Naxçivan döVLƏt universiteti 1967


NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 7 (72)



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə90/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   86   87   88   89   90   91   92   93   ...   190
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 7 (72) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 7 (72) 
 
 
MƏTLƏB İBRAHİMOV 
Naxçıvan Dövlət Universiteti 
UOT:614.2 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YENİ DOĞULMUŞ UŞAQLARDA 
ANADANGƏLMƏ İNKİŞAF QÜSURLARININ QARŞISININ ALINMA YOLLARI 
 
Açar sözlər: Naxçıvan MR, yenidoğulmuş uşaq, anadangəlmə qüsurlar, monitoring, virus 
infeksiyası 
 
Anadangəlmə  inkişaf qüsurlarının  (AİQ) Beynəlxalq  monitorinqinin 2006-cı  il hesabatında 
göstərilir  ki,  dünyada  hər  ildə  7.9  mil  doğulan  uşaqların  6%-də  anadangəlmə  inkişaf  qüsuru 
müşahidə  olunur  (Arnold  Christianson).  V.İ.Kulakov  göstərir  ki,  2006-cı  ildə  Rusiya 
Federasiyasında  1  mln  483  min  uşaq  doğulub,  onların  43  minində  (2.9%)  inkişaf  qüsuru  olub. 
Neonatal və körpə ölümü içərisində asfıksiyalardan, doğuş zədələrindən və infeksiyalardan ölüm nə 
qədər aşağı olubsa, anadangəlmə inkişaf qüsurları o qədər yüksək olub. 
Beləliklə,  bütün  dünya  ölkələrində  yeni  doğulmuş  uşaqlar  arasında  AİQ  bu  və  ya  digər 
dərəcədə  tez-tez  rast  gəlinir.  AİQ-ları  dölün  ölü  doğulmasına  səbəb  olur,  əgər  uşaq  diri  doğulursa 
onun  xəstələnməsinin  və  ölümünün  əsas  səbəbi  olur.  Qüsurlu  doğulub  yaşamağa  qabil  olanlar  isə 
gələcəkdə əlilləşərək cəmiyyətin fıziki və ruhi cəhətdən qeyri-mükəmməl üzvü olurlar. Ona görə də 
uşaqların  anadangəlmə  inkişaf  qüsurları  ilə  həyata  gəlməsinin  qarşısının  alınması,  profılaktik 
tədbirlərin tətbiqi böyük əhəmiyyət kəsb edir (Şarapova O.V., 2004). 
Anadangəlmə inkişaf qüsurları dünya alimlərini çox narahat edir. 2005-ci ildə bir sıra ölkə 
alimləri Pekində «Dünyada anadangəlmə qüsurlar» haqqında xüsusi olaraq II simpozium keçirərək 
yeni doğulmuş uşaqlarda AİQ epidemioloji müayinələri, elmi işlərin bu sahədə təkmilləşdirilməsi, 
belə uşaqları qeydiyyata və nəzarətə götürülməsi məsələləri müzakirə olundu. 
Son  illər  dünya  miqyasında  səhiyyə  idarələrində  yeni  bir  sahə  -  anadangəlmə  inkişaf 
qüsurlarının monitorinq sistemi təşkil olunub. 
Naxçıvan  Muxtar  Respublikasında  da  ildən-ilə  uşaq  ölümü  azaldığı  halda-1997-ci  ildə 
21,7%o,  2007-ci  ildə  3,06%o,  -anadangəlmə  inkişaf  qüsurlarının  nisbətən  çoxalmağa  meyilliliyi 
nəzərə  çarpır.  Belə  demoqrafık  situasiyada  hər  bir  uşağın  dolğun  həyatını  qorumaq  ən  aktual 
problemdir. Elə bunun üçün AİQ monitorinq sisteminin həyata keçirilməsi zəruri məsələdir. 
Bu problemə aydınhq gətirmək üçün muxtar respublikada 19 il müddətində retrospektiv və 
prospektiv  üsulla  dinamikada  perinatal  dövrdə  uşaqlarda  AİQ  təsadüf  tezliyi  və  formaları,  risk 
faktorlarının  təsirinin  öyrənilməsi,  AİQ  azalması  üçün  profılaktik  tədbirlərin  və  monitorinq 
modelinin işlənib hazırlanması məsələsi ilə məşğul olmuşuq. 
Bizim  əldə  etdiyimiz  məlumata  görə  Naxçıvan  MR-də  hər  1000  diri  doğulmuş  uşağa  5,5 
hadisə  -  0,55  %  AİQ  rast  gəlinir.  Alınmış  məlumatları  inkişaf  etmiş  ölkələrin  rəqəmləri  ilə 
müqayisə  etmək  çox  da  çətin  deyildir.  Naxçıvan  Muxtar  Respublikasında  prenatal  diaqnostika, 
ultrasəs  diaqnostikası  aparılır,  lazım  gələrsə  hamiləlik  pozulur.  Uşaq  doğulandan  sonra  AİQ  ilə 
doğulmuş hər bir uşaq qeydiyyata götürülür. Eyni zamanda Səhiyyə Nazirliyinin kollegiyalarında, 
elmi- praktik konfranslarda AİQ araşdırılır, erkən diaqnostika metodları təklif olunur. 
Naxçıvan  Muxtar  Respublikasında  anadangəlmə  inkişaf  qüsurlarının  yaş  dövrlərini 
müəyyənləşdirmək  üçün  epidemioloji  müayinələr  aparılmadığına  görə  yeni  doğulmuş  uşaqlarda 
toplanan məlumatı başqa yaş qruplarında azalması və ya çoxalması ilə müqayisə etmək imkanımız 
olmadı. Bunu nəzərə alaraq müayinələrimizin nəticəsini başqa ölkə məlumatları ilə müqayisə edəsi 
olduq. 


87 
 
AİQ  klinik  göstəricilərini  anadangəlmə  qüsurların  nəzarət  və  qeydiyyat  Beynəlxalq 
Mərkəzinin məlumatları ilə müqayisə etdik. Yeni doğulmuşlarda anadangəlmə inkişaf qüsurlarının 
variantlarından  ən  çox  rast  gələni  anensefaliya,  dovşan  dodaqlıq,  qurdağızlılıq,  polidaktiliya, 
kriptorxizm,  böyrəklərin  aplaziyası,  displaziyası,  onların  müştərək  formaları,  diafraqmanın  yırtığı 
rast  gəlindi.  Moskvanın  Anadangəlmə  Qüsur  Qeydiyyat  Müayinə  Mərkəzinin  məlumatları  ilə 
müqayisə etdikdə dovşan dodaqlıq, qurd ağızlılığın təsadüfləri uyğun gəldi. Ürək-damar sisteminin 
qüsuru  da  bu  mərkəzlərdə  bir  səviyyədə,  polidaktiliya,  Daun  sindromu,  onurğa  beyninin  yırtığı, 
hidrosefaliya  və  müştərək  formalı  qüsurlar  hər  iki  mərkəzin  göstəricilərindən  az  idi.  Bunu  çox 
güman  ki,  həmin  mərkəzlərdə  AİQ  monitorinqinin,  prenatal  diaqnostikanm  yaxşı  səviyyədə 
aparılması ilə izah etmək olar. 
Sheikha  Salim  A1  Arrayed  (1995)  hər  1000  diri  doğulmuşa  1980-1990-cı  illərdə  dayaq-
hərəkət  aparatmın  qüsuruna  2.07  hadisədə,  ürək  damar  sisteminin  qüsuruna  1,32,  MSS-nin 
qüsuruna 0,93, mədə-bağırsaq traktının qüsuruna 0,4 hadisədə rast gəlib. 
Bizim  müayinələrdə  qeyd  olunmuş  AİQ  30,8%  müştərək  formasının  payına  düşür.  10000 
diri doğulmuş uşağın 6,6 hadisəsi bu qüsurdan idi. Anadangəlmə qüsurların qeydiyyatı və nəzarəti 
Beynəlxalq Mərkəz ilə müqayisə etdikdə bu qüsur 2,4 dəfə aşağı idi. 
Əgər müştərək qüsurun, iki və üç üzvün qüsurunun birlikdə göstəriciləri müxtəlif ölkələrin 
göstəriciləri  ilə  müqayisə  edilsə  çox  müxtəlif  rəqəmlər  alınır.  Bu  çox  güman  ki,  millətlərin  adət-
ənənələri, dini mənsubiyyəti,  ərazinin coğrafı  yerləşməsi,  ölkənin  iqtisadi cəhətdən inkişaf etməsi 
ilə əlaqədardır. Məsələn, Kanadada iki üzvün qüsuru 10000 diri doğulmuşa 19,7 % hadisə, İtaliyada 
0,84 təsadüf olunurdusa, biz cəmi 5,5 hadisədə rast gəldik. 
Bizim müayinələrə əsasən izolə olunmuş və kombinə olunmuş AİQ-ların 19,5% ürək damar 
sisteminin anadan gəlmə qüsuru, 18,2% hadisədə həzm üzvlərinin, 10,1% MSS qüsurudur. Bu Ərəb 
ölkələri tədqiqatçılarının göstəricilərindən  aşağıdır. Onlar MSS qüsurunu 39,2% hadisələrdə, ürək 
damar sisteminin 22,3%, həzm sistemi üzvlərinin isə 13,1% hadisələrində müşahidə ediblər. 
Kanadada  ən  çox  ürək  damar  sisteminin  anadangəlmə  qüsuru  müşahidə  olunur,  yeni 
doğulmuşların  əksəriyyəti  doğulanın  birinci  günləri  bu  qüsurdan  ölürlər.  Beləliklə,  onlarda  yeni 
doğulmuşlarda  ürək  damar  və  MSS  anadangəlmə  qüsurları  rast  gəlməsi  üstünlük  təşkil  edir.  Bu 
bizim aldığımız məlumatlarla uzlaşır. 
Rusiya  Federasiyasının  Dağlıq  Altay  ərazisində  alimlərin  (Krikunova,  həmmüəl.)  apardığı 
müayinələr  zamanı  müəyyənləşdirilmiş  AİQ  hadisələrinin  37,68%  dayaq-hərəkət  aparatının, 
18,22%  ürək-damar  sisteminin  və  8,9%  müştərək  qüsurlar  təsadüf  ediblər.  Bizim  araşdırmalarda 
bütün  anadangəlmə  qüsurların  içəri-  sində  19,5%  ürək  damar  sisteminin  qüsurlarıdır.  10  000  diri 
doğulana  bu  qüsur  4,2  hadisə,  1000  diri  doğulana  isə  0,42  hadisə  düşür.  Ürək-damar  sisteminin 
qüsuru həm izolə olunmuş, həm də müştərək halda təsadüf olunur. 
Son  illərin  ədəbiyyat  xülasəsində  öz  əksini  tapan  tədqiqatlarına  görə  dölün 
anadangəlmə inkişaf qüsurlarının formalaşmasında aparıcı yerlərdən biri ananın xəstəliklərinə 
məxsusdur.  Ananın  sağlamlıq  durumunun,  hamiləlikdən  əvvəl  və  hamiləlik  dövründə 
keçirdiyi  xəstəliklərin  dölün  inkişafına,  ümumiyyətlə  onun  orqanizminin  və  üzvlərinin 
formalaşması  mərhələsində  mənfi  təsirini  və  uşağın  anadangəlmə  inkişaf  qüsuru  ilə 
doğulmasının səbəbini aydınlaşdırmaq məqsədi ilə əsas və kontrol (müqayisə) qrupunu təşkil 
edən analar arasında tədqiqatlar aparmışıq, nəticəsi isə cədvəl 1-də göstərilmişdir. 
Cədvəl 1 
Hamiləlik dövründə qadının xəstəlikləri 
Xəstəliklər  
Əsas qrup  
(n=159) 
Müqayisə qrupu 
(n=318) 
χ
2
; P 
Qrip  
100  
62,9±3,8%  
94  
29,6±2,6% 
χ
2
 = 48,8 
p< 0,001 
Xroniki pielonefritin 
kəskinləşməsi 
36  
22,6±3,3% 
32  
10,1±1,7% 
χ
2
 = 13,7 
p< 0,001 
Sifilis  
3  
1,9±1,1% 




88 
 
Epilepsiya  
1  
0,6±0,6% 


Şəkərli diabet  
1  
0,6±0,6% 


Arterial hipertenziya 
3  
1,9±1,1% 
3  
0,9±0,5% 
χ
2
 = 0,19 
p>0,05 
Toksiki zob 
3  
1,9±1,1% 


Ürək-damar patologiyası 
4  
2,5±1,2% 
4  
1,3±0,6 
χ
2
 = 1,02 
p>0,05 
Brusellyoz 
1  
0,6±0,6% 


Xroniki hepatit və xolesistit 
3  
1,9±1,1% 
2  
0,6±0,4% 
χ
2
 = 0,63 
p>0,05 
Sağlam  
4  
2,5±1,2% 
183  
57,5±2,8% 
χ
2
 = 134,7 
p< 0,001 
 
Hamiləlikdən  əvvəl  və  hamiləlik  vaxtı  ananın  keçirdiyi  xəstəlikləri  təhlil  etdikdə 
maraqlı  məlumatlar  nəzərə  çarpdı.  Belə  ki,  əsas  qrupun  analarından  100  nəfəri,  yəni 
62,9±3,8% (χ
2
=48,8;  p<0,001)  hamiləlik  vaxtı  qrip  və  ya  qripə  bənzər  patologiya  ilə,  xüsusi 
ilə hamiləliyin ilk aylarında, xəstələnməsi diqqəti cəlb etdi. 
Bizim müayinələrə görə ürək-damar sisteminin qüsurlarının içərisində mədəcik arası çəpərin 
defekti  üstünlük  təşkil  edir.  Bu  təsadüf  olunan  ürək  damar  qüsurlarının  37,71%  və  ya  1000  diri 
doğulmuşa 0,16 və 10000-ə 1,6 hadisədir. 
Ürək damar sisteminin anadan gəlmə qüsuru 1000 diri doğulmuşa 15,5% hadisə olduğunu 
D.Erdenculuun göstərir. Lakin bu tədqiqatçı 0-16 yaşa kimi uşaqları müayinə etmişdi, ona görə də 
alınan rəqəmlər bizim nəticələr ilə uyğun gəlmir. 
Bizim  aldığımız  rəqəmlər  Qombo  B.  Patoloji-anatomiya  müayinələrinə  yaxındır.  Onun 
məlumatlarına  görə  ürək-damar  sisteminin  anadangəlmə  qüsurlarından  ölən  yeni  doğulmuşların 
19,8% qulaqcıq arası çəpərin defekti təşkil edir. 
Bizim  araşdırmalarda  həzm  sisteminin  anadangəlmə  qüsuru  ürək  damar  sisteminin 
qüsurundan sonra ikinci yeri tutur. 1000 diri doğulmuş uşağa 0,40% hadisə həzm üzvləri traktının 
payına düşür, yəni 10000-yeni doğulmuşa 4 hadisə. 
Nisbətən  çox  rast  gəlinən  qüsur  dovşan  dodaqlıq,  qurd  ağızlılıqdır.  Uşaq  bu  qüsurlardan 
ölmür, lakin əmməyə, qida qəbul etməyə, nəfəsalma aktına çətinlik törədir. Uşaq böyüdükcə onun 
xarici görünüşü valideyn- lərdən başqa uşağın özünə də psixoloji təsir göstərir. 
Rusiya TEA-nın Uşaq Elmi Sağlamlıq Mərkəzinin məlumatına görə defekti ləğv etmək üçün 
hər il 150 belə uşağa plastik əməliyyat aparılır. 
Azərbaycan  Respublikasında  Musa  Nağıyev  adına  xəstəxanada  üz-çənə  cərrahiyyə 
şöbəsində hər il 100- 120 belə əməliyyat aparılır. 
Dovşan dodaqlıq, qurd ağızlılıq 1000 uşaqda 0,18 hadisə təşkil edir. 
Bizim  məlumatlara  görə  mərkəzi  sinir  sisteminin  anadangəlmə  qüsuru  bütün  AİQ 
hadisələrinin 10,10%- dir. 1000 diri doğulmuşa 0, 22% təşkil edir. 10 000 diri doğulmuşa 2 hadisə 
düşür.  Qeyd  etmək  lazımdır  ki,  MSS  anadangəlmə  inkişaf  qüsuru  o  biri  qüsurlara  nisbətən  yaxşı 
öyrənilib. 
Dünya alimlərinin tədqiqatları sübut edir ki, baş beyin qüsurlarının formalaşması xromosom 
patologiyası  ilə  əlaqədardır.  Hidrosefaliya  dölün  ana  bətni  inkişafı  dövründə  keçirilmiş 
infeksiyalarla əlaqədardır (T.İ.Ostrovskaya (1985). 
Bizim araşdırmalarımızda yeni doğulmuş uşaqların MSS izolə olunmuş qüsuru anadangəlmə 
inkişaf  qüsurları  içərisində  hidrosefaliya  -  56,25  %  hadisələrdə  rast  gəlinir.  Bu  qüsur  ilə  uşaq 
doğmuş anaların anamnezinə nəzər saldıqda məlum oldu ki, onlar hamiləliyin ilk dövrlərində qriplə 


89 
 
xəstələnmiş  olublar.  Bu  hamiləlik  dövründə  ananın  xəstələnməsi  ilə  dölün  sıx  əlaqəsinin  olmasını 
bir daha sübut edir. 
Daun  sindromu  1000  diri  doğulmuş  uşağa  0,18  hadisə,  yəni  10  000  diri  doğulmuşa  1,8 
düşür.  Bizim  aldığımız  məlumatlar  RF  Dağlıq  Altay  məlumatları  ilə  müqayisə  etdikdə  Daun 
sindromunun təsadüf tezliyi bizdə 5 dəfə az idi (0,93). 
Atlantada  (ABŞ)  anadangəlmə  qüsurların  qeydiyyatı  Mərkəzində  aparılan  müayinələr 
göstərir  ki,  10  000  diri  doğulmuşa  1,63  Daun  sindromu  hadisəsi  düşür.  Bu  bizim  məlumatlarla 
uzlaşır. 
Asiya,  Amerika  ölkələri  daxil  olmaqla  36  Avropa  ölkə  alimləri  yeni  doğulmuş  uşaqlarda 
anadangəlmə inkişaf qüsurlarının xüsusi çəkisinə istinad edərək ölümün səbəbini araşdırıblar. Belə 
nəticəyə  gəliblər  ki,  AİQ-i  əmələ  gətirən  səbəblərin  içərisində  irsi  faktorlar  ən  az  yer  tutur.  Eyni 
zamanda  AİQ  ilə  yeni  doğulmuş  uşaqlarda  ölüm  tendensiyası  artmaqda  davam  edir.  Özü  də  ürək 
damar sisteminin və mərkəzi sinir sisteminin ana-dangəlmə qüsurları ilə yeni doğulmuşların ölümü 
üstünlük təşkil edir. Bu müayinələrin nəticəsində alimlər belə qərara gəliblər ki, müəyyən bir səbəb 
olmayanda da (aydınlaşdırılmayanda) yeni doğulmuş uşaqda çox qüsurluluq müşahidə olunur. 
Bizim  müayinələrdə  86%  anadangəlmə  inkişaf  qüsuru  olan  yeni  doğulmuşlarm 
anamnezində  irsi  faktorun  olmasını  aydınlaşdırmaq  tam  mümkün  olmadı.  Yaxın  qohumların 
uşaqlarında anadangəlmə inkişaf qüsurlarının olması 12 uşaqda müəyyənləşmişdi. Onlar da subre- 
gionun  antropogen  yükü  və  ya  atanın  zərərli  peşəsi  ilə  əlaqədar  idi.  Beləliklə,  Naxçıvan  Muxtar 
Respublikası ərazilərində bu sahədə alınan məlumat Avropa, Amerika, Asiya ölkələri məlumatları 
ilə uyğundur. 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin