229) Nefrotoksiki antibiotiklər hansılardır?
A) Eritromisin
B) Metisillin
C) Penisillin
D) Gentamisin
E) Ampisillin
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
230) Kəskin pielonefritin daha tez-tez rast gələn etioloji faktoru hansıdır?
A) Bağırsaq çöpü
B) Göy irin çöpü
C) Enterokokk
D) Stafilokokk
E) Protey
Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
231) Böyrək ödemləri üçün hansı lokalizasiya xarakterik deyil?
A) Yalnız yuxarı ətraflarda
B) Bədəndə və bütün ətraflarda
C) Üzdə
D) Yalnız aşağı ətraflarda
E) Bütün ətraflarda
Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
232) Dizurik əlamətlər nə zaman müşahidə olunur?
A) Kəskin və xroniki qlomerulonefritlərdə
B) “Süngərəbənzər böyrək”də
C) Bütün göstərilən xəstəliklərdə
D) Qöstərilən xəstəliklərin heç birində
E) Kəskin və xroniki pielonefritlərdə
Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
233) Klassik formalı kəskin glomerulonefrit hansı göstərilən infeksiyalar nəticəsində yaranır?
A) Bütün sadalanan infeksiyalar
B) Virus infeksiyası
C) Streptokokk infeksiyası
D) Bağırsaq çöpü infeksiyası
E) Stafilokokk infeksiyası
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
234) Kəskin glomerulonefritin oliqouriya dövründə hansı əlamətlər müşahidə olunur?
A) Hipostenuriya yüksək proteinuriya fonunda
B) Hiperstenuriya
C) Hipostenuriya cuzi proteinuriya fonunda
D) İzostenuriya
E) Hipostenuriya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
235) Bədən temperaturu normal olduqda və gündəlik diurez 250 ml olduğda, kəskin glomerulonefritli xəstənin maye qəbulu nə qədər olmalıdır?
A) Məhdudiyyətsiz
B) 1500,0 ml
C) 50,0 ml
D) 250,0 ml
E) 650,0 ml
Ədəbiyyat: "Dializ",M.M.Ağayev ,S.Əliyev
Dostları ilə paylaş: |