Neft-mexanika fakültəsi


Quraşdırma meydançasının hazırlanması



Yüklə 280,62 Kb.
səhifə3/7
tarix24.05.2023
ölçüsü280,62 Kb.
#121224
1   2   3   4   5   6   7
elbeykursisi1.1

1.2. Quraşdırma meydançasının hazırlanması

Takelaj vasitələrini və aparatı quraşdırma meydançsına daşımaq, eləcə də kranların hərəkəti üçün yolların hazırlanması bu işlərə aiddir. Takelaj vasitələri meydançada yerləşdirilməli, avadanlıqlar daşınacaq yollar normativ tələblərə uyğunlaşdırılmalı, özüllər və postamentlər qəbul olunmalıdır. Meydançanın səhti elə olmalıdırki, yük palispastlarının kranın qoluna nəzərən fərqlənməsi 3°-dən artıq olmasın. Aparat qaldırılana qədər layihədə nəzərdə tutulan xidmət meydançaları və boru kəmərlərinin quraşdırılması eləcə də izolyasiya, və s. aparılmalıdır.


Yükqaldırıcı vasitələr seçilərkən aparatın öz kütləsindən başqa, izolyasiyanın, xidmət meydançalarının, ştuserlərin və s. kütlələri də nəzərə alınmalıdır. Bu əlavə kütlələrin hesabı müəyyən çətinliklərlə əlaqədar olduğundan, onları təqribi olaraq, aparat metalının əsas kütləsindən asılı olaraq qəbul etmək olar. Sifarişçi avadanlığı özülün yanına gətirir.
Sonra özül boltlarını düzgün yerləşdirilməsini, onların 2 ədəd qaykanın olması yoxlanılır. Özüllərin faktiki ölçüləri layihə ölçülərindən yol verilən fərqlənmələri aşağıdakı kimi qəbul etmək olar:
1. Avadanlığın quraşdırıldığı özülün səthinin hündürlük səviyyəsi üçün maksimal buraxıla bilən kənarlaşma- -30 mm
2. Özül boltlarının özüldən kənar çıxıntısı üçün maksimal buraxıla bilən kənarlaşma- +20 mm
3. Planda əsas ölçüləri (uzunluq və eni) üçün maksimal buraxıla bilən kənarlaşma +30 mm
4. Özül boltlarının oxlarının meyl etməsi (1m uzunluğa) maksimal buraxıla bilən kənarlaşma±1 mm
5. Özül boltları üçün quyuların ölçülərinə görə maksimal buraxıla bilən kənarlaşma +20 mm

8
6. Özül boltları üçün quyuların mərkəzləri ilə özülün oxu arasında məsafə üçün maksimal buraxıla bilən kənarlaşma-10 mm


1.3. Aparatın quraşdırılma üçün hazırlanması

Gövdə borulu U-varı boru dəstli istilikdəyişdiricilər qabarit aparat olduqlarından quraşdırma meydançasına tam yığılmış halda gətirilir. Onlar müxtəlif hündürlüklərdə və sıfır səviyyəsində müxtəlif hündürlüklərdə üfüqi və şaquli vəziyyətlərdə quraşdırıla bilərlər. Aparat sıfır nişanında iki ədəd özül boltları olan dəmir-beton dayaq üzərində quraşdırılır. Hündür metal konstruksiyalarda xüsusi özül hazırlanır və aparat mövcud tirlərə bərkidilir. İstilikdəyişdiricinin tərpənən dayağının altına,üstünə qatı sürtgü çəkilmiş lövhə yerləşdirilir və temperaturdan xətti dəyişmələr zamanı dayaq həmin lövhənin üstü ilə hərəkət edir. Aparatların sıfır nişanında quraşdırılması heç bir çətinlik yaratmır və müxtəlif yükqaldırma qabiliyyətli (10-50 t) kranlardan istifadə etməklə həyata keçirilir.





Yüklə 280,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin