48
ərazisində də insanın uzun müddətli təsiri nəticəsində torpaqlara təzyiq artmış, bəzi sahələrdə torpaq
qatı pozulmuş, eroziyaya uğramış və torpaqlarda şoranlaşma yaranmışdır.
Şoran torpaqlar Naxçıvan MR ərazisinin düzənlik qurşağında daha çox yayılmışdır. Belə
torpaqlar Böyükdüzün cənub-şərqində və Naxçıvançayın aşağı axınında yayılmışdır. Əmələ
gəlməsinə təsir edən əsas amil Duzdağ dağının duzlu-gilli çöküntülərinin mütəmadi olaraq əraziyə
təsir etməsidir. Şoran torpaqlara Sədərək, Şahbuz, Kəngərli, Böyükdüz və Ordubad düzlərində rast
gəlinir. Bəzi yerlərdə şoranlaşma insanın düzgün olmayan təsərrüfat fəaliyyəti və qrunt sularının
səthə yaxın olması nəticəsində yarandığı halda Böyükdüzdə şoran torpaqların yaranması Duzdağın
yamaclarından yağıntılar vasitəsilə yuyulub gətirilən çöküntülərlə əlaqədardır. Torpaqların
şoranlaşmaya məruz qalması onların təsərrüfat dövriyyəsindən çıxmasına səbəb olur. Ona görə də
onları yenidən istifadəyə qaytarmaq və həmin sahələrdən yüksək və sabit məhsul almaq üçün
kompleks meliorativ tədbirlər həyata keçirilməlidir.
Salınan süni göllər məsələn, Sirab, Qazançı, Vayxır, Bənəniyar və s. göllərin ətəklərində
qurunt sularının miqdarı artaraq səthə yaxınlaşmaqla bataqlıq və ya sucaq sahələri yaratmışlar.
Bunun təsirindən ot örtüyü də təbii olaraq dəyişmişdir. Təcrübə
apardığımız qış otlağı kimi Böyükdüz ərazisində normadan artıq otarılma nəticəsində ərazidə yalnız
Tikanlı dəvəqıran – Atraphaxis spinosa L., Yarpaqsız öldürgən – Anabasis aphylla L., Ağacvari
şoran – Salsola dendroides Pall., İran yağtikanı – Alhagi persarum Boiss. et Buhse və s. geniş
əraziləri tutaraq, təmiz formasiyalar əmələ gətirmişdir. Demyə ərazilərdə əkinçiliyin inkişaf
etdirilməsi üçün suvarma sistemi çəkilmiş və əkilən sahələrə suvarma tətbiq edilmişdir, lakin çox
keçmədən ikiqat şoranlaşma ilə üzləşən əkinçilər, artıq damcı üsulu ilə yalnız ağac və kolların
becərilməsinə çalışırlar. Bütün bu kimi antropogen amillər birbaşa və ya dolayisı yolla zəhərli
bitkilərin inkifına nəzərə çarpacaq dərəcədə təsir edə bilir.
Dostları ilə paylaş: