarılması  tədqiqat sahəsinin yeraltı sularının hidrogeoloji xüsusiyyətlərinə təsir edən 
əsas amillərdəndir. 
Cənubdan şimala doğru bu ərazidə 4 termomineral su qrupu ayrılmışdır: 
  1. Bağırsaq sahəsi. 
  2. Yuxarı İstisu kurort sahəsi. 
  3. Aşağı İstisu kurort sahəsi. 
  4. Kəlbəcər sahəsi. 
Bağırsaq  sahəsi  qranitlidlərdən  keçərək  yer  səthinə  çıxdığlarına  görə,  tərkibləri  radium 
elementi  ilə  zənginləşmiş  olmaqla  radioaktiv  olurlar  və  daykalardan  uzaqlaşdıqca  onların 
radioaktivliyi tədricən azalır. Suyun temperaturunun artması ilə onun radioaktivliyi azalır. 


143 
 
İstisu  kurort  sahəsi  tərkibində  çökmə  və  Dördüncü  dövr  lavaları  olan  Paleogen  və  Neogen 
püskürmə süxurlarından təşkil olunmuşdur. Bu süxurların bünövrəsində  Təbaşir  yaşlı, xüsusən də 
Senon əhəngdaşıları və Alb yaşlı yüksək dislokasiyaya uğramış şistlər və qumdaşları yatırlar. Bütün 
bu  kompleks  İstisu  kurort  sahəsindən  başlayaraq  Kəlbəcər  strukturuna  doğru,  şimal-qərb 
istiqamətində  Dəlidağ  intruzivi  boyunca  uzanan    eyni  adlı  sinkilinalın  cənub  qanadını  və  ya 
Kəlbəcər antiklinalının şimal qanadını əmələ gətirir.  
Termomineral  suların  çıxış  yerlərinin  ən  vacib  tektonik  elementlərindən  biri  şimal-şərq  və 
meridional  istiqamətli  qırılma  xətləridir.  Burada  çatların  quyular  vasitəsilə  müəyyən  edilmiş 
dərinliyi 64-360 m intervalında dəyişir və bütün İstisu kurort sahəsi üzrə bu sular karbon qazlı xlor-
sulfat-natrium-kalsiumlu  tip  termal  sulara  aid  edilir.  Termomineral  suların  minerallaşma  dərəcəsi 
4,3-6,7 q/l, temperaturu 21-62 
0
C, ümumi debit isə 2000000 l/san təşkil edir.  
Tədqiqat ərazisində termal suların tərkibinin dərinlikdən asılı olaraq dəyişmə təsviri aşağıdakı 
şəkildə verilir. 
 İstisu  rayonu  ərazisində  yeraltı  suların  yerləşdiyi  süxurların  daykalarla  kontakt  zonaları 
suların hərəkət zonası rolunu oynayır. Ərazinin geoloji quruluşunda çoxlu miqdarda belə daykalara 
rast gəlinir ki, bunlar da qırılma pozulmalarının yüksək inkişafını göstərir. 
Aşağı İstisu kurort sahəsində termomineral suların tərkibində xlor ionlarına nisbətən daha çox 
sulfat  ionları  iştirak  edir.  Bu  zonada  termomineral  suların  minerallaşma  dərəcəsi  3,85-6,29  q/l 
arasında dəyişir (3).  
Kəlbəcər  sahəsi  hidrogeokimyəvi  xüsusiyyətlərinə  görə  Aşağı  İstisu  kurort  sahəsi  ilə  analoji 
hal kəsb edir. Belə suların minerallaşma dərəcəsi 3,2-4,4 q/l-dir.  
 
 
 
İstisu-Kəlbəcər törəmə muldasında termomineral sular strukturun mərkəzi hissəsində regional 
yayılmışdır. Pliosen çöküntülərinə qədər bu çökəklikdə aşağıdakı su horizontları mövcuddur
1.
 
Orta Eosen yaşlı vulkan qatının əhəngdaşı, mergel və qumdaşı layları. 
2.
 
Bozburun mərtəbəsinin əhəngdaşıları və mergelleri.  


144 
 
3.
 
Üst Yuranın əhəngdaşıları və qumdaşıları. 
4.
 
Perm və Karbonun əhəngdaşıları, qumdaşıları və kvarsitləri. 
         İstisu-Kəlbəcər  zonası  mürəkkəb  geoloji  quruluşa  mlik  olub,  vukanogen-çökmə,  vulkanogen 
və intruziv süxurlardan ibarətdir. Tektonik baxımdan bu zona Kəlbəcər muldasına daxildir ki, bu da 
Kiçik Qafqaz meqaantiklinorumunun mərkəzi hissəsinin əsas elementlərindən ibarətdir (4). 
        Tərtər çayının  yuxarı hövzələrində müxtəlif temperaturlu karbon tərkibli çoxlu sayda mineral 
su mənbələri mövcuddur. Belə termal-mineral mənbələr dərinlik qırılmaları ilə əlaqədardır.  
Turşsu-Şirlan zonası Kiçik Qafqazın şərq hissəsində Şuşa rayonunda yerləşərək Qarqarçay və 
Xəlifəliçay dərəsi ərazisindədir. 
Orta Yuranın vulkanogen qatının, Alt Təbaşir yaşlı (Alb) şist qumdaşılarla xarakterizə olunan 
çöküntülərin üzərinə hərəkət etməsi, onları əzməsi nəticəsində termomineral suların əmələ gəlməsi 
və sirkulyasiya üçün  əlverişli şərait  yaranmışdır. Belə suların qidalanması atmosfer çöküntülərinin 
infiltrasiyası hesabınadır.  
Karbon  qazının  və  yüksək  hidrostatik  təzyiqin  təsiri  altında  ultraəsas  süxurlardan  ayrılaraq 
qalxan  sular  üst  qatların  şirin  suları  ilə  qarışaraq  dərin  çay  vadilərinə  boşalırlar.  Turşsu-Şirlan 
hidrogeokimyəvi zonasında ümumi qaz tərkibinin 99,65 %-ni karbon qazı təşkil edir (5,6,7).  
Kimyəvi  tərkibinə  görə  karbonatlardan,  sulfitli-natriumlu-hidrokarbonatlardan  ibarət  olan 
İstisu termomineral suları balneoloji məqsədlə də geniş tətbiq olundu. 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin