29) Yumaqcıqlarda ultrafiltrasiya prosesi hansı təzyiq hesabına əmələ gəlir?
A) Qanın hidrostatik təzyiqi
B) Provizor sidiyin osmotik təzyiqi
C) Səbəblərin heç biri
D) Plazma zülallarının onkotik təzyiqi
E) Bütün göstərilən səbəblər
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
30) Hüceyrəxarici mayenin həcminin requlyasiyasına aldesteronun təsir mexanizmi nədən ibarətdir?
A) Antidiuretik hormonun sekresiyası
B) Kaliumun ekskresiyasının artması
C) Kanalcıqlarda natriumun reabsorbsiyasının artması
D) Kaliumun ekskresiyasının azalması
E) Kalsiumun ekskresiyasının artması
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
31) Hansı hüceyrə elementləri böyrəklərin autorequlyasiya funksiyasını təmin edir?
A) Bütün sadalananalar düz deyil
B) Bütün sadalananlar düzdür
C) Sıx ləkə hüceyrələri (Makula densa)
D) Epitelioid hüceyrələr
E) Yumaqcıqların mezangial hüceyrələri
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
32) Nefroloji təcrübədə yumaqcıq filtrasiyasının sürəti hansı maddənin klirensi ilə təyin edilir?
A) Elektrolitlərin
B) Albuminin
C) Kreatininin
D) Sidik cövhərinin
E) Qlükozanin
Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
Dostları ilə paylaş: |