Naxçivan” universiteti Fakültə : İdarəetmə Kafedra: İdarəetmə İxtisas: Biznesin təşkili və idarəedilməsi Şöbə :Əyani Kurs: II



Yüklə 68,45 Kb.
səhifə1/10
tarix10.10.2022
ölçüsü68,45 Kb.
#64807
  1   2   3   4   5   6   7   8   9   10
referat 5104 (2)


NAXÇIVAN” UNİVERSİTETİ
Fakültə : İdarəetmə
Kafedra: İdarəetmə
İxtisas: Biznesin təşkili və idarəedilməsi
Şöbə :Əyani
Kurs: II
Mövzu : Biznesin təşkilati-hüquqi formaları
KURS İŞİ
Tələbə: M.M.Musayev
Elmi Rəhbər: M.Ə.Əsgərov

Naxçıvan 2015

Plan:
Giriş

  1. Biznesin təşkilati-hüquqi formaları

  2. Biznes təşkilatının dövlət orqanında qeydiyyatı

  3. Biznesin təşkilati mütərəqqi formaları

Nəticə
Ədəbiyyat

Giriş
“Biznes”sözü dünyanın bütün ölkələrində istifadə olunur. Gəlir gətirən fəaliyyət və bu fəaliyyətlə məşğul olan insanlar müxətlif ölkələrdə müxtəlif cür adlandırılır.Əsasən ingilis dilli ölkələrdə sözü gedən fəaliyyət növü “biznes”, bu fəaliyyətlə məşğul olan insanlar isə “biznesmen” adlandırıldığı halda, digər ölkələrdə, o cümlədən MDB məkanında müvafiq olaraq “sahibkarlıq” və “sahibkar” adlandırılır.
İqtisadi ədəbiyyatda “biznes” termininin müxtəlif anlayışlarına rast gəlinir. Məsələn, Alan Xoskinq biznesə belə tərif vermişdir: “Biznes təbii nemətlərin hasilatı, əmtəənin istehsalı, yaxud əldə edilməsi və satışı, digər əmtəələrin dəyişdirilməsində xidmətlərin göstərilməsi, maraqlı şəxslərin, yaxud təşkilatların qarşılıqlı gəlirinə xidmət, pul üzrə fiziki şəxslərin, müəssisələrin və təşkilatların həyata keçirdikləri fəaliyyətdir.
Biznes proses kimi müəyyən funksiyaları: maliyyə və uçot, kadr və maddi-texniki təminat, istehsal, marketinq, elmi-tədqiqat və layihə işlərini nəzərdə tutur.
Digər iqtisadçılar biznesə müəyyən struktur çərçivəsində təşkil edilən, məqsədi və nəticəsi gəlir götürmək olan konkret iqtisadi fəaliyyət növü kimi baxırlar. Beləliklə, istənilən biznesin müəssisə şəklində öz iqtisadi-təşkilati forması olur. Müəssisə oxşar mühitdən bazarda ayrılmağa cəhd edərək firma adı və atributları şəklində öz fərqli cəhətlərini yaradır. Burada biznes anlayışı genişdir: Biznesə təkcə fəaliyyət prosesi kimi deyil, həm də mülkiyyət obyekti kimi baxılır, hansı ki, satmaq, girov qoymaq, sığortalamaq, vəsiyyət etmək olar. Bu halda biznes saziş, əmtəə obyektinə çevrilir.
Klassik iqtisadiyyatın banisi olan A.Smit “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” adlı əsərində sahibkarlıq fəaliyyətinin dəqiq xarakteristikasını verməyə cəhd etmişdir. Onun mülahizələrinə görə sahibkar yeni kapitalın mülkiyyətçisi kimi hər hansı konvensiya ideyalarının reallaşması və mənfəət alınması üçün riskə gedir. Ancaq A.Smit iqtisadiyyatı “görünməz əl” vasitəsilə idarə edilən, özü tənzimlənən mexanizm kimi təsəvvür edirdi, ona görə də sahibkarlıqda yaradıcılığa və sahibkar simasına xüsusi diqqət yetirmirdi. C.M. Keyns də özünün kredit-pul və büdcə siyasəti vasitəsilə iqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyini ifadə edən nəzəriyyəsində sahibkara təxminən eyni əhəmiyyəti verirdi.
Biznes və sahibkarlıq anlayışları təkamül prosesi keçmiş və onların mahiyyətinə aydınlıq gətirilmişdir. Dünyanın tanınmış alimləri sahibkarlığın mahiyyəti haqqında qədim dövrlərdən düşünməyə başlamışlar. Belə ki, merkantilizm məktəbinin nümayəndəsi A.Monkretyen (1576-1621) müxtəlif işlərin reallaşdırılması məqsədilə monarxla müqavilə bağlayan şəxsi “sahibkar” adlandırmışdır
Biznes – istehlakçıların tələbatının ödənilməsi və mənfəətin (gəlirin) əldə edilməsi məqsədilə təşəbbüskar insanlar arasında işgüzar münasibətlərin məcmusudur.
Biznes və onun mühüm istiqaməti olan sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir, iqtisadi artım tempini, ümumi daxili məhsulun strukturunu və keyfiyyətini müəyyən edir. Biznesin inkişafı demokratik prinsiplərə və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşması və davamlı inkişafına kömək edir. Belə ki, müasir biznesin sürətli inkişafı sayəsində Azərbaycan iqtisadiyyatında qeyri-dövlət sektoru aparıcı mövqeyə çıxmış, yəni ümumi daxili məhsulda onun payı 81 faizə çatmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasında və “Sahibkarlıq fəaliyyəti haqqında” Qanununda təsbit edilmişdir ki, fiziki və hüquqi şəxslər qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında müstəqil biznes fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.


  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin