286) Analgetik nefropatiyanın kliniki əlamətləri hansılardır?
A) Mikrohematuriya
B) Polidipsiya
C) Proteinuriya
D) Poliuriya
E) Bütün göstərilənlər
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
287) Analgetik nefropatiyanın erkən əlaməti hansılardır?
A) Böyrək sancısı
B) Bütün göstərilənlər
C) Sidiyin nisbi sıxlığının enməsi
D) Leykosituriya
E) Dayanaqlı makrohematuriya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
288) Analgetik nefropatiyanın fəsadları hansılardır?
A) Uroepitelial karsinoma
B) Nekrotik papillit
C) Göstərilənlərdən heç biri
D) Bütün göstərilənlər
E) Anemiya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
289) Analgetik nefropatiya zamanı mikrohematuriyanın makrohematuriya ilə əvəz olunması nədən xəbər verir?
A) Bütün göstərilənlərdən
B) Sidik infeksiyasının inkişafından
C) Nekrotik papillitdən
D) Göstərilənlərdən heç biri
E) Sidik kisəsinin şişindən
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
290) Analgetik nefropatiya zamanı nekrotik papillit hansı əlamətlər ilə özünü biruzə verir?
A) Bütün göstərilənlərlə
B) Böyrək sancısı ilə
C) Göstərilənlərdən heç biri ilə
D) Makrohematuriya ilə
E) Obstruktiv KBÇ
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
291) Kompüter tomoqrafiyası üsulu ilə aşkar olunan analgetik nefropatiya patoqnomonik əlaməti hansıdır?
A) Kasacıq-ləyən sisteminin genəlməsi
B) Göstərilənlərdən heç biri
C) Böyrək məməciklərinin kalsifikasıyası
D) Böyrək büzüşməsi
E) Bütün göstərilənlər
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |