776) Podaqraya xarakterik olan əlamətlər hansılardır?
A) Düyünlü eritema
B) Distal falanqa arası oynaqların poliartriti
C) Sadalananların heç biri
D) Tofuslar və hiperurikemiya
E) Bütün sadalananlar
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
777) Podaqra və onun müalicəsi barəsində səhv nəticə hansıdır?
A) Podaqrik ağrıları zamanı xəstədə qızdırma ola bilər
B) Allopurinolun təsiri sidik turşusunun ekskresiyasını gücləndirməkdən ibarətdir
C) Böyrək daşı xəstəliyi podaqrik nefropatiyanın kliniki variantıdır
D) Qadınlar və kişilər eyni tezliklə xəstələnirlər
E) Sinovial mayedə sidik turşusu kristallarının aşkarlanması xarakterikdir
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
778) Aşağıda göstərilənlərdən hansı podaqrik nefropatiyanın kliniki variantlarına aid deyil?
A) Kəskin urat nefropatiyası
B) Sürətlə inkişaf edən qlomerulonefrit
C) Böyrək daşı xəstəliyi
D) Xroniki interstisial nefrit
E) İkincili pielonefrit
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
779) Böyrək kanalcıqlarının sidik turşusu ilə blokadasının terapiyasına nə daxildir?
A) Allopurinol
B) Qələviləşdirən preparatlar
C) Diuretiklər
D) Bütün sadalananlar
E) Hemodializ
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |