İstifadəsi. Meyvələri yandırıcı dada malikdir və xardal əvəzi istifadə olunur.
Sinapis L. - İstiot (Xardal). Birillik, tam və ya liraşəkilli yarpaqlı bitkilərdir. Ləçəkləri sarı,
tərs yumurtavari və dirnaqciqlıdır. Buynuz uzun qılınc şəkilli buruncuqludur. Tay şişkin, bərk, üş
ədəd sərt damarlıdır. Cinsin Azərbaycanda 1 növü, Naxçıvan MR-də 1 növü yayılmışdır.
Sinapis arvensis L. - Çöl istiotu (xardal). Birillik, sadə tükcüklü, gövdəsi 30-110 sm
hündürlükdə, aşağıdakı yarpaqları liraşəkilli, lələkvari bölümlü, yuxarıdakılar oturaq, iri dişcikli
bitkdir. Ləçəkləri parlaq sarı, 10-13 mm uzunluğundadır. Çiçək ayaqcığı meyvə zamanı yoğunlaşır,
3-5 mmuzunluqda olub, bucaq altında yuxarıya doğru istiqamətlənibdir. Qını silindrik və ya
dördtilli,çılpaq, onun tayı bərk, kələkötür, üç damarlı, buruncuq dördtillidir və təktoxumludur. Ç.V-
VI, m.VI-VII(VIII). Orta qurşağa qədər qumlu sahələrdə rast gəlinir.
Kimyəvi tərkibi. Bitkinin toxumlarında β-amirin, β-sitosterin, 3-O-D-qlikopiranozid β-
sitosterin, kampesterin, brassikasterin, xolesterin kimi maddələrlə yanaşı flavonoidlərdən 3-
qlikozido-7-ramnozid kempferol, 3-qlikozido-7-ramnozid kversetin, brassidin, yarpaqlarında
qlikozinolatlardan sinalbin, çiçəklərində siringin, alifatik birləşmələr, yağ turşuları aşkar edilmişdir.
Dostları ilə paylaş: |