Naxçivan döVLƏt universiteti 1967



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə183/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   179   180   181   182   183   184   185   186   ...   190
Ключевые  слова:  молочко  маточное  пчелиное,  органолептический,  физико-
химический, деценовые кислоты, антимикробная и биологическая активность, экспертиза, 
преподование  
 
Ana  arı  südü  insanlar  tərəfindən  qədim  zamanlardan  istifadə  olunur.  Orta  əsrlərdə  onu 
panaseya, bəzən də “korol jelesi”  adlandırırdılar. 
Arı  südünü müalicə məqsədi  ilə istifadə etməyi  ilk dəfə keçən əsrdə (1922-ci  ildə) fransız 
tədqiqatçısı  –  Sarbon  Universitetinin  professoru  R.  Şoven  təklif  etmişdir.  O,  xəstələrə  arı  südünü 
təbii  halda  yeməkdən  qabaq  vermiş  və  müsbət  nəticələr  əldə  etmişdir.  Şoven,  xəstələrə  ampulada 
verilən arı südünü “apiserum” adlandırmışdır [1 s. 40].  
Ana arı südü yemləyici arıların hipofaringial və ya allotrofik vəzilərinin sekretindən alınır. 
Onun tərkibində 400-ə yaxın maddənin olması, insanlar tərəfindən istifadə edilməsi, dietik, müalicə 
və  profilaktik  təsirinin  yüksək  olması  ilə  səciyyələnir.  Bu  da  onun  bioloji  xassələrinin  və  praktik 
istifadə imkanlarının öyrənilməsi imkanlarını yaradır. 
Ana  arı  südü  nadir  (unikal)  xassələrə  malikdir.  Özünü  sterilləşdirmə  xüsusiyyətinə  malik 
olduğu  üçün  onun  tərkibində  mikroorqanizmlər  aşkar  edilməmişdir.  Onun  tərkibində  desen 
turşularının  varlığı  təbiiliyinə  dəlalət  edir  və  mübadilə  proseslərinin  komponenti  hesab  olunaraq 
müəyyən bioloji xassələrə malikdirlər. Bütün dekan və desen yağ turşularının içərisində ön sırada 
10-oksi-2-desen turşusu  yer  alır.  Bu maddə  məhsulun  həqiqiliyini isbat  edən marker hesab olunur 
[3, s. 33]. 
İşçi arıların sürfələrini yemləmək üçün südü, ana arı südünün kimyəvi tərkibindən fərqlənir. 
Ona görə, işçi arıların südü “arı südü”, ana sürfələrini yemləmək üçün isə “ana arı südü” ifadələrini 
işlətmək  düzgün  olardı.  Ənənəvi  olaraq,  hazırda  hər  iki  ifadədən  istifadə  olunur.  Bundan  başqa, 
müalicə  məqsədilə  məhz  möhürlənməmiş  anacıqlardan  toplanılan  ana  südündən  istifadə  olunur. 
Əhəmiyyətli  burasıdır  ki,  işçi  və  erkək  arı  hücrələrindəki  arı  südünün  miqdarı,  anacıqlarda  olan 
südün miqdarından 100 dəfə az olur, ona görə onlar arasındakı fərq danılmazdır. 
Ana arı südünün ekspertizasının tədrisi  Azərbaycan Respublikasında 01 iyul  1991-ci  ildən 
qüvvədə olan (Молочко маточное пчелиное, Queen bee larval food.) ГОСТ 28888-90 standartının 
tələblərinə uyğun aparılır [2, s. 1]. 
Ana arı südünün ekspertizasını aparmamışdan əvvəl onun emal texnologiyası – toplanması, 
saxlanması  və  digər  xüsusiyyətləri  tələbələrə  qısa  olaraq  şərh  edilməlidir.  Çünki,  ekspertiza  üçün 
emal prosesinin hansı şəraitdə aparılması, məhsulun saxlanması və qablaşdırılması mühüm sanitar-
gigiyenik əhəmiyyət kəsb edir.   
Ana arı südünün emal texnologiyası hər birinin öz variasiyası olan standart əməliyyatlardan 
ibarətdir. Əvvəlcə ana arı ailədən götürülərək arılara anasızlıq (yetimlik) hiss etdirilir. Sonra pətəyə 
1-1,5 günlük sürfələri köçürmək mümkün olan çərçivə qoyulur. Arılar həmin sürfələri arı südü ilə 


162 
 
yemləyərək  tərbiyə  etməyə  məcbur  edilir.  Üç  gündən  sonra  –  ana  arı  südünün  miqdarı  şan 
qovuqcuqlarında maksimuma çatdıqda (200-250 mq) sürfə köçürülən çərçivə çıxarılır və onlardan 
laboratoriya şəraitində ana arı südü alınır [5, s. 15]. 
Köçürmə  çərçivələrinin  hazırlanması  metodları  müxtəlifdir  və  onlar  2  qrupa  bölünür: 
sürfələr  köçürülmədən  və  sürfələrin  köçürülməsi  yolu  ilə  [4,  s.  18].  Birinci  metoda  mahiyyəti 
laboratriya və seminar dərslərində açıqlanan Miller, Alley və Çander üsulları aiddir. 
Müasir dövrdə sürfələrin plastmass və ya mum kasacıqlarında köçürülməsi yolu ilə ana arı 
südünün alınması daha geniş yayılmışdır (ikinci metod).  
Ana  arı  südünün  alınması  aşağıdakı  əməliyyatlardan  ibarətdir:  kasacıqların  hazırlanması, 
sürfələrin  kasacıqlara  köçürülməsi,  bəsləyici  ailələrin  hazırlanması  və  istifadəsi,  ana  arı  südünün 
toplanması və farmakoloji zavoda nəql edilməsi. 
 Ana arı südünün bioloji fəallığının saxlanılması üçün o, arıxana şəraitində konservləşdirilir. 
Kasacıqlardan çıxarılmış süd dərhal çini həvəngdə adsorbentlə 1:4 nisbətində qarışdırılır. Adsorbent 
qismində  97-98 % laktoza və 2-3  % qlükozanın  qarışığı  işlədilir.  Buna adsorbsiya edilmiş ana arı 
südü deyilir. Ana arı südü toplanandan 1,5 saat ərzində fəallığını saxlayır deyə, bu iş mümkün qədər 
qısa zaman müddətində başa çatdırılır. Bu cür südün 1,5 saat müddətində qızdırılmadan rütubətliliyi 
1-2  %-ə    çatanadək  qurudulur,  sonra  qalıq  nəmliyi  0,7  %-ə  enənədək  vakuum  altında  45  dəqiqə 
ərzində qurudulması sona çatdırılır. Nəticədə adsorbsiya edilmiş apilak alınır. Onun keyfiyyəti quru 
(liofilizə edilmiş) süddən yüksək olur. 
Xam  arı  südü  soyuducuda  -6  °C-dən  yuxarı  və  -10°C-dən  aşağı  olmayan  temperaturda 
saxlanılır. Zəmanət müddəti həmin temperaturlar həddində - 6 ay, ətraf mühit temperaturda isə - 2 
saatdır.  
Adsorbsiya  edilmiş  xam  süd  4  °C-dən  8  °C-dək  temperaturda  –  9  ayadək,  -6  °C-dək 
temperaturda  -  1  ilədək,  -18  °C  temperaturda  –  2  ilədək  müddətə  saxlanılır.  Adsorbsiya  edilmiş 
quru südün saxlama müddəti 20 °C-dək temperaturda – 2 il, 8 °C-dək temperaturda – 3 ildir. 
Ana arı südü atmosfer çöküntüləri və birbaşa düşən günəş şüalarından qorunmalıdır. 
Dövlət standartlarının tələblərinə görə, ana arı südü qida məqsədilə 2 (iki) yerə bölünür: 1) 
xam süd; 2) adsorbsiya edilmiş süd. Adsorbsiya edilmiş süd də öz növbəsində 2 (iki) yerə bölünür: 
a) adsorbsiya edilmiş xam süd; b)  adsorbsiya edilmiş quru süd. Bu məqalədə biz yalnız xam südlə 
bağlı  tədris  və  elmi  bilgilərimizi  paylaşırıq.  Bununla  bağlı  tələbələrdə  aydın  təsəvvür 
formalaşdırmaq üçün, biz adorbsiya edilmiş südü də xarakterzə edirik. 
Ekspertizanı  aparmaq  üçün  partiyanın  ortasından  seçilmiş  hər  flakondan  steril  şpatellə 
nöqtəvi nümunə götürülür, onlar kütləsi 10 q-dan az olmayan orta nümunə kimi birləşdirilir. Orta 
nümunə  iki  bərabər  hissəyə  bölünür,  biri  təyinetmə  üçün,  digəri  isə  tünd  şüşədən  ibarət  flakona 
qoyulur,  soyuducuda  -6  °C  temperaturda  3  ay  müddətinə  saxlanılır,  keyfiyyətinin 
qiymətləndirilməsində fikir ayrılıqları olduqda təyinetmə üçün istafadə edilir.   
Dərsin  əvvəlində  təyinetmə  metodları  tələbələr  tərəfindən  mənimsənilir  və  müəllimin 
iştirakı  ilkə  onların  aparılma  ardıcıllığı  müəyyənləşdirilir.  Laboratoriya  şəraitində  xam  südün 
keyfiyyət göstəriciləri müvafiq reaktiv, avadanlıq, cihaz və alətlərin köməkliyi ilə aparılır. 
Desen  turşularının,  xam  proteinin,  şəkərlərin  kütlə  payı,  habelə  antimikrob  fəallıq  və 
bakterial çirklənmə ana arı südünün keyfiyyəti ilə bağlı fikir ayrılıqları baş verdikdə təyin edilir. 
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə ana arın südü cədvəldə göstərilən 
tələblərə uyğun olmalıdır. 
Cədvəl  
Göstəricinin adı 
Xarakteristikası və norması 
Xarici görünüşü və qəlizliyi 
Həmcins qeyri-şəffaf xamayabənzər 
kütlə 
Rəngi 
Ağ sarımtıl yaxud zəif kreməbənzər 
İyi 
Bal dadı verən xoşagələn, azacııq 
yandırıcı, büzüşdürücü 


163 
 
Mexaniki qarışıqlar 
Olmamalıdır 
Quru maddələrin kütlə payı, % 
30,0 – 35,0 
Mumun kütlə payı, %, artıq 
olmamalı 
 2,0 
Məhsulun oksidləşməsi, s, artıq 
olmamalı 
10,0 
Flüorossensiya  
Açıq-mavi 
 Arı südünün suda məhlulunun 1 %-
li kütlə payında hidrogen ionlarının 
konsentrasiyası (pH) 
 
3,5 – 4,5 
Desen turşularının kütlə payı, %, az 
olmamalı 
5,0 
Xam proteinin kütlə payı, % 
31,0 - 47,0 
Bərpa olunan şəkərlərin kütlə payı, 
%, az olmamalı 
20,0 
Saxarozanın kütlə payı, %, arıq 
olmamalı 
10,5 
Antimikrob fəallığı (stafilakokka 
qarşı bakteriostatiklik – şt 209), mq/sm³, 
artıq olmamalı 
 
14,0 
Məhsulun qeyri-patogen mikroblarla 
çirklənməsi, min/q, artıq olmamalı 
1,5 
Bioloji fəallığı, mq, az olmamalı 
180 
 
Təqdim  edilmiş  ana  arı  südünün  ekspertizasını  aparmaq  üçün  tələbələr  əvvəlcə  onun 
orqanoleptik (xarici görünüşü və qəlizliyi, rəngi, iyi), sonra isə fiziki-kimyəvi göstəricilərini dövlət 
standartının  tələblərinə  uyğun  aparır.  Aparılmış  təyinetmələrin  nəticələri  tələbələrə  müfəssəl  şərh 
edilir və müvafiq qaydada qeyd edilir. Nəticələr məcmuyu üzrə qiymətləndirilir və ana arı südünün 
keyfiyyəti haqqında mühakimə yürüdülür. 
 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin