Naxçivan” universiteti Fakültə : İdarəetmə Kafedra: İdarəetmə İxtisas: Biznesin təşkili və idarəedilməsi Şöbə :Əyani Kurs: II


Biznesin təşkilati mütərəqqi formaları



Yüklə 68,45 Kb.
səhifə8/10
tarix10.10.2022
ölçüsü68,45 Kb.
#64807
1   2   3   4   5   6   7   8   9   10
referat 5104 (2)

Biznesin təşkilati mütərəqqi formaları

İri miqyaslı biznesə son dərəcə kiçik miqyaslı biznes üçün xarakterik olan formalardan fərqlənən təşkilatı formalar –assosiativ fomalar xasdır.Müəsissələrin və şirkətlərin müştərək ,inteqrasiya olunmuş strukturarda birləşməsi yolu ilə ümumiləşdirilşiş assosiativ formalar yaradır.
Korporasiya – bir neçə şirkətin ümumi məqsədlərini və ya üstünlüklərini mühafizə etmək üçün fəaliyyətlərini birləşdirdiyi səhmdar cəmiyyətdir.Hüquqi şəxs kimi korporasiya ona daxil olan bütün müəsisələrin borcları və vergiləri üzrə məsuliyyət daşıyır və müstəqil sahibkarlıq fəaliyyəti subyekti qismində çıxış edir.
Korporasiya- sahibi olan konkret şəxslərdən fərqlənən və ayrılmış biznesin hüquqi formasıdır.Dövlət tərəfindən tanınmış bu “Hüquqi şəxslər” resurslar əldə edə,aktivlərə sahib ola,borc götürə,kredit verə və iddiya qaldıra və məhkəmədə cavabdeh kimi çıxış edə bilər.
Korperasiyanın üstünlükləri:
1. Pul kapitalının cəlb olunması məsələlərində biznesin təşkilinin ən effektiv formasıdır.
2. Korporasiyaların üstünlüyü məhdud məsuliyyətli olmasıdır.
3. Bir halda ki ,korporasiya hüquqi şəxsdir,o onun sahiblərindən,bu səbəbdən də öz vəzifəli şəxslərindən asılı olmayaraq mövcuddur.
Konsorsium- müstəqil şirkətlərin kordinasiya olunmuş sahibkar fəaliyyətinin müxtəlif məqsədi ola bilən müvəqqəti ittifaqdır. Bələ məqsəd çox zaman sifarişlərin alınması və onların müştərək icra olunması olur.
Konsersium səylərin,elmi-texniki,istehsal və xidmət vasitələrinin və qarşıya qoyulan məsələri müştərək yerinə yetirməyə qadir olan maliyə şirkətlərinin birləşməsini tələb edən təcili və baha qiymətli sifariş və layihələrin yüksək keyfiyyətlə icrası üçün yaradılır.Konsersium çox zaman yataqların müştərək işləməsi üçün yaradılır,məsələn 1994-cü il sentiyabrın 20-də bağlanmış “Əsrin müqaviləsini” yerinə yetirmək üçün ilk konsersium təşkil edilmişdir.Konsersiumlar bir neçə banklar,istehsal şirkətləri,elmi mərkəzlər,dövlət strukturları tərəfindən təşkil oluna bilər.
XIX əsrin sonunda XX əsrin əvvələrində konsersiumlar milli və beynalxalq bazarda maliyyə əməliyyatlarını həyata keçirmək üçün banklar arasında razılaşma idi.XX əsrin ortalarında konsersiumlar sənaye sahəsində geniş yayılmağa və iri sənaye ,elmi-texniki ,inşaat və başqa layihələrin reallaşması məqsədlərinə xidmət etməyə başladı.
Konsersiumun tipləri:
1. Bank konsersiumu-konsersium rəhbərin ən iri banklardan birinin,kredit ,zəmanət və ya başqa bank əməliyyatlarını müştərək vəya yeni bazarlara çıxış üçün müvəqqəti təşkil etdiyi banklar qrupudur.
2. Zəmanət konsersiumu-müxtəlif növ fəaliyyət növü ilə məşğul olan bir neçə şirkət arasındakı sazişdir.
3. Maliyyə konsersiumu-iri maliyyə əməliyyatları aparmaq üçün bir neçə bankın ittifaqı,müvəqqəti sazişdir.
4. İxracat konsersiumu-bir sıra ölkələrdə fəaliyyət göstərən şirkətlərin ixracat əməliyyatlarına kömək etmək üçün yaradılan xarici ticarət birliyidir.

Yüklə 68,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin