806) Amiloidoz zamanı mədə-bağırsaq traktının pozğunluğu özünü nə ilə göstərir?
A) Qanaxma, mədə xorasının əmələ gəlməsi ilə
B) Dilin böyüməsi ilə
C) Bağırsağın atoniyası ilə
D) Bütün göstərilənlər ilə
E) Sorulmanın pozulması sindromu ilə
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
807) Amiloidozlu xəstələrdə hipotoniya nəyi göstərir?
A) Renin çatışmazlığını
B) Böyrəküstü vəzinin zədələnməsini
C) Pəhrizdə natriumun çatışmazlığını
D) Böyrək çatışmazlığını
E) Ürəyin zədələnməsini
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
808) Amiloidoz diaqnozu nəyə əsasən qoyulur?
A) Qanın biokimyəvi müayinəsi əsasında
B) Zədələnmiş orqanın biopsiyası əsasında
C) İmmunoqlobulinlərin təyini əsasında
D) Rentgenoloji müayinəsi əsasında
E) Böyrəklərin USM-nin nəticələri əsasında
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
809) Böyrəklərin amiloidozunun diaqnostikasında nəyin biopsiyası daha çox informativdir?
A) Göstərilənlərin heç birinin
B) Böyrəklərin
C) Dərialtı piy təbəqəsinin
D) Damağın selikli qişasının
E) Düz bağırsağın selikli qişasının
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
810) Böyrək zədələnməsi ilə müşayiət olunan mieloma zamanı diaqnozun təsdiqi üçün hansı müayinə üsulu daha düzgündür?
A) Böyrəyin arterioqrafiyası
B) Kompyüter tomoqrafiyası
C) Böyrəklərin USM-si
D) Zərdab zülalının immunoelektroforezi
E) Ekskretor uroqrafiya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |