İstifadəsi. Cavan gövdə və yarpaqları salat kimi istifadə olunur, Toxumlarının tərkibində
qida üçün yararlı yağ vardır.Toxumlarından xardal kimi istifadə etmək olur. Bunias L. - Təpəotu. Bir və ya çoxillik bitkilər olub, yarpaqları liraşəkilli oyuqlu
dişciklidir. Ləçəklər sarı, erkəkcik sapı dişciksizdir. Buynuzcuq fındıqcaşəkilli, yumurtavari, çəpinə
2-4 yuvalıdır. Cinsin Azərbaycanda 1 növü, Naxçıvan MR-də 1 növü yayılmışdır.
Bunias orientalis L. - Şərq təpəotu. Bir və ya ikiillik bitkidir.Gövdəsi düz, silindrik, dar
şırımlı, aşağıya əyilmiş qısa tükcüklü və xırda tutqun ziyillidir. Aşağı yarpaqları uzun saplaqlı,
uzunsov və ya geniş neştərvari, liraşəkilli-lələkvari bölümlü, iri sonluqlu, əsası nizəşəkilli paylıdır.
39
Ləçəkləri sarı və tərs yumurtavaridir. Ç.IV-V(VI), m. VI-VII. Aşağı, orta və subalp qurşağın çəmən
və otlu yamaclarında yayılmışdır.