Naxçivan döVLƏt universiteti 1967


NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 7 (72)



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə82/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   78   79   80   81   82   83   84   85   ...   190
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 7 (72) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 7 (72) 
                                                       
 
                
MALİK
 
ƏLİYEV   
                                                                       Naxçıvan Dövlət Universiteti 
UOT:616 
SON ONİLLİKDƏ (2001-2010-ci illər) 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA 
SƏHİYYƏNİN  İNKİŞAFI  HAQQINDA 
 
Açar sözlərdövlət qayğısı, rəhbərlik, blokada şəraiti,  tikililər, yenidən 
qurul anl ar, m əktəb binaları, açı lışlar, avadanl ıqlar, t əchi zat  
 
Müstəqil  Azərbaycan  Respublikası  bu  gün  dünya  dövlətləri  arasında  özünə  məxsus  xüsusi 
bir  yer  tutmaqla  yanaşı,    iqtisadi  cəhətdən  də  intensiv  inkişaf  yolunu  davam  etdirir.  Ümummilli 
liderin layiqli davamçısı, ölkəmizin başçısı cənab İlham Əliyevinin apardığı uğurlu və ardıcıl, daxili 
və xarici siyasətin nəticəsi olaraq bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də sosial-iqtisadi 
inkişaf öz yeni mərhələsinə başlamışdır.  
Naxçıvan  Muxtar  Respublikasında  elə  bir  sahə  yoxdur  ki,  dövlət  qayğısı  ilə  əhatə 
olunmasın.  Muxtar  Respublikada  səhiyyə  sistemi  də  bu  qayğıdan  kənarda  qalmamış  və  özünün 
uğurlu inkişafını davam etdirməkdədir.  
Blokada şəraitində olmasına baxmayaraq Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri 
cənab  Vasif  Talıbovun  səhiyyə  sahəsinə  göstərdiyi  şəxsi  və  dövlət  qayğısının  ifadəsidir  ki, 
Naxçıvan Muxtar Respublikasının bölgələrində yeni səhiyyə müəssisələri tikilərək istifadəyə verilir 
və onlar müasir tələblərə cavab verən tibbi aparatura və avadanlıqlarla təmin edilir.  
Muxtar  Respublikada  tikilən  və  yaxud  əsaslı  təmir  olunaraq  yenidən  qurulan  xəstəxanalar, 
həkim  ambulatoriyaları,  feldşer-mama  məntəqələri  və  bu  yeni  tikilən  səhiyyə  ocaqlarının  müasir 
tibbi avadanlıq və texnika ilə təchiz edilməsi, səhiyyə  sahəsində aparılan islahatlar nəticəsində yeni 
strukturlu  müalicə  müəssisələrinin  yaradılması  əhalinin    sağlamlığının  qorunması  işində  əsaslı 
dönüş  yaratmışdır.  Keyfiyyətli  dərman  və  tibbi  preparatlarla  təchizat  yaxşılaşdırılmış,  ixtisaslı 
kadrların  hazırlanması,  əhali  arasında  yoluxucu  xəstəliklərin  profilaktikası,  əhalinin  sağlamlığına 
mənfi  təsir  edən  faktorların  aradan  qaldırılması,  ana  və  uşaqların  mühafizəsi,  ahıl  və  qoca 
vətəndaşların  sağlamlığının  qorunması  səhiyyənin  vacib  vəzifəsi  olaraq  prioritet    məsələyə 
çevrilmişdir. 
Naxçıvan Muxtar Respublikasında son  illərdə yeni tikilən, təmir olunan, yeni tikilən məktəb 
binalarında  yerləşdirilən  tibb  müəssisələri,  onların  və  ümumiyyətlə  tibb  müəssisələrinin  təmin 
olunması üçün alınan tibbi və digər təyinatlı avadanlıqlar haqda məlumatlara xronoloji olaraq nəzər 
yetirək. 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin