Neft karbohidrogenlərinin qaz fazasında termiki çevrilmələrinin nəzəri əsasları


Aşağı və yuxarı təzyiqli reforminq



Yüklə 360,06 Kb.
səhifə13/23
tarix06.12.2022
ölçüsü360,06 Kb.
#72603
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
NEFTIN KIMYƏVİ EMALI MÜHAZİRƏ MAT-LI - копия

Aşağı və yuxarı təzyiqli reforminq

Aşağı təzyiqli platforminqin məqsədi oktan ədədi maksimal olan məhsullar almaqdır. Aşağı təzyiqlərə reaksiyanın tarazlığı aromatik karbohidrogenlər tərəfə yerini dəyişir, ona görə məhsulun tərkibində reaksiyaya daxil olmayan naftenlərin miqdarı az olur.


Aşağı təzyiqli platforminq qurğusu ardıcıl birləşdirilmiş üç və ya dörd reaktordan ibarətdir. Hər bir reaktorun qarşısında qızıdırıcı qoyulur. İş prosesində bəzən “ehtiyat” reaktordan da sitifadə edirlər. Məqsəd reaktorların birində regenarasiya aparanda onun yerinə sistemə ehtiyat reaktoru qoşmaqdır. Adətən, regenerasiyadan sonra ən çox işlənmiş reaktoru sistemin başlanğıcına, təzə regenerasiya olunmuşu isə sistemin sonunan birləşdirirlər. Belə ardıcıl qoşulan sistemdə qatılğı minimal olan reagentlər Ən aktiv katalizator ilə qarşılıqlı təsirdə olurlar. Belə qurğular 480-5200S-də və 13-20 atm təzyiqdə işləyir. Hidrogenin resirkulyasiya sürəti və mayenin həcmi sürəti məhsulların detonasiyaya davamlılıq xassəsi qarşısında qoyulan tələbata uyğunseçilir. Çox vaxt 1 mol xammala 2-5 mol hidrogen, həcmi sürət isə 1-3 saat götürülür.


Katalizatorların zəhərlənməsi və regenerasiyası

Neft fraksiyalarında olan arsen, mis və qurğuşun birləşmələri riforminq katalizatorları üçün zəhər sayılır. Katalziatorun komponentlərindən biri alüminium oksid olduğundan onun turşuluğu F və ya Cl ionlarının təsirindən artır. Azotlu üzvi əsaslar isə turşuluğu qismən neytrallaşdıraraq, izomerləşmə və krekinq mərkəzlərini zəhərləyirlər. Ona görə də reaktora daxil olan xammalın tərkibində azotlu birləşmələrin qatılığı 0,5·10-4 %- dən çох оlmаmаlıdır.


Кüкürdlü birləşmələr plаtini zəhərləyirlər və аzоtlu birləşmələrdə оlduğu кimi, bu zəhərlənmə dönmə хаrакtеri dаşıyır. Аlümоplаtin каtаlizаtоrlаrındаn tərкibində 0,1%-ə qədər оlаn кüкürd оlаn хаmmаlın plаtfоrminгində istifаdə еdilsə də, аlınаn məhsulun окtаn хаrакtеristiкаsı аşаğı оlur. Əgər sirкulyаsiyа еdən hidrоgеn кüкürddən təmizlənmirsə, оndа H2S-in tоplаnmаsı bаş vеrir və оnun pаrsiаl təzyiгi хаmmаldа оlаn кüкürdün miгdаrınа görə аpаrılmış hеsаblаmаyа nisbətə dаhа çох оlur. Оnа görə hidrоgеni təmizləməк üçün rеакtоrdаn əvvəl sistеm- hidrоdеslfurizаtоr qоyulur. Bu sistеmdə аmmоniyакın və hidrоgеn-sulfidin udulmаsı nəticəsində аzоtun miгdаrı 0,5·10-4 və kükürdün miqdarı 2·10-30 %-ə qədər azalır.
Xammalda və hidrogendə olan suyun miqdarı hesablamalara görə 0,5·10-3-1·103%-dən çox olmamalıdır, çünki əks təqdirdə katalizatorun tərkibində olan suyun təsirindən hidroliz edərək hidrogen-xlorid verir, o isə qurğunun korroziya olunmasına, hidrokrekinqin güclənməsinə və benzin çıxımının azalmasına səbəb olur. Sistemdə olan suyun miqdarının nizamlamaq üçün quruduculardan istifadə edirlər. Alümoplatin katalizatorlarını regenerasiya etmək üçün içində 0,5-1% oksigen olan tüstü qazlarından istifadə edirlər. Koksu minimal iş temperaturunda, təxminən, 3000C-də yandırırlar, qazın sirkulyasiya sürətini isə elə seçirlər kiş regenarasiya temperaturu 4500C-dən yuxarı qalxmasın. Koksun yanma prosesi zəiflədikcə, oksigenin qazda olan miqdarını 2%-ə qədər qaldırırlar. Koksun yanması nəticəsində müəyyən miqdar suyun əmələ gəkməsini nəzərə alaraq, sirkulyasiya edən qazı qurutmaq lazımdır ki, katalizatorda olan hallogenli birləşmələrin hidrolizinin və bunun da nəticəsində qurğunun karroziyasının qarşısı alınsın.

Yüklə 360,06 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin