21
qısa olmasına, hətta bitdikləri sahənin yaşayış mühitinə görə kəskin fərqlənir. Təyin edilmişdir ki,
bunlar ayrı-ayrı növdür. Biberşteyn göyəyini yalnız iki yerdə: Culfa rayonunun Ərəfsə kəndindən
6-7 km şimalda, Aracıq dağı ətəyindəSu qovuşağı adlanan yerdə (Aracıqçayla Kolaçayın birləşdiyi
yer) yol kənarında taxıllı-paxlalı-kollu-müxtəlifotlu sahələrdə,yarğanlarda vəMəzrə kəndində
həyatyanı sahədəmüşahidə etmişik (Şək. 3.).
E. italicum isə hər yerdə bol yayılıb (Şək. 4).
Şəkil 3.
E. biebersteinii Şəkil 4.
Echium italicum
Başqa bir cəhət ondan ibarətdir ki,
Echium italicum olan yerlərdə
E. biebersteinii olmur və
o, çox nadirdir.
Fitosenozda onunla birlikdə:
Carapodium platycarpun,Centaurea behen, C. polyphilla,
Hordeum bulbosum, Vicia variabilis, Rosa canina, R. corymbiphera, Coteneaster melanocarpa,
Crataegus orientalis, Pyrus salicifolia, Gladiolus atroviolaceus, Verbascum rpamidalis, Serinte
ninor, Myosotis silvatica, Lycopsis orientalis, Asparagus officinalis, Fumaria vailanti,
Chenopodium
botris, Adonis flammeus, Falcaria sioides, Geranium tuberosum, Turgenia latifopia v. b.
bitkilər yayılmışdır. Seyrək ağ çiçəkləri və hündür pramidal görünüşü uzaqdan diqqəti cəlb edir.
Buradakı ağaclı-kollu-paxlalı-taxıllı bitki qruplaşmalarında tək-tək, yaxud 2-3-ü bir yerdə olur. Belə
bitki qruplaşmalarında meyvə ağac və kollarından
Malus domestica, Vitis vinifera, Pyrus vulgaris,
Grossularia vulgaris, Mespulis germanica, Armeniaca vulgaris, Pyrus communis, Prunus domestica; ot
bitkilərindən isə
Trifolium pratense, Lotus corniculatus, Agrimonia europaea, Dactiis glomerata,
Medicago caerulea, Poa pratensis, Leonurus caediaca inkişaf edir. İtaliya göyəyi kənardan bir qədər
göyümtül rəngdə görünür, olduqca sıx dalayıcı ağımtıl tükcüklərlə örtülmüşdür. Yol kənarlarında,
otluqlarda, çay yataqlarında tez-tez rast gəlinir. Bəzi ərazilərdə daha bol olduğundan populyasiyaların
rast gəlmə intensivliyi artır. İlk dəfə muxtar respublikanın ərazisində İtaliya göyəyinin sıx cəngəlliyi
aşkar edilib, formasiya səviyyəsində təsviri verilmişdir. Babək rayonunun Payız meşəsi adlanan
ərazisində bu formasiyanın geniş yayılması, bəzi yerlərdə
Echium italicum assosiasiyası əmələ
gətirir.Burada
Hordeum bulbosum L.,
Phalaroides arundinaceae (L.) Rauschert,
Calamagrostis
epigejos (L.) Roth.,
Phragmites australis(Cav.) Trin. ex Steud.,
Thalictrum minus L.,
İnula helenium,
Achillea millefolium L. və b. növlərə də rast gəlinir.
Beləliklə, mövcud təbii ekosistemlərdə və aqrofitosenozlardakı rolunu, faydalı növlərinin dəqiq
yeri, bolluğu, məhsuldarlığı, dəyişilmiş yeni yayılma məskənlərinin aşkar edilməsi kimi həll olunması
vacib digər çoxsaylı problemli məsələlər Naxçıvan MR-də
Boraginaceae Juss. fəsiləsinin tədqiqat
obyekti kimi seçilib işlənməsinə əsas verir.
Dostları ilə paylaş: