Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə141/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   137   138   139   140   141   142   143   144   ...   151
Tofiq Köçərli                                    - 142 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
sevəndir…  O,  həmçinin  geyim  və  bəzəyin  qızğın  həvəskarıdır.  Müsəlman 
qadınının  birinci  vəzifəsi  naz-qəmzənin  bütün  üsullarını  qızına  öürətməkdir. 
Ümumiyyətlə  tatar  qadınları  gözəldirlər.  Toxuma  sənətində  …  onlara  rəqib 
yoxdur».  
Naxçıvanlıların yeməkləri və məişəti haqqında müşahidələrə də nəzər salaq: 
Naxçıvanda  «şəhər  tatarları  tez-tez  bozbaş,  kabab  və  plov  yeyirlər.  Onlar 
səliqəli yaşayırlar: evlərində Xorasan xalçaları və bahalı  türk qab-qacağı, güzgülər 
və müxtəlif əşyalarla dolu sandıqlar var. Otaqların divarlaı yanında oturmaq üçün 
bir  neçə  muştaq  (silindrik  balış)  qoyurlar»  (Görünür,  muştaq  deyərkən 
«mütəkkə»ni nəzərdə tutublar).  
Yuxarıda qeyd olunduğu kimi, XIX əsr mənbələri Naxçıvan azərbaycanlılarını 
«tatarlar» və «kəngərlilər» etnik toplumlarına ayırıblar. «Opisanie Naxiçevanskoy 
provinsii» kitabına görə, Naxçıvan okruqundakı 2791 azərbaycanlı ailəsindən 920-
si  Kəngərlilər  nəslinə  mənsub  olmuşdur.  Mənbə  bu nəslin  «öz  cəngavər  xarakteri 
ilə seçilməsini» vurğulamışdır. 
Şopen  Kəngərlilər  nəslinin  1433  ailədən  ibarət  olmasını  göstərir.  Ola  bilsin, 
kəngərlilərdən  Qarabağda  qışlayanları  Naxçıvanda  aparılan  bəzi  siyahı 
alınmalardan  kənarda  qalıblar.  1727-ci  ildə  tərtib  edilmiş  «Gəncə-Qarabağ 
əyalətinin  müfəssəl  dəftəri»nə  görə,  «Naxçıvan  elatından»  olan  Kəngərli  camaatı 
Qarabağda qışlayar, Naxçıvanda yaylarmış. Onlar Arasbar və Bayad torpaqlarında 
«mal  və  mülk,  bağ  və  üzüm  bağlarına  malik  olduqları  üçün  üsr,behrə  və  qışlaq 
vergisini  Qarabağda  ödəmiş,  digər  vergilərini  və  badi-havanı  Naxçıvan 
hakimlərinə vermişlər». 
Şopenin  yazdığına  görə,  Rusiya  Naxçıvanı  işğal  edən  zaman  orada  67  xan, 
373  bəy  və  sultan  olmuşdur.  Digər  bir  rus  müəllifi  K.Smirnov  Naxçıvanda 
Kəngərli  nəslilə  yanaşı  aşağıdakı  bəy  nəsillərinin  olmasını  qeyd  etmişdir: 
Talışovlar,  Ağasıbəyovlar,  Muradəsilbəyovlar,  Şahtaxtinskilər,  Vəzirovlar, 
Cəmalbəyovlar, Sultanovlar, Elçiyevlər və s.  



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin