Naxçivan döVLƏt universiteti 1967


Şəkil 1. Dayaq-hərəkət aparatı toxumalarından çıxarılmış yad cisimlər



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə75/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   71   72   73   74   75   76   77   78   ...   190
Şəkil 1. Dayaq-hərəkət aparatı toxumalarından çıxarılmış yad cisimlər 
Təqdim   olunan   yazıda   həmkarlarımızı   həmin   yeniliklərin  mahiyyəti   ilə   tanış    etmək  
qarşıya  məqsəd  qoyulmuşdur. 
Bu    xəstələrin    diaqnostika    və    müalicəsi    yad    cismin  materialı,  ölçü,  forma    və    s.  
xüsusiyyətlərinə    görə    hədsiz    müxtəlifliyi,  bədəndə    yerləşmə    nahiyəsi,  dərinliyi,  istiqaməti
zədəlinin    müraciət    etdiyi    tibb    müəssisəsinin    texniki    imkanları,  mütəxəssislərin    müvafiq  
təcrübəsi  və  s.  amillərə    görə    müəyyənləşdirilir.  Təcrübə    göstərir  ki,  bu    məsələdə    əsas  
mərhələlərdən    biri    yad    cismin    çıxarılmasına    göstəriş    və    əks-göstərişlərin    dəqiq    müəyyən  
edilməsidir. Belə   ki,  yad  cisimlərin  sayının  çoxluğu, səpələnməsi,   ölçülərinin  kiçikliyi,  dərin, 
təhlükəsiz  nahiyələrdə  yerləşməsi  onların  çıxarılmasına  cəhdin  zəruri  olmamasını  diktə  edirsə, 


71 
 
onun  sinir-damar  kötükləri, həyati  vacib  orqanlar  yaxınlığında, oynaq  daxilində, ətrafların  işlək  
və    dayaq    nahiyələrində    yerləşməsi,  miqrasiya    etmək,  üzvün    funksiyasına    mane    olmaq,  ətraf  
toxumaları  infeksiyalaşdırmaq, hətta  maliqnizasiya etmə ehtimalı  və s.  kimi  ilkin  və  gecikmiş  
fəsadlar    90-95%    hallarda    yad    cisimlərin    toxumalardan    xaric    edilməsinə    birbaşa    göstəriş  
sayılır (6). 
Odur ki, yad  cisim məsələsində  tibbi  taktika  aşağıdakı  ardıcıllıqla  təşkil  edilməlidir. İlk  
olaraq, anamnez, palpasiya, rentgen, ERQ, KT, USM  və b.  vasitələrlə  toxumalarda  yad  cismin  
olub-olmaması  təsdiq  edilməlidir. Belə  ki, tibb  təcrübəsində  ətrafa  iynə  batdığı  iddia  edilən  
deşilmiş  yaralar  zamanı  toxumalarda  yad  cisim (iynə)  olmadığı  halda, kəsik  aparılaraq,  uzun 
müddətli    hədər    axtarışlara    vaxt    itirilməsi,  sonradan    iynə    qırığının    evdə    döşəmə    üzərində  
tapılması; guya, sağrıda  qalmış  inyeksion  iynənin  porşen  daxilində  aşkarlanması, ovuca  batmış  
iynənin    saiddə;  baldır    nahiyəsindəki    kor    yaralanmadan    sonra    güllənin    ürək    boşluğunda  
aşkarlanması, yaxud, əksinə, deşib-çıxan  odlu  silah  yaralanmaları  zamanı  toxumalarda  müxtəlif  
xarakterli  yad  cisimlərin  təsadüfən  tapılması  halları  heç  də  az  olmur. 
Yad  cisimlərin  mövcudluğu  təsdiq  olunduqdan sonra, ən vacib  və  məsuliyyətli  mərhələ 
onun  növü, xarakteri, ölçüləri  və  xüsusilə  sonrakı  cərrahi  taktikanı  müəyyənləşdirmək  üçün  
lokalizasiyasının – yeri, istiqaməti, dərinliyi  və s.-nin  dəqiqləşdirilməsidir. 
Bu  məqsədlə  ədəbiyyatda  onlarla  müxtəlif  üsullar  işlədildiyi  qeyd  olunur. Bunların  hər  
birinin  müsbət  cəhətləri  ilə  yanaşı, müəyyən  çatışmazlıqları  da  aşkarlanmışdır. Məsələn, yad  
cismin  rentgen    şüaları    altında    uzun    müddət    axtarılması    həm    xəstə,  həm    də    həkim    üçün  
şüalanma   baxımından   arzuolunmazdır. Belə  bir   əməliyyatdan  sonra,  hətta   cərrahın    əllərinin  
amputasiya    olunması    hadisəsi    də    qeyd    edilir  (13).  Eyni    məqsədlə    tətbiq    edilən    yüksək  
həssaslıqlı  ferrozond  maqnito-merləri, radioşup, elektromaqnit  lokatoru  isə  təcrübədə  geniş  yer  
tuta  bilmədilər (2, 3, 4, 5, 15, 17 və s.). 
M.A.Topçubaşovun, neqativ  korset  fonunda  3  metal  milin  kəsilməsinə  əsaslanan  yad  
cismin  lokalizasiya  üsulu  əsasən  daxili  üzv  yad  cisimləri  üçün  daha  effektlidir, eyni  zamanda  
hazırlıq  dövrünün  yoruculuğu  və  əməliyyatın  mürəkkəbliyi  ilə  səciyyələnir (16).  
Üsulların  geniş  yayılanı  yad    cisim  axtarılan    nahiyəyə    müxtəlif    rentgen    kontrast  
nişanələrin    qoyulmasına    əsaslanır.  Bunlardan,  müayinə    olunacaq  nahiyənin    karandaşla    işarə  
olunmuş  2  nöqtəsi  üzərinə  qoyulan  metal  parçaları, bucaq-koordinat  cihazı, metal  tor, həlqələr, 
çarpazlaşdırılan 2 məftil, kəsik  kanalına  müxtəlif  istiqamətdə  inyeksion  iynə  və s.  qoyulmasının  
qeyri-dəqiqliyi  göstərilir (2, 3, 4). 
Biz  bu  məqsədlə  toxumalardakı  yad  cismin  kənar  nöqtələrinin  dəri  üzərinə  proyeksiya  
olunması  prinsipindən  istifadə  edirik (Rusiyanın “Patoloji ocağın dəri üzərinə köçürülməsi” adlı 
ixtiraya  20.04.1995-ci  il  2033083  №-li  Patent).Bunun    üçün    deşiklərlə    nömrələnmiş    rentgen  
kontrast  material  zolaqlarının  L  və  ya  П şəklində  quraşdırılmasından  alınan  ştangen-koordinat  
adlanan    qurğu    (şəkil  2a)  tətbiq    edirik  (Удостоворение    на    рац.предложение    Минздрава  
Азерб. ССР  за  № 2  от  05.XI.1983). 
Materialın  nisbətən  çətin  tapılması, baha  başa  gəlməsi, həcmli  olmasını  nəzərə  alaraq, 
həmin  lövhələrin  uşaq “konstruktor” oyuncağının, lazımi  tələblərə   
 
 


72 
 
                          a                                                          b 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin