787) Böyüklərin böyrək polikistoz xəstəliyində ağrıya səbəb nə ola bilər?
A) Böyrəklərin kalkulyozu
B) Kistanın yığıcı sisteminə təzyiqi
C) Kistanın partlaması
D) Böyrək kapsulunun və kista boşluğunun gərilməsi
E) Sadalanan səbəblərdən heç biri
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
788) Medulyar süngərəbənzər böyrək zamanı xəstəliyin ilkin kliniki əlaməti hansıdır?
A) Böyrək sancısı
B) Renal osteodistrofiya
C) Kəskin pielonefrit
D) Arterial hipertenziya
E) Renal tubulyar asidoz
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
789) Böyüklərin böyrək polikistoz xəstəliyində proteinuriyanın səbəbi hansıdır?
A) Leykosituriya
B) Hematuriya
C) Yumaqcıq filtrinin keçiriciliyinin pozulması
D) Zülalın reabsorbsiyasının pozulması və yumaqcıq filtrinin keçiriciliyinin pozulması
E) Zülalın reabsorsiyasının pozulması
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
790) Medulyar kistoz xəstəliyində sidiyin ümumi analizində proteinuriya miqdarı nə qədər olur?
A) Proteinuriya 3,0 q/e olur
B) Müxtəlif xəstələrdə enib-qalxır
C) Yüksək arterial hipertenziyada nəzərə çarpan dərəcədə olur
D) Olmur və ya minimal olur
E) Proteinuriya 5,0 q/e olur
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |