Neft karbohidrogenlərinin qaz fazasında termiki çevrilmələrinin nəzəri əsasları



Yüklə 360,06 Kb.
səhifə12/23
tarix06.12.2022
ölçüsü360,06 Kb.
#72603
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
NEFTIN KIMYƏVİ EMALI MÜHAZİRƏ MAT-LI - копия

Katalitik riforminq
prosesinin məzmunu

Neft fraksiyalarından alınan benzinin oktan ədədi. Adəətn, yüksək olmur, ona görə də müasir avtomobillərdə daxili yanma mühərrikləri üçün yanacaq kimi istifadə edilə bilmirlər. Benzinin oktan ədədini artırmaq üçün neft-kimya sənayesi katalitik riforminq prosesindən istifadə edir. Bu prosesdə karbohidrogenlərin aşağıdakı çevrilmələri baş verir.


a) Tsikloheksanın və onun homoloqlarının aromatik karbohidrogenlərlə dehidrogenləşməsi;
b) tsiklopentan homoloqlarının tsikloheksan sırası karbohidrogenlərə izomerləşmsəi və sora aromatikləşməsi;
v) parafin karbohidrogenlərin izomerləşməsi;
q) parafin karbohidrogenlərin dehidrotsikilləşməsi;
d) oktan ədədi aşağı olan parafinlərin hidrokrekinqi (bu reaksiya nəticəsində qaz hidrogenləri əmələ gəlir və maye fazada yüksək oktan olan aromatik karbohidrogenlərin qatılığı artır);
e) katalizatorun səthində toplanan koksun hidrogenləşməsi.
İlk vaxtlar katalitik riforminqdə alümoxrom və alümomolibden katalizatorlarından istifadə edirdilər. Hazırda riforminq qurğularının əksəriyyətində alümoplptin katalizatorları işlədilir (platforminq). Bu məqsədlə γ və ya η-Al2O3 üzərinə 0,3-1,0% dispers platin çökdürürlər. Bifunksional təsir mexanizminə malik olan alümoplatin katalizatorlarında həm dehidrogenləşmə, həm də izomerləşmə reaksiyaları üçün aktiv mərkəzlər mövcuddur. Çox vaxt bu mərkəzlər bir-birindən asılı olmayaraq təsir göstərirlər. Lakin onalrın birgə təsiri katalizatorun səthində koksun toplanmasını xeyli azaldır. Aydındır ki, koks alüminium oksidin səthində əmələ gəlir, platin isə koksun hidrogenləşməsində katalizator rolunu oynayır.
Katalitik riforminq prosesində tsikloheksan homoloqlarının aromatik karbohidrogenlərə dehidrogenləşməsi sürətlə və istiliyin ududlması ilə gedir. Bu səbəbdən platforminq qurğusu bir neçə ardıcıl birləşdirilmiş adiabatik reaktorlardan ibarət olur. Reaksiya temperaturunu saxlamaq üçün reaktorların arasında qızdırıcılar yerləşdirilir.
Dehidrogenləşmə reaksiyasını, adəətən, atmosfer təzyiqində aparılar. Lakin bu təzyiqdə katalizatorun səthində koksun toplanması böyük sürətlə gedir. Prosesin yüksək təzyiqlərdə aparılması və hidrogenin sistemində resirkulyasiyası koksun əmələ gəlməsini yavaşıdır. Məsələn, 10 atm təzyiqdə işləyən katalizator regenerasiyasız bir neçə gün, 40 atm təzyiqdə isə bir neçə ay işləyə bilər. Sənayedə riforminq prosesi müxtəlif təzyiqlərdə aparıldığından “aşağı təzyiqli riforminq” və “yuxarı təzyiqli riforminq” terminlərindən istifadə edirlər.



Yüklə 360,06 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin