942) Qeyd olunan markerlərdən hansı böyrəklərin xroniki xəstəliyinin V mərhələsinə xarakterikdir?
A) Böyrəklərin zədələnmə əlamətləri YFS 15 ml/dəq/1,73 m2 az zamanı
B) Böyrəklərin zədələnmə əlamətləri YFS15-29 ml/dəq/1,73 m2 zamanı
C) Böyrəklərin zədələnmə əlamətləri, həmçinin sidiyin analizinin dəyişilməsi və / ya vizualizasiya metodlarının göstəriciləri, normal və ya yüksəlmiş yumaqcıq filtrasiya sürəti (YFS) (≥ 90 ml/dəq/1,73 m2) zamanı
D) Böyrəklərin zədələnmə əlamətləri YFS 30-59 ml/dəq/1,73 m2 zamanı
E) Böyrəklərin zədələnmə əlamətləri YFS 60-89 ml/dəq/1,73 m2 zamanı
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2010, səh 606
943) Sadalananlardan hansı böyrəklərin xroniki xəstəliyinin aradan götürülməyən risk faktorlarına aid deyil?
A) Aşağı sosial – ekonomik status
B) Hiperurikemiya
C) Anadan olduqda aşağı bədən çəkisi
D) Qohumlarda xroniki böyrək xəstəliyi
E) Ahil yaş
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2010, səh 608-610
944) Sadalananlardan hansı böyrəklərin xroniki xəstəliyinin aradan götürülən risk faktorlarına aid deyil?
A) Arterial hipertenziya
B) Aşağı sosial-ekonomik status
C) Hiperurikemiya
D) Siqaret çəkmə
E) Piylənmə
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2010, səh 611-614
945) Hansı etnik qrup xəstələrdə böyrəklərin geriyə dönməz zədələnmə riski daha yüksəkdir?
A) Afroamerikanlılarda
B) Latinamerikanlılarda
C) Şimalıamerikalılarda
D) İrqin əhəmiyyəti yoxdur
E) Monqoloidlərdə
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2010, səh 609
Dostları ilə paylaş: |