Naxçivan döVLƏt universiteti 1967


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 7 (72)



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə45/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   41   42   43   44   45   46   47   48   ...   190
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 7 (72) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 7 (72) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 7 (72) 
 
ƏZİZƏ HÜSEYNOVA  
Naxçıvan Dövlət Universiteti 
UOT:581.1 
NAXÇIVAN MUXTAR RESPUBLİRASI FLORASINDA  
YAYILMIŞ BƏZİ KƏKLİKOTU NÖVLƏRİ 
 
Açar sözlər: kəklikotu, fəsilə, cins, növ, areal,  fitosenoz 
Key words: Thymus, family, genus, species, areals, phytocenosis 
Ключевые слова: тимьян, семейство, род, вид, ареал, фитоценоз 
 
Kəklikotu  (Thymus)  Dalamazkimilər  (Lamiacea  L.)  fəsiləsinə  aid  olan  çoxillik  yarımkol 
bitkidir.  Vətəni  Aralıq  dənizi  ölkələri  hesab  edilir. Kəklikotunun    Qafqazda  38,  Azərbaycanda  21 
növü yayılmışdır [3, s. 370-371]. Azərbaycanda yayılan növlərin əksəriyyəti Qafqaz bölgələrini də 
əhatə etdiyindən endemi sayılmır. Lakin, onlar arasında
 
th. fedtshenkoi, th.trautvetteri, th. karjaginii 
növlərinin arealı respublikadan kənara çıxmadığı üçün Azərbaycanın endemi hesab edilir [1, s. 40]. 
T.Talıbov  və  Ə.İbrahimov  2008-ci  ildə  Muxtar  Respublikanın  florasını    yenidən  tədqiq 
etmişdirlər. Tədqiqatçılar tərəfindən “Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri” 
kitabında kəklikotu bitkisinin Naxçıvan ərazisində 7 növünün yayıldığı qeydə alınmışdır [2, s. 200-
201].  
 
 
Kəklikotu bitkiləri əsasən kserofit bitki kimi quru otlu, daşlı-çınqıllı, qayalı yerlərdə yayılır. 
Onlar həm də mezokserofitlər kimi çəmənlərdə, cəmən- kolluqlarda, meşə talalarında, subalp və alp 
bozqırlarında  inkişaf  edirlər.    Bu  bitki  isti  sevən  bitkidir.  Xoş  ətirli  iyə  malikdir.  Gövdəsi  çoxlu 
sayda olub, yerə səriləndir. Çiçəkləri xırda, çəhrayı-bənövşəyi rəngdədir. Meyvəsi oval fındıqcadır.  
Bitki  efir  yağı  ilə  çox  zəngindir.    Azərbaycanda  bitən  növlərin  tərkibində  0,6%  efir  yağı  olur  ki, 
onun da əsasını timol və karvakol təşkil edir. Bundan başqa bitkidə terpineol, borneol, aşı maddələr, 
flavanoidlər  və  s.  aşkar  olunub.  Kəklikotu  növləri  efir  yağı  ilə  zəngin  olduğundan  əczaçılıq, 
parfumeriya,  qida  sənayesində  geniş  istifadə  edilir.  Bu  bitkidə  həmçinin  müxtəlif  meyvə  və  çiçək 
ətrini verən bəzi maddələrdə vardır. Qızılgül, limon qoxulu kəklikotu öz ətrinə görə digər növlərdən 
fərqlənir.    Bioloji  aktiv  maddələr  bitkinin  yaşıl  yerüstü  hissəsində  toplanır.  Bu  bitki  çiçəkləmə 
dövründə və ya ondan əvvəl yığılır. Kəklikotu iyun-iyul aylarında çiçəkləyir[3, s. 370-371]. 
Təpəlik kəklikotu (Thymus collinus) yaxşı budaqlanan yarımkol bitkidir. Çiçəkli zoğları 10-
12 sm. olub, uzəri arxaya çevrilmiş tukcuklərlə örtülmüşdür. Yarpaqları saplaqlı, enlilanset şəkilli 
və  ya  yumurtavaridir,  uzunluğu  7-11mm,  eni  3-5mm  olub,  çılpaqdır.  Yarpaqları  nöqtəvari 
vəziciklidir. Hər tərəfində 2-3 qabarıq damarcıqları vardır. Çiçəklər başcıq çiçək qrupunda toplanıb. 
Kasayarpaqları  4mm  uzunluğunda  olub,  yuxarı  dişcik  qısa  ücbucaqşəkillidir.  Ləçəklər  cəhrayı, 
tüklüdür.  Bitki  iyun-iyul  ayında  çiçəkləyir.  Azərbaycanda  əsasən  Naxçıvan  bölgəsində  orta  və 
subalp dağ qurşağında yayılıb [3, s. 376]. 
Koçi kəklikotu (Thymus kotschianus) yarımkoldur, budaqlanandır. Çiçək zogları 8-18sm olub, 
kənarları aşağıya doğru yönəlmiş kiçik tükcüklərlə örtülmüşdür.Yarpaqları saplaqlıdır, dərivaridir, 
yumurtaşəkilli  və  ya  ücbucaq-yumurtaşəkilli  olmaqla,  uzunluğu  8-14mm,  eni  isə  4-7mm-dir. 
Yarpaqların  hər  iki  tərəfi  qısa  tükcüklər  və  nöqtəvarı  vəziciklərlə  öptülüdür,  kənarları  bəzən 
kirpikciklidir,  yan  damarçıqlar  qalındır.  Çiçəklər  başcıq  çiçəkqrupunda  toplanmışdır,  çiçəksaplağı 
sıx  tükcüklərlə  örtülmüşdür.  Kasaçıqlar  dar  zəngşəkilli,  uzunluğu  4-5mm,  xırda  xovlu,  yuxarı 
dişcikləri lansetşəkilli, sivri və kirpikciklidir. Çiçək tacı sıx tuklu və nöqtəvarı ağ rəngdədir [3, s. 
375]. 


42 
 
 
 
Respublikanın  müxtəlif  bölgələrinə  edilən  ekspedisiyalar  zamanı  (2015)  kəklikotu 
növlərinin bütün rayonlarda, xüsusilə Şahbuz, Culfa, Ordubad rayonlarında əsas sahələrini marşrut, 
geobotaniki,  bitki  ehtiyatları  üsulları  ilə  müəyyənləşdirdik.  Bu  bitkinin  çox  geniş  ərazilərdə 
yayılmaqla böyük təbii ehtiyata malik olduğunu müəyyən etdik. Ərazidə kəklikotu cinsinin Thymus 
kotschianus  –  Koçi  kəklikotu  və  Thymus  collinus  -  Təpəlik  kəklikotu  növlərinin  təbii  ehtiyyatı 
sənaye  əhəmiyyətlidir.  Onlar  bitkilik  tiplərində  üstünlük  təşkil  etdiklərindən  müxtəlif  tərkibli 
formasiya  və  assosiasiyalarda  edifikator  və  dominant  rol  oynayırlar.      Qeyd  olunan  bitkilərdən 
analiz üçün material  və herbari nümunələri götürülmüşdür. 
Tədqiq  etdiyimiz  kəklikotularla  birgə  qarışıq  fitosenozlar  da  istirak  edir.  Hər  bir  belə 
fitosenozun özünəməxsus növ tərkibi və fitosenoloji quruluşu vardır. Şərur rayonunun Axura-Havuş 
kəndləri  ərazisində  tədqiq  etdiyimiz    taxıllı-müxtəlifotlu-kəklikotuluq  formasiyasının  tərkibi  və 
quruluşu aşağıdakı kimidir (Cədvəl).                              
                                                                                                                      
Cədvəl 1. Şərur rayonunun Axura-Havuş ərazisində taxıllı-müxtəlifotlu-kəklikotuluq 
formasiyasının tərkib və quruluşu 
 
№ 
            Bitkilərin latınca və azərbaycanca adı  
Bolluğu 
Təsərrüfat əhəmiyyəti 
1.
 
  Juniperus communis L.-Adi  ardıc      
Cop
2
 
Dərman, efiryağlı 
2.
 
 
Ephedra procera Fisch et  C.A.Mey.-Boylu acılıq 
Sol 
Dərman, bəzək  
3.
 
 
İris imbricata Lindl.-Kirəmitvari süsən 
Cop
2
 
Dərman, bəzək 
4.
 
 
Agropyron pectinatum (Bieb.) Beauv.-Daraqvarı 
daraqlı 
Cop
2
 
Yem, bəzək 
5.
 
 
Eremopyrum  orientale  (L.)  Jaub.  et  Spach.-Şərq  
bozağı 
Cop
2
 
Yem 
6.
 
 
Aegilops cylindrica  Host -Silindrvari buğdayıot 
Cop
1
 
Yem,bəzək qida 
7.
 
 
Bromopsis variegata (Bieb.) Holub -Ala dəlicəotu. 
Cop
2
 
Yem 
8.
 
 
Anthoxanthum odoratum L.-Ətirli sarıçiçək  
Cop
2
 
Yem, bəzək  
9.
 
 
Koeleria kurdica Ujhelyi -Kürd nazikbaldırı 
Cop
2
 
Yem, bəzək  
10.
 
  Poa bulbosa L.-Soğanaqlı qırtıc. 
Cop
2
 
Yem, bəzək 
11.
 
  Dactylis glomerata L.-Adi çobantoxmağı 
Cop
1
 
Yem, bəzək,qida 
12.
 
  Briza minor L.-Kiçik titrək 
Cop
2
 
Yem, bəzık 


43 
 
13.
 
  Phleum  phleoides (L.) Karst. -Bozqır pişikquyruğu 
Cop
2
 
Yem, bəzək, qida 
14.
 
  Alopecurus aucheri Boiss.- Oşe tülküquyruğu 
Cop
2
 
Yem, bəzək 
15.
 
  Stipa lessingiana Trin.et Rupr.-Lessinq şiyavı  
Cop
2
 
Yem, bəzək 
16.
 
  Nardus stricta L.-Uzanan ağbığ 
Cop
1
 
Yem, bəzək  
17.
 
  Berberis vulgaris  L.-Adi zirinc. 
Cop
1
 
Dərman,bəzək, qida 
18.
 
  Pulsatilla violacea Rupr.-Bənövşəyi güləbətin 
Cop
1
 
Dərman, bəzək 
19.
 
  Gypsophila bicolor (Freyn et Sint.) Grossh.-İkirəng 
çoğan  
Cop
3
 
Dərman, bəzək 
20.
 
  Herniaria glabra L.-Hamar herniar 
Cop
3
 
Dərman 
21.
 
  Allochrusa versicolor Boiss.-Alabəzək  alloxruza 
Cop
3
 
Dərman, bəzək 
22.
 
  Paronychia kurdica Boiss.-Kürd yerköpüyü 
Cop
3
 
Dərman, bəzək 
23.
 
  Atraphaxis spinosa L.-Tikanlı d.vəqıran 
Cop
3
 
Texniki, dərman, boyaq 
24.
 
  Aconogonon 
alpinum 
(All.) 
Schur 
-Alp  
akonoqononu 
Cop
2
 
Qida, dərman, yem 
25.
 
  Plumbago europaea L.-Avropa qurşunçiçəyi 
Sol 
Dərman, bəzək 
26.
 
  Acantholimon araxanum Bunge -Araz tıs-tısı 
Cop
2
 
Dərman, bəzək 
27.
 
  Hypericum scabrum L.-Kələkötür dazı 
Cop
2
 
Dərman, bəzək 
28.
 
 

 
Primula macrocalyx Bunge -Irikasacıql 
novruzgülü  
Cop
2
 
Bəzək,dərman 
29.
 
  Reaumuria persica (Boiss.) Boiss.-İran keçialaçı 
Cop
2
 
Dərman,bəzək 
30.
 
  Capparis herbacea Willd. (C.spinosa L.) -Otvari  
kəvər 
Cop
1
 
Dərman, bəzək 
31.
 
  Erysimum 
brachycarpum 
Boiss.-Qısameyvə 
isitməotu 
Cop
1
 
Dərman, bəzək 
32.
 
  Hesperis. matronalis L.-Gecə bənövşəsi  
Cop
2
 
Dərman, bəzək 
33.
 
  Matthiola boisseri Grossh.- Buasiye şəbbugülü 
Cop
2
 
Dərman, bəzək 
34.
 
  Astracanta 
aurea 
(Willd.)  Podlech 

Qızılı 
astracanta. 
Sol 
Texniki,dərman, bəzək 
35.
 
  A.flavirubens Podlech - Sarı-qımızı astracanta. 
Cop
2
 
Texniki,dərman, bəzək 
36.
 
  A.karjaginii (Boriss.) Podlech - Karjagin astracantası 
Cop
2
 
Texniki,dərman, bəzək 
37.
 
  A.  microcephala  (Willd.)Podlech  -Xırdabaşlıqlı 
astrakanta 
Sol 
Texniki,dərman, bəzək 
38.
 
  A.oleifolia (DC.) Podlech -Zeytunyarpaq astrakanta 
Cop
2
 
Dərman, bəzək 
39.
 
  A.lagurus Willd.-Dovşanquyruğu paxladən 
Cop
2
 
Dərman, bəzək 
40.
 
  Lotus corniculatus L.-Buynuzlu qurdotu 
Cop
2
 
Yem, dərman 
41.
 
  Vicia variabilis Freyn et Sint.-Dəyişkən lərgə 
Cop
2
 
Yen, dərman 
42.
 
  V.elegans Guss.-Zərif lərgə 
Cop
2
 
Yem, dərman 
43.
 
  V.varia Host. - Ala lərgə 
Cop
3
 
Yem, dərman 
44.
 
 

 
Amygdalus fenzliana (Fritsch) Lipsky -Fenzil 
badamı 
Cop
2
 
Qida.dərman, bəzək 
45.
 
 

 
Crataegus.orientalis Pall. ex Bieb.-Şərq yemişanı 
Cop
2
 
Qida,dərman, bəzək 
46.
 
 

 
F.vulgaris Moench -Adi quşqonmaz 
Cop
3
 
Dərman, bəzək 
47.
 
 

 
Potentilla. argentea L.-Gümüşü qaytarma 
Cop
1
 
Dərman, bəzək 
48.
 
 

 
P.recta L.- Düz qaytarma 
Cop
1
 
Dərman, bəzək 


44 
 
49.
 
 

 
Pyrus salicifolia Pall.-Söyüdyarpaq armud 
Cop
3
 
Qida, dərman, bəzək 
50.
 
 

 
Rosa canina L.-It itburnu 
Cop
3
 
Dərman, bəzək, qida 
51.
 
 

 
Spiraea crenata L.-Dişli topulqa 
Cop
1
 
Dərman, bəzək 
52.
 
  Prangos acaulis (DC.) Bornm.-Gövdəsiz çaşır 
Cop
1
 
Qida, dərman, bəzək 
53.
 
  Zosima orientalis Hoffm.-Şərq atıl-batılı   
Sol 
Dərman, bəzək 
54.
 
  Echinops sphaerocephalus L.-Girdəbaş toppuztikan 
Sol 
Dərman, bəzək 
55.
 
  Gundelia. tournefortii L.-Turnefor qundeliyası  
Cop
1
 
Qida, dərman, bəzək 
56.
 
  Helichrisum plicatum DC.- Qatlı solmazçiçiçək 
Cop
1
 
Dərman, bəzək 
57.
 
  Matricaria recutita L.-Adi mollabaşı                                                                                     
Cop
1
 
Dərman, bəzək 
58.
 
  Onopordum acanthium L.-Adi çaqqalqanqalı 
Cop
1
 
Dərman, bəzək 
59.
 
  Scorzonera latifolia DC.-Enliyarpaq təkəsaqqalı 
Cop
1
 
Texniki,dərman, bəzək 
60.
 
  Convolvulus cantabrica L.-Kantabir sarmaşığı 
Cop
2
 
Dərman, bəzək 
61.
 
  Nepeta cataria L.-Pişik pişiknsnəsi 
Sol 
Efiryağlı, dərman, 
62.
 
  Origanum vulgare L.-Adi qaraqınıq 
Sol 
Efiryağlı, dərman, 
63.
 
  Phlomis orientalis Mill.- Şərq odotu 
Cop
2
 
Dərman, bəzək 
64.
 
 
Salvia.sclarea L. -Ənbər sürvə 
Cop
2
 
Efiryağlı, dərman, 
bəzək 
65.
 
 
S.verticillata L.-Qırçınlı sürvə 
Cop
2
 
Efiryağlı, dərman, 
bəzək 
66.
 
  Satureja hortensis L.-Bağ çöl nanəsi 
Cop
2
 
Efiryağlı, dərman, 
67.
 
 
Teucrium polium L.-Ağ məryəmnoxudu 
Cop
3
 
Efiryağlı, dərman, 
bəzək 
68.
 
 
Thymus collinus Bieb.-Təpəlik kəklikotu 
Cop
2
 
Efiryağlı, dərman, 
bəzək 
69.
 
 
Th.kotschyanus Boiss. et Hohen.-Koçi kəklikotu 
Cop
2
 
Efiryağlı, dərman, 
bəzək 
70.
 
  Ziziphora  biebersteiniana  Grossh 
-Biebersteyn 
dağnanəsi 
Cop
2
 
Efiryağlı, dərman, 
bəzək 
71.
 
  Adonis flammea Jacq.-Alovlu xoruzgülü 
Cop
2
 
Dərman, bəzək 
   
 
Tədqiqat  zamanı  kəklikotu  növlərinin  iştirak  etdiyi  bitki  fitosenozlarında  növlərin  bolluğu 
O. Drudenin  (Drude, 1913) 6 ballı şkalası metoduna  əsasən təyin edilmişdir [4].
 
Drude şkalasında 
növlərin miqdarını qiymətləndirmək üçün aşağıdakı qayda qəbul olunmuşdur: 
Cədvəl 2. Druden şkalasına görə bolluq dərəcəsi 
N-bal 
Sərti işarələr 
(drude) 
Bolluq dərəcəsi 

Sos  (Sosialis) 
bitki yerüstü hissəsilə bir-birinə söykənərək, ümumi zəmin yaradır 

Cop

(Copiosae) 
bitki çox boldur, lakin zəmin yaratmır 

Cop
2
 
bitki qismən boldur 

Cop
1
 
bitki boldur 

Sp (Sparsae) 
bitki seyrəkdir 

Sol (Solitaries) 
bitki tək-təkdir 
 
          Aparılan təhlilin nəticəsindən görünür ki, kəklikotu bitən bölgələrdə növlərin çoxluğuna görə 
ağ məryəmnoxudu (Teucrium polium L.), it itburnu (Rosa canina L.), adi quşqonmaz (F.vulgaris)
ala  lərgə  (V.varia),  kürd  yerköpüyü  (Paronychia  kurdica),  alabəzək    alloxruza  (Allochrusa 
versicolor),  ikirəng  soğan  (Gypsophila  bicolor)    bitkiləri  daha  bolluq  təşkil  edir.
  Ərazi  florasında 


45 
 
onların  əksəriyyəti  bitkiliyin  edifikatoru,  dominantı,  subdominantı  və  assektoru  kimi  əsas  rol 
oynayırlar. 
Beləliklə,  tədqiqatın  nəticəsi  kəklikotu  bitkisinin  daha  cox  yayıldığı  rayonları 
müəyyənləşdirmək,  həmin  ərazilərdə  fitosenozları  və  fitosenozda  bolluq  təşkil  edən  bitkiləri 
araşdırmaqdan ibarət oldu. 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin