Neft-mexanika fakültəsi


APARATIN QURAŞDIRILMA ÜSULUNUN SEÇİLMƏSİ



Yüklə 280,62 Kb.
səhifə2/7
tarix24.05.2023
ölçüsü280,62 Kb.
#121224
1   2   3   4   5   6   7
elbeykursisi1.1

1. APARATIN QURAŞDIRILMA ÜSULUNUN SEÇİLMƏSİ



    1. Aparatın konstruksiyasının təsviri və quraşdırılma xarakteristikası

Gövdə borulu istilikdəyişdiricilərin bir növü U-varı boruları olan istilikdəyişdiricilərdir. U-vari boruları olan gövdə-borulu aparatlarda boruların sərbəst deformasiyası təmin edildiyindən görə, gövdə və borular arasında temperatur gərginliyinin yaranma mümkünlüyü aradan qaldırılır. Aparat gövdədən 1, bir şəbəkəli 3, boru dəstindən və u- varı borulardan 2 ibarətdir (şək.1.1). Aparatın gövdəsinǝ boru şəbəkəsi bölüşdürücü kamera ilə 4 bərabər flansla bərkidilir. İkigedişli axın yaratmaq üçün bölüşdürücü kamerada uzununa arakəsmə 5, yerləşdirilmişdir.


U-varı tipli istilikdəyişdirici borulararası fəza ilə bir və ya iki, borularla isə ikigedişli ola bilərlər. Sonuncu halda aparatda boru dəsti ilə birlikdə gövdədən çıxarılan uzununa arakəsmə yerləşdiilir. Bu cür aparatlarda boruların sərbəst uzanmaları təmin edilir: hər bir boru gövdədən və qonşu borulardan tam asılı olmayaraq genişlənə bilirlər, ancaq gedişlər üzrə boru divarlarının temperaturlar fərqi 100-dən artıq olmamalıdır. Digər halda şəbəkənin iki hissəsinin qovuşma xəttində temperatur sıçrayışı nəticəsində qorxulu temperatur gərginlikləri yarana bilər bu zaman aparat sıradan çıxacaqdır.

6
U-varı tipli aparatların üstünlüklərinə boru dəstinin gövdədən dövri olaraq çıxarılma mümkünlüyünü və boruların xaric səthinin təmizlənməsini aid etmək olar. Ancaq bu aparatların borularının xarici səthinin mexaniki təmizlənməsi heç də rahat deyildir.U-varı boruların əyilmiş hissələrinin daxili səthləri mexaniki üsulla təmizlənmədiklərindən boruların içinə təmiz mühit verilir. Boruların daxili səthlərini su, su buxarı, qaynar neft məhsulları və ya kimyəvi reagentlərlə təmizləyirlər. Bəzən hidromexaniki üsuldan (tərkibində abraziv material olan maye axını ilə təmizləmə) də istifadə olunur.
U-varı tipli aparatın əhəmiyyətli çatışmazlıqlarına boruların yerləşdirilməsinin mürəkkəbliyini eləcə də borular sıradan çıxdıqda onların dəyişdirilməsinin mümkün olmamasını (kənar borulardan başqa), aid etmək olar.
Quraşdırılma xarakteristikalarına aşağadakılar aiddirlər:
1. İşçi sərait
2. Fəzadakı vəziyyəti
3. Kütlə və qabarit gösdəricilər
4. Aparatın texnoloji qurğu sahəsində yerləşdirilməsi
5. Konustruktiv və texnoloji xüsusiyyətləri.
Avadanlığın bütün göstərilmiş xarakteristikaları bir qayda olaraq, onun quraşdırma və təmir texnologiyasını işlədikdə nəzərə alınır.
İşçi şərait, yəni təziq və temperatur, eləcə də aparatdakı isçi mühit quraşdırma və təmir işlərinin keyfiyyətinə xüsusi tələblər irəli sürürlər. Təziq və temperatur sökülən birləşmələrin konstruksiyasına və onların təmir metodlarına təsir edir.
Avadanlığın fəzadakı vəziyyətinə görə aparatlar üfüqi, şaquli, maili və fəza vəziyyətli olurlar. U-varı tipli istilikdəyişdirici üfüqi və şaquli aparatlara aiddir. Biz bu aparatı üfüqi şəkildə quraşdıracayıq.
Aparatın kütləsi mühüm quraşdırma xarakteristikası olmaqla, quraşdırma üsulunun seçilməsində əsas amillərdən biri hesab olunur.
U-varı tipli istilikdəyişdiricinin çəkisi 83 KN-dur.
Avadanlıqın qabarit ölçüləri, yəni diametri, hündürlüyü və uzunluğu onun quraşdırma üsulunun seçilməsində əsas amillərdən biri hesab olunur.
U-varı tipli istilikdəyişdiricinin diametri 0.8 m və ümümi uzunluğu 10.3 m olduğundan, qabarit aparatdır və o tam yığılmış halda dəmir yolu nəqliyyatı ilə quraşdırılma meydançasına gətirilə bilər.

7
Quraşdırılan aparatın xarakteristikalarının hərtərəfli öyrənilməsi qurşdırma işlərinin əmək tutumunu qiymətləndirməyə və onların həyata keçirilməsinin ən səmərəli texnoloji prosesini seçməyə imkan verir. Texnoloji qurğu sahəsində yerləşməsinə görə U vari istilikdəyişdirici bina xaricində yer səviyyəsində və ya alçaq özüldə yerləşdirilən aparatlardandır



Yüklə 280,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin