Tofiq Köçərli - 123 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər tam bel bağlayırdı. Bilirdi ki, Naxçıvanı daşnak Ermənistanına, sonra isə Sovet
Ermənistanına birləşdirmək siyasəti iflas edən Orconikidze bu uğursuzluğu
əvəzində Nərimanovdan, Azərbaycandan qisas almağa hazırdır.
16 mart 1921-ci il Rusiya–Türkiyə müqaviləsi Naxçıvanın Azərbaycan
protektoratı altında muxtar ərazi statusunu elan etdi. Bu, «Stalinin, Nərimanovun…
qaba təzyiqi nəticəsində olub», deyir erməni müəllifi. Heç bir fakt, heç bir dəlil
gətirmədən!
Nə Stalin, nə də Nərimanov Rusiya-Türkiyə danışıqlarının iştirakçısı
olmayıbdır. Müqavilənin bağlanmasına Stalinin hansısa təsiri, xüsusən də «qaba
təzyiqi» haqqında heç bir məlumat hələlik aşkar edilməmişdir. Nərimanovun rolu
məsələsinə gəldikdə isə onu demək olar ki, bəli, Nərimanov Moskvaya müqaviləni
imzalamağa gedən Türkiyə nümayəndə heyəti ilə Bakıda ətraflı söhbət etmişdi;
bəli, Nərimanov Leninə göndərdiyi bir sıra məktub və teleqramlarında
Azərbaycanın milli mənafeləri keşiyində möhkəm dayanmışdı.
Nərimanov Leninə yazmışdı:
- «Mərkəz Azərbaycanın müstəqilliyini tanımışdır və eyni zamanda Mərkəz
şəksiz Azərbaycan ərazilərini Ermənistana verir… Vladimir Đliç! Çoxmillətli
əhalinin hüququ və hissləri ilə belə oynamaq olmaz»
1921-ci ilin fevralında isə Nərimanov Leninə yazmışdı:
«Şərq … gözləyir nə vaxt, nəhayət, öz müqəddaratını təyin etmək haqqında
sizin ilkin fikriniz həyata keçiriləcəkdir». Həmin məktubda daha sonra qeyd edilir:
«Əzizim Vladimir Đliç, mən zəhmli saatı qabaqcadan görürəm, buna görə də sizdən
heç bir şeyi gizləməməyi lazım bilirəm. Mənə inanırlar və hər şeyi deyirlər: ucqar
muxtar respublikalarda vəziyyət və onların bizə münasibəti haqqında məndə şifahi
və yazılı məruzələr var. Bütün məruzələrdə Sovet Rusiyasının müstəmləkəçi
siyasətindən danışılır».
Nərimanovun
bu
cəsarətli
addımları
çox
ehtimal,
Rusya-Türkiyə
müqaviləsinin imzalanmasına, xüsusən də Naxçıvan haqqında maddənin