Naxçivan döVLƏt universiteti 1967


Yeni  tikilən  və  yaradılan  müəssisələr



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə83/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   79   80   81   82   83   84   85   86   ...   190
Yeni  tikilən  və  yaradılan  müəssisələr:  2001-ci  ildə  Ordubad  rayonunda  Pəzməri  və  Aza 
Kənd Feldşer Mama Məntəqəsi, 2003-cü ildə Ağ Ciyər Xəstəlikləri Dispanseri, 2004-cü ildə Babək 
rayonu  Yarımca  kəndində  Həkim  Ambulatoriyası  və  Cəhri  kəndində  Kənd  Sahə  Xəstəxanası, 
Şahbuz  rayonunda  Gigiyena  Epidemiologiya  Mərkəzi,  2005-ci  ildə  Naxçıvan  şəhərində    Şəhər 
Gigiyena  Epidemiologiya  Mərkəzi,  Culfa  rayonunda  Darıdağ  Arsenli  Su  Müalicəxanası,  Babək 
rayonunun  Araz  və  Naxış-Nərgiz  kəndlərində  Feldşer  Mama  Məntəqəsi,  Babək  Mərkəzi  Rayon 
Xəstəxanasında  mama-ginekoloji,  anesteziologiya  və  reanimatologiya  şöbəsi,  Naxçıvan  şəhərində 
QİÇS Mərkəzi, 2006-cı ildə Sədərək rayonunun Heydərabad qəsəbəsində  Həkim Ambulatoriyası, 
Kəngərli  Mərkəzi  Rayon  Xəstəxanası,  Culfa  rayonunun  Bənəniyar  kəndində  Həkim 
Ambulatoriyası, Naxçıvan şəhərində Diaqnostika Müalicə Mərkəzi,  2007-ci ildə  Sərur rayonunun 
Axura  kəndində  Həkim  Ambulatoriyası,  Ordubad  rayonunun  Sabirkənd  və  Gənzə    kəndlərində 
Həkim  Ambulatoriyaları,  Ağ  Ciyər  Xəstəlikləri  Dispanserinin  binası  genişləndirilmiş,  dispanserdə 


77 
 
cərrahi şöbə  yaradılmış, Psixi Xəstəliklər Dispanseri üçün yeni bina tikilmiş, sentyabr ayının 26-da 
binanın  açılışı  olmuş,  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən  17 
oktyabr  2007-ci  ildə Şərur Mərkəzi  Rayon Xəstəxanasının açılışı olmuş, Şərur rayonunun Yuxarı 
Aralıq  kəndində  Feldşer  Mama  Məntəqəsi,  Culfa  rayonunun  Yaycı    kəndində  Sahə  Xəstəxanası 
ləğv edilərək Həkim Ambulatoriyası ilə əvəz olunmuş, yeni tikilən binada yerləşdirilmiş, Ordubad 
rayonunun  Gənzə  kəndində  Həkim  Ambulatoriyası,  Şərur  rayonunun  Aralıq  kəndində  Kənd  Sahə 
Xəstəxanası üçün yeni tikilmiş, Naxçıvanda  “Körpələr Evi” ləğv edilərək ,,Körpələr evi və Ailələrə 
Dəstək  Mərkəzi“  yaradılmış  və  müəssisə    üçün  yeni  bina  tikilmiş,  2008-ci  ildə  Naxçıvan  Muxtar 
Respublikası Təcili Tibbi  Mərkəzi,  Culfa rayonunun Əbrəqunus kəndində Həkim Ambulatoriyası, 
Şərur rayonunun Qarxun və Zeyvə kəndlərində Həkim Ambulatoriyaları, Babək rayonunun Nehrəm 
kəndində Kənd Sahə Xəstəxanası, Zeynəddin və Şıxmahmud kəndlərində Həkim Ambulatoriyaları, 
Məmməd Rza Dizə kəndində Feldşer Mama Məntəqəsi,  Culfa rayonunun Ərəfsə kəndində Həkim 
Ambulatoriyası, Şərur rayonunun Aşağı Yaycı kəndində Həkim Ambulatoriyası, Şahbuz rayonunun 
Kolanı və Biçənək kəndlərində Həkim Ambulatoriyası açılmış, 2008-ci il iyun ayının 4-də Duzdağ 
Fizioterapiya  Mərkəzinin  açılışı  olmuş,  şaxta  hissəsində  təmir  işləri  aparılmış,  işıqlanma  sistemi 
dəyişdiriilmiş,  2  mərtəbəli  müalicəxanası  ehtiyac  olan  bütün  növ  tibbi  aparatlarla:  LOR  və 
stomatoloji  kabinələr  üçün  lazım  olan  avadanlıqlar,  Ultra  Səslə  Müayinə  aparatı,  oksigen 
konsentrasiyasını  yüksəltmək  üçün  aparatura,  süni  tənəffüs  aparatları,  çarpayıyanı  monitorlarla, 
həmçinin  mərkəzin  şaxta  hissəsi    yumşaq  invertarlarla  təhciz  edilmiş,  iyun  ayının  3-də  ölkə 
Prezidentinin iştirakı ilə Culfa Mərkəzi Rayon Xəstəxanasının açılışı olmuş, 2009-cü ildə Naxçıvan 
Muxtar  Respublikası  Doğum  Mərkəzi,  Şahbuz  Mərkəzi  Rayon  Xəstəxanası,  Şahbuz  rayonunun 
Badamlı  kəndində  Həkim  Ambulatoriyası,  Naxçıvan  Muxtar  Respublikası  Onkologiya  Mərkəzi,  
Babək  rayonunun  Sirab  kəndində  Həkim  Ambulatoriyası,  Şərur  rayonunun  Tumaslı  kəndində 
Həkim  Ambulatoriyası,  Culfa  rayonunun  Ərəzin  kəndində  Həkim  Ambulatoriyası,  Sədərək 
rayonunun  Qarağac  kəndində  Feldşer  Mama  Məntəqəsi,  2010-cü  ildə  Babək  rayonunun  Aşağı 
Uzunoba  kəndində  Feldşer  Mama  Məntəqəsi,  Kəngərli  rayonunun  Təzəkənd  kəndində  Feldşer 
Mama  Məntəqəsi,  Psixi  Xəstəliklər  Dispanseri  üçün  yeni  korpus  tikilərək  istifadəyə  verilmiş, 
çarpayıların sayı 75-dən 150-ə çatdırılmış, Sədərək Mərkəzi Rayon Xəstəxanası, Şərur rayonunun 
Maxta və Yengicə kəndlərində Həkim Ambulatoriyaları, Kəngərli rayonunun Qarabağlar kəndində 
Həkim  Ambulatoriyası,  Ordubad  Mərkəzi  Rayon  Xəstəxanası,  Kəngərli  rayonunun  Şahtaxtı 
kəndində Həkim Ambulatoriyası əhalinin istifadəsinə verilmişdir. 
2003-cü ildə Qan Köçürmə Mərkəzi fəaliyyət göstərmədiyi üçün ləğv edilmiş, 2004-cü ildə 
Naxçıvan  Şəhər  Xəstəxanası  fəaliyyət  göstərmədiyi  üçün  ləğv  edilmiş,  çarpayılar  Respublika 
xəstəxanasına  birləşdirilərək  450-dən  600-ə  çatdırılmış,  2005-ci  ildə  bütün  sahələrdə  olduğu  kimi 
Naxçıvan  səhiyyəsində  də  islahatlar  və  struktur  dəyişiklikləri  aparılaraq  Ordubad  şəhərində  uşaq 
xəstəxanası  ləğv  edilmiş,  Mərkəzi  Rayon  Xəstəxanasının  tərkibində  uşaq  şöbəsi  yaradılmış, 
Ordubad  şəhərindəki  təcili  tibbi  yardım,  Biləv,  Vənənd  yarımstansiyaları  ləğv  edilərək  Mərkəzi 
Rayon Xəstəxanasının tərkibində Təcili  Tibbi Yardım şöbəsi yaradılmış, Şahbuz rayonunda Təcili  
Tibbi  Yardım  Stansiyası  və  Ordubad  rayonunda  Kotam  yarımstansiyası  ləğv  edilərək  Mərkəzi 
Rayon Xəstəxanası  tərkibində şöbə  yaradılmış, Babək rayonunda Didivar, Kərimbəyli Kənd Sahə 
Xəstəxanası ləğv edilərək Həkim Ambulatoriyası ilə əvəz edilmiş, Babək rayon Təcili Tibbi Yardım 
Stansiyası,  Zeynəddin,  Cəhri  yarım  stansiyaları  ləğv  edilərək  Mərkəzi  Rayon  Xəstəxanası  
tərkibində şöbə yaradılmış, Culfa Dəmir Yol Xəstəxanası ləğv edilmişdir. 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin