TURAL SƏFƏROV
İdmançımız ölkə turnirinin qalibi olub
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının
22-ci ildönümü münasibətilə Masallı rayonunda uşaqlar və yeniyetmələr
arasında cüdo üzrə açıq turnir keçirilib. Turnirdə Naxçıvan Muxtar Respublikası
Güləş Federasiyasının yetirməsi Abbas Məmmədov da iştirak edib. Tatami
üzərinə 38 kiloqram çəki dərəcəsində çıxan idmançımız bütün rəqiblərinə
qalib gələrək turnirin baş mükafatını qazanıb.
Qalib idmançımız diplom və medalla təltif olunub.
-
Ceyhun MƏMMƏDOV
Naxçıvan şəhərindəki İlham Əliyev
adına Olimpiya-İdman Komplek-
sində “Zərərli vərdişlərə yox deyək,
həmişə sağlam olaq” devizi altında
kişilər və gənclər arasında MMA
döyüş növü üzrə Naxçıvan şəhər
birinciliyi keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər
Gənclər və İdman İdarəsinin rəisi
Xəyal Qurbanov və Naxçıvan Muxtar
Respublikası Şərq Döyüşü Sənəti Fe-
derasiyasının sədr müavini Cavanşir
Salayev bildiriblər ki, birinciliyin ke-
çirilməsində əsas məqsəd MMA döyüş
növünü kişilər və gənc lər arasında
təbliğ etməklə, onları zərərli vərdiş-
lərdən uzaqlaşdırmaq və federasiya
tərkibində fəaliyyət göstərən klubların
işini təkmilləşdirməkdir.
Yarışda 7 çəki dərəcəsində 80 id-
mançı qüvvəsini sınayıb.
Gərgin mübarizə şəraitində keçən
döyüşdə Əkbər Əliyev, Nizami Hü-
seynov, Rüstəm Bağırov, Cəfər Ab-
basov, Xızır İsmayılov, Fərdi Bağırov,
Nəcəfəli Nəcəfov müvafiq olaraq 50,
56, 61, 66, 70, 77, 84 kiloqram çəki
dərəcələrində bütün rəqiblərini üstə-
ləyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer
tutan idmançılar təşkilatçıların dip-
lomları ilə təltif ediliblər.
Şahbuz Rayon Gənclər və İdman
İdarəsinin, Naxçıvan Muxtar Res-
publikası Karate-do Federasiyasının
Şahbuz rayon bölməsinin və Yeni
Azərbaycan Partiyası Şahbuz Rayon
Təşkilatı Gənclər Birliyinin təşkil et-
diyi “Zərərli vərdişlərə yox deyək,
həmişə sağlam olaq” devizi altında
yarış başa çatıb. Naxçıvan Muxtar
Respublikası Karate-do Federasiya-
sının Şahbuz rayonunda fəaliyyət gös-
tərən bölməsinin üzvləri arasında ke-
çirilən karate-do üzrə Şahbuz rayon
birinciliyi Şahbuzkənd tam orta mək-
təbinin idman zalında keçirilib.
Yarışda 2004-2008-ci illər təvəl-
lüdlü oğlanlar, 2006-cı il təvəllüdlü
qızlar mübarizə aparıblar. Rauf Ba-
ğırov, Pünhan Həsənov, Rəşad İmam-
quliyev, Anar Hüseynov, Məhəm -
mədəli Sadiqov və Səmra Sadiqova
bütün rəqiblərinə qalib gələrək I yerə
layiq görülüblər.
Birincilikdə I, II, III yerləri tutmuş
idmançılara təşkilatçıların diplomları
təqdim olunub.
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq”
devizi altında idman yarışları
* * *
İyulun 23-də Tələbə Qəbulu üzrə Dövlət Ko-
missiyası (TQDK) 2016-2017-ci tədris ili üçün
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
qəbul olmaq istəyən cari ilin məzunlarının II və
III ixtisas qrupları üzrə qəbul imtahanını keçirib.
İmtahan respublikanın 11 şəhərində – Bakı, Nax-
çıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi,
Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində,
ümumilikdə, 55 binada aparılıb.
Muxtar respublikada Naxçıvan şəhər 1, 7 və 14
nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda
1430 abituriyent iştirak edib. İmtahana 137 nəza-
rətçi-müəllim, 10 imtahan rəhbəri cəlb olunub.
İmtahan günündə məktəblərdə olduq, abituriyentlər
və onların valideynlərinin təəssüratlarını öyrəndik.
Şərur rayonunun Dərəkəndindən olan Fərmayıl
Əhmədov deyir ki, övladı qədər o da həyəcanlıdır.
Onu da əlavə edir ki, qızı Gözəl imtahana yaxşı
hazır laşıb. İnanır ki, tələbə adını qazanacaq.
Valideyn ərazidə insanların rahatlığı üçün iaşə
xidməti təşkil olunmasından razılıqla danışdı.
Abituriyentlərdən Aygün Hümbətova ilə söh-
bətləşirik. Naxçıvan şəhər 12 nömrəli tam orta
məktəbin məzunudur. O, sınaq imtahanlarında 500-
700 intervalında bal toplayıb. Həyəcanını gizlət-
məyərək deyir:
– Həyəcanla gözlədiyim gündür. Hansı sualların
düşəcəyini səbirsizliklə gözləyirəm. Xarici dil müəl-
limi olmaq istəyirəm. Hədəfim 500 balı keçməkdir.
Abituriyentlərdən Rafət Kazımbəyli də çox hə-
yəcanlı görünür. Onun dediklərindən:
– Atam təhsil sahəsində fəaliyyət göstərir. Ailə-
mizdə təhsilə hər zaman böyük maraq olub. Vali-
deynlərim hər zaman dərsimlə maraqlanıb, mənim
yaxşı oxumağım üçün əllərindən gələni əsirgəmə-
yiblər. Təhsil aldığım məktəbdə həm yaradılan şə-
raiti, həm müəllimlərimizin bizimlə məsuliyyətlə
məşğul olmalarını xüsusilə qeyd etməliyəm. Zəngin
maddi-texniki bazaya və müasir tədris şəraitinə
malik olan məktəbimiz ən müasir informasiya tex-
nologiyaları, dərslik, bədii ədəbiyyat və tədris və-
saitləri ilə təmin edilib. II ixtisas qrupu üzrə imtahan
verəcəyəm. Bu imtahandan uğurlu nəticə qazanma-
lıyam. İnanıram ki, bütün ümidləri doğruldacağam.
Babək rayon Cəhri kənd 1 nömrəli tam orta
məktəbin məzunu Nihad Alməmmədov, Şərur rayon
Şahbulaq kənd tam orta məktəbinin məzunu Cəfər
Cəfərov da belə düşünürlər.
Saatlar 11
00
-ı göstərəndə imtahan başlayır. İmtahan
qurtarana kimi biz də müşahidələrimizi apardıq.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən
imtahanların gedişi zamanı abituriyentlər heç bir
qayda pozuntusuna yol verməyərək diqqətlərini
ancaq test tapşırıqlarına yönəltdilər. Ümumiyyətlə,
imtahanda təşkilatçılıq yüksək səviyyədə idi.
... Nəhayət, imtahan başa çatır. İmtahandan yenicə
çıxmış Valeh Xudakərimov sualların asan olduğunu
dedi. Zaur Məmmədov isə ilk dəqiqələrin onun
üçün bir az çətinlik törətdiyini gizlətmədi. Daha bir
abituriyent Nuray Salmanlı dedi ki, imtahanda əsas
amil olan sakitlik tam təmin edilmişdi. Bu da onun
sualları dəqiq cavablandırmasına imkan verib.
Qeyd edək ki, imtahanda təqdim olunmuş sual-
ların düzgün cavabları TQDK-nın internet saytında
yerləşdirilib.
-
Sara ƏZİMOVA
II və III ixtisas qrupları üzrə qəbul
imtahanı keçirilib
– Azər həkim, ilan çalması,
əqrəb sancmasına, əsasən, hansı
yerlərdə rast gəlinir?
– İlançalma, əqrəbsancmalar hər
yerdə rast gəlinən hadisələrdəndir.
Lakin kənd yerlərində, xüsusən
otlaq, zəmi, qamışlıq, bataqlıq, şo-
ranlıq, meşə, çöllük, daş karxanası
və digər sahələrdə belə hallara daha
çox rast gəlinir. İlan çalması tarlada
işləyərkən və ya təsadüfən ilanın
ayaqlanmasından baş verə bilər.
Aparılan təmir-tikinti işləri zamanı
ilanlarla yanaşı, əqrəblərin də üzə
çıxması istisna deyil. Bütövlükdə isə
belə halların çoxalması havaların isti
keçməsi ilə əlaqədardır. Bu ilin ilk
ilan çalması hadisəsi aprelin 21-də
baş vermiş, yay mövsümü başla-
nandan isə Naxçıvan Muxtar Res-
publika Xəstəxanasına 7 nəfər ilan-
çalma ilə əlaqədar gətirilmiş, on-
lardan 4 nəfəri ambulator, digərləri
isə stasionar şəraitdə müalicə olun-
muşdur. Şöbəmizə ötən yarımildə
3 nəfər əqrəb sancması ilə müraciət
etmiş və ambulator müalicə almışdır.
İlançalma və əqrəbsancmadan ölüm
halları baş verməmişdir.
– Zəhərli ilanlardan hansı
daha çox təhlükəlidir?
– Xəstəxanaya ilançalma ilə gə-
tirilənlər arasında Culfa rayonu üs-
tünlük təşkil edir. Rayonun dağlıq
və dağətəyi ərazilərində mövcud
olan ilanlar digərlərindən daha çox
fəsad verirlər. Bütövlükdə isə ilanlar
zəhərinin təsirinə görə fərqlənirlər.
Ən təsirli, ölümcül zəhərə görə kob-
ralar öndə durur. Naxçıvanda zəhərli
ilanlardan ən geniş yayılanı gürzə
hesab olunur. Zəhərli ilanlar qısa,
quyruqları yumru və başları üçbucaq
şəklində olanlardır. Üzərlərindəki
pullar daha kiçik və daha çoxdur.
Çox parlaq və canlı rənglərdə olurlar.
Dişləmə zamanı qan laxtalanması
müddəti artır, həddindən artıq qan
itkisi olur. Yanma hissi və ağrı olur.
Sinir sisteminə və ürəyə təsir edir.
İlan çalması zamanı kəskin ağrı,
yuxululuq, hətta qıcolma baş verir.
Ağrı bütün bədən boyu yayılaraq
bədəni iflic edir. Sonradan serum
vurularkən onun növünü dəqiq bil-
mək üçün ilanın görünüşünü yadda
saxlamaq lazımdır.
– İlan çalmasından sonra
hansı əlamətlər müşahidə
olunur?
– İlan çalmasında toxumaların
ödemi (şişməsi) və dişlənən yerdə
bərk ağrı, başağrısı, hərarətin artması,
özündəngetmə halları müşahidə olu-
nur. Zəhər orqanizmə yeridikcə zə-
hərlənmə əlamətləri tədricən artır.
İlanın sancdığı yerdə güclü ağrı,
qızartı, göyərmə və şişkinlik, baş-
gicəllənmə, başağrısı, nəbzin art-
ması, təngnəfəslik, ümumi zəiflik,
yuxululuq, ürəkbulanma, qusma,
üşütmə baş verir, soyuq tər basır.
– Təcili yardım gələnə qədər
zərərçəkənlə necə davranılma-
lıdır? İlan çalması, əqrəb sanc-
ması nəticəsində baş verən zə-
hərlənmə hallarında ilkin tibbi
xidmət necə təşkil olunmalıdır?
– Zərərçəkən təcili halda ayaqları
bir qədər yuxarı olmaqla uzadılmalı
və tam sakitlik təmin olunmalıdır.
Zərərçəkən heç bir halda hərəkət
etməməlidir. Təcili yardım maşınına
qədər onu xərəkdə aparmaq lazımdır.
İmkan olduqda sancmadan son-
rakı ilk 10 dəqiqə ərzində yaradan
zəhəri sıxıb çıxarmağa çalışmaq la-
zımdır. Bunun üçün yara sahəsində
dəri elə sıxılmalıdır ki, oradan bir
neçə damcı maye çıxsın. Sonra yara
təmiz su ilə yuyulub yod ilə dezin-
feksiya edilməli və üzərinə steril
sarğı qoyulmalıdır. Ətraf şişdikdə
sarğını bir qədər boşaltmaq lazımdır.
Sınıqlarda olduğu kimi, ətrafa şin
qoyulur və ya zədələnmiş ətraf sağ-
lam ətrafa bağlanır. Bu yolla zəhərin
orqanizmə yayılma sürəti azalır.
Sarğının üzərinə zəhərin sorulma
sürətini azaltmaq üçün paketə qo-
yulmuş buz və ya soyuq kompres
qoymaq lazımdır.
Zərərçəkənə çox miqdarda maye
(çay, su) və ağrıkəsici dərmanlar
verilməlidir. Əgər xəstənin vəziyyəti
çox ağır deyilsə, onu təcili olaraq
maşında xəstəxanaya çatdırmaq la-
zımdır. Lakin bir çox ağır hallarda
xəstənin xəstəxanaya müstəqil su-
rətdə aparılması xeyli təhlükəli ola
bilər. Yaxşısı budur ki, zərərçəkəni
xəstəxanaya təcili yardım briqadası
çatdırsın. Çünki xəstəxanada zə-
rərçəkənə xüsusi zərdab vurulacaq
və ya digər müalicə üsulları tövsiyə
olunacaqdır.
Vaxtında düzgün tibbi yardımın
göstərilmədiyi təqdirdə zərərçəkəndə
əvvəlcə həyəcanlılıq, daha sonra
isə əzginlik, dərinin avazıması, nəb-
zin sürətlənməsi, başgicəllənmə,
kəskin zəiflik, arterial təzyiqin en-
məsi, huşun itirilməsi, tənəffüsün
və ürək döyünməsinin dayanması
ilə müşayiət olunan şok başlaya bi-
lər. İlan çalması zamanı heç bir
halda yaranı yandırmaq (isti bir
şeylə və sair), bu yerdə dərini kəs-
mək, zərərçəkənə spirtli içkilər ver-
mək olmaz!
– Əqrəb, arı, böcək və həşə-
rat sancmalarına da az rast
gəlmirik.
– Bəli, isti günlərdə belə hallar
gündəlik həyatımızda müşahidə olu-
nur. Əqrəb sancan adama spirt ve-
rilməməli və yara bağlanmamalıdır.
Əqrəblər iqlimi quru olan ərazilərdə
geniş yayılmışdır. Onlar sərin və
nəm olan yerlərdə məskunlaşır. Əqrəb
sancması baş vermişsə, həkim gələnə
qədər yara yuyulmalı və üzərinə so-
yuq kompres qoyulmalıdır. Burada
ilk şərt həkimə çatdırana qədər əqrəb
sancmış nahiyəni tərpətməmək, həm-
çinin xəstəni hərəkət etməyə qoyma -
maqdır. Digər tərəfdən, yaranın yu-
xarı hissəsini dəsmalla bağlamaq və
yaraya dəsmala bağlanmış buz par-
çası qoymaq lazımdır. Belə etdikdə
buz orqanizmə zəhərin daxil olması
prosesini ləngidir.
– İlan və əqrəb zəhəri əleyhinə
zərdab ehtiyatının yaradılmasına
yay aylarında daha çox ehtiyac
yaranır. Çalışdığınız xəstəxanada
bu sahədə vəziyyət necədir?
– Mövsümə uyğun olaraq Nax-
çıvan Muxtar Respublika Xəstəxa-
nasında hər il olduğu kimi, bu il də
kifayət qədər ilan və əqrəb zəhəri
əleyhinə zərdab ehtiyatı yaradıl-
mışdır. Zərdablar təkcə muxtar res-
publika xəstəxanasına deyil, bütün
rayon mərkəzi xəstəxanalarına, ilan
və əqrəb sancmaları daha çox rast
gəlinən böyük kəndlərimizin həkim
ambulatoriyalarına ehtiyac olan qə-
dər paylanılmışdır. Zərdabların mo-
novalent, polivalent, gürzə əleyhinə
növləri vardır. Biz, əsasən, polivalent
zərdab növündən istifadə edirik.
Zərdabların istifadə qaydasını mə-
nimsəmək üçün əvvəlcədən bu işlə
məşğul olan tibb işçilərinə semi-
narlar keçirilir. Bu zərdablar istifadə
olunduqca zərdab ehtiyatı Naxçıvan
Muxtar Respublikası Səhiyyə Na-
zirliyi tərəfindən vaxtaşırı tənzim-
lənir. Zərdabların istifadə müddətinə,
xüsusi saxlanma şəraitinə daim nə-
zarət edilir. Bu iş təlimata və günün
tələblərinə uyğun şəkildə aparılır.
– Ehtiyat tədbirləri barədə nə
deyə bilərsiniz?
– Çox təəssüf ki, bəzən yay fəs-
linin ilan-əqrəb fəsadlarına qarşı eh-
tiyatlı olmaq əvəzinə ilanın ağına
da, qarasına da lənət oxuyuruq. İlan-
lar adi halda insanlara hücum etməz
və onları sancmağa qalxmaz. Qorx-
duqları halda və ya ayaqlandıqda
özlərini müdafiə etmək üçün insanı
sancırlar. İlanlar, adətən, insanlara
qarşı ilk olaraq aqressivlik göstər-
mirlər. Bir çox hallarda ilan insana
özünü qorumaq məqsədilə hücum
edir. Odur ki, təhlükəli sahələrdə,
xüsusilə gecələr ehtiyatlı olmalı, re-
zin materialdan hazırlanmış uzun-
boğaz çəkmələrdən istifadə etməli,
bədənə yapışmayan köynək və şalvar
geyinməliyik.
Müsahibəni apardı:
Hüseyn ƏSGƏROV
İlanın ağına da, qarasına da lənət oxumaqdansa…
Yay fəslinin ilan-əqrəb fəsadları
İ
lan çalması muxtar respublikamızda nadir rast gəlinən bir
hadisədir. Lakin Naxçıvanın zəngin fauna aləminə zəhərli
ilanların da daxil olduğunu nəzərə alsaq, demək olar ki, ilan çalma-
sından heç birimiz sığortalanmamışıq. Xüsusilə də rayonda yaşayan
və ya oraya tez-tez səfər edən, otlaqda gəzməyi xoşlayanlara bu məs-
ləhətlər birbaşa aiddir. Yay aylarında ilan və əqrəblərin fəallaşması,
ilan çalması, əqrəb sancması nəticəsində baş verən zəhərlənmələrə
təsadüf edilir. Bu sahədə əhalinin maarifləndirilməsi zərurətini
nəzərə alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanası Reanimasiya
şöbəsinin müdiri, həkim anestezioloq-reanimotoloq Azər Məmmədov
ilə həmsöhbət olduq:
İtmişdir
Naxçıvan şəhəri, Ş.Xiyabani küçəsi, ev
17-də yaşamış Həsənova Züleyxa Qulu qızı-
nın adına olan 3055 inventar nömrəli texniki
pasport və 02/21 nömrəli qeydiyyat vəsiqəsi
itdiyindən etibarsız sayılır.
Ç
Həkim məsləhəti