Naxçivan” universiteti Fakültə : İdarəetmə Kafedra: İdarəetmə İxtisas: Biznesin təşkili və idarəedilməsi Şöbə :Əyani Kurs: II


Biznes təşkilatının dövlət orqanında qeydiyyatı



Yüklə 68,45 Kb.
səhifə7/10
tarix10.10.2022
ölçüsü68,45 Kb.
#64807
1   2   3   4   5   6   7   8   9   10
referat 5104 (2)

Biznes təşkilatının dövlət orqanında qeydiyyatı

Yeni müəssisə yaratmaq üçün bir sıra mühüm mərhələlərdən keçmək lazımdır. Yeni müəssisənin yaradılmasından öncə təsisçilərin tərkibi müəyyən edilir və təsis sənədləri hazırlanır.Təsis sənədlərinə əsasən nizamnamə və təsis müqaviləsi aid edilir.
Yeni yaradılan biznes təşkilatı dövlət orqanlannda qeydiyyatdan keçməlidir. Hər hansı hüquqi şəxs rəsmi dövlət qeydiyyatından keçdiyi gündən sahibkarlıq fəaliyyətinə başlaya bilər. Dövlət qeydiyyatına alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.
Hüquqi şəxslər dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasnın Ədliyyə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Təsisçilər tərəfindən ərizə;

  2. Müvafiq məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

  3. Müəssisənin 5 (beş) nüsxədən ibarət nizamnaməsi;

  4. Təsis müqaviləsi;

  5. Statistika komitəsindən alınan identifikasiya kodu;

  6. Müəssisənin yerləşdiyi ünvan haqqnda arayış;

  7. Təsisçilər vəsiqəsi və yaşayış yerindən arayış;

  8. Möhürün və ştampın eskizi:

Həmin sənədlər təqdim edildikdən 10 (on) gün ərzində Ədliyyə Nazirliyi dövlət qeydiyyatına alma haqqında qərar qəbul etməli və hüquqi şəxsə qeydiyyat şəhadətnaməsi verilməli və ya dövlət qeydiyyatına almaqdan imtina barədə yazılı məlumat verməldir.
Qeyd etmək lazımdır ki, son dövrlərdə Azərbaycan Respublikasnda kiçik və orta sahibkarlığn inkişafnı gücləndirmək məqsədi ilə bir sıra qərarlar qəbul olunmuşdur. Mühüm sənədlərin hazırlanması, həyata keçirilməsi, icra mexanizminin yenidən işlənməsi nəticəsində bəzi mühüm normativ sənədlərin yeniləri işlənir
Hüquqi şəxslərin yaradılması haqqında olan qanunvericilik aktları pozulduqda və təsis sənədləri qanunvericiliyə uyğun olunmadıqda firmanın dövlət qeydiyyatına alınmasından imtina edilir.
Dövlət qeydiyyat orqanın məsul şəxslərinin qanunsuz hərəkətlərindən və qərarlarından məhkəməyə şikayət verilə bilər.
Dövlət Qeydiyyatı haqqında qanuna əsasən, hər hansı çatışmamazlıqlar, yaxud imtina üçün əsas olmadıqda, qeydiyyat şəhadətnaməsinin verilməsilə bağlı qərar vahid ərizə formasının qəbul olunduğu tarixdən sonra üç gün ərzində verilməlidir. Qeydiyyat idarəsi tərəfindən ərizəyə baxılması müddətinə qanunla məhdudiyyət nəzərdə tutulsa da, qanun “sükut – razılıqdır” prinsipini müəyyən etmir (bu prinsipə görə, əgər tələb olunan sənədləri təqdim etmiş şəxs müəyyən olunmuş müddət ərzində rədd cavabı almırsa, o bütün qeydiyyat tələblərini yerinə yetirmiş hesab olunur). Qeydiyyat şəhadətnaməsindən başqa qeydiyyat idarəsi ərizəçiyə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış da təqdim edir. Dövlət reyestrindən çıxarışı aldıqdan sonra ərizəçi 3 həftə müddətində hər hansı səhv və ya çatışmamazlıqlar barədə reyestr xidmətinə məlumat verməlidir.
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin