Tofiq Köçərli - 143 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər XIX əsr tarixçisi Dubrovin də kəngərlilərin «cəngavərlikdə fərqlənən» camaat
olmasını vurğulamışdır. Kəngərlilərin igidliyinə Đran hökmdarları yaxşı bələd idilər
və kəngərlilərdən orduda istifadə edirdilər. Şopenin yazdığına görə, Naxçıvan
kəngərli nəsli (Ordubadsız) Đran ordusuna 500 silahlı süvari verirmiş.
Pottoda belə bir məlumat var: Naxçıvan xanı öz süvarilər dəstəsilə Ağa
Məhəmmədxan Qacarın Tiflisə hücumunun iştirakçısı olub, o, Msxeti fatehidir.
Potto bu türk oğlu türkün Msxetidə xristian məbədinə münasibətdə göstərdiyi
kişiliyi belə qələmə almışdır: «Naxçıvan xanının havadarlığı sayəsində
Gürcüstanın qədim əzəmət abidəsi olan Msxeti baş kilsəsi salamat qaldı: Naxçıvan
xanı öz dəstəsinə dedi: «Müqəddəs yerləri və çarların qəbirlərini murdarlamaq
olmaz» Məbədə toxunulmadı» (kursiv bizimdir – T.K).
Onu da deyək ki, Tiflisin zəbt və qarət edilməsində Qarabağdan qaçmış
erməni məliklərinin mənhus rolu olmuşdur.
Bu barədə iki rəy:
1. V.L.Veliçko yazmışdır: «Tarix gürcülərə göstərdi ki, şpionluğa və
satğınlığa meyli olan insanlara etibar etmək olmaz: II Đraklinin mərhəmət edib fars
(oxu: Đbrahimxəlil xan – T.K.) təqiblərindən gizlətdiyi (və əlavə edək: 4 minlik
qoşunla kömək etdiyi – T.K.) erməni məlikləri Abo və Məcmun (Abov və
Məclum- T.K.) fəlakətli anda farslara satıldılar və 1795 –ci ildə Tiflisi qarət edib
qana boyayan Ağa Məhəmməd xanın qoşununa bələdçilik etdilər. Erməni
publisistləri ermənilərin can-dildən xristian olmalarını dedikcə israr etdikləri bir
vaxtda bu faktı yada salmaq faydalıdır».
2. Miliyyətcə erməni olan Rusiya generalı Kişmişov isə hələ Veliçkodan xeyli
əvvəl yazmışdı ki, Đran qoşunu Qarabağ tərəfdən Tiflisə gedən yolu bilmədiyinə
görə Ağdamda dayanmışdı. Qarabağın erməni məlikləri Abov və Məclum özlərini
Qacarın ordugahına çatdırır və bələdçilik təklif edirlər. Sonra Kişmişov yazır:
«Məlikləri öz vətənlərinə (Qarabağ xanlığına – T.K.) xain çıxmağa nə vadar
etdiyini başa düşmək çətindir (kursiv bizimdir – T.K.). Doğrudur, onlar hər cür
əsarətə görə Đbrahim xanın düşməni idilər. Ancaq onlara Đrakli rəğbət bəsləyirdi…