3. Fənnin adı: «Neft və qaz yataqlarının işlənməsi»
İşlənmə sisteminin təsnifatı. İşlənmə sisteminin patrametrləri (quyu torunun sıxlığı, xüsusi bərpa olunan həcm, ehtiyat quyuların hasilat quyularına nisbəti, işlənmə sisteminin intensivliyi).
Səmərəli işlənmə sisteminin kompleks üsulu ilə müəyyən edilməsi.
Yataqların işlənməyə hazırlanması. Neft və qaz yataqlarının konturlanması.
Həll olunmuş qaz rejimində işlənmə göstəricilərinin dəyişməsi. Həll olunmuş qaz rejimində neft yataqlarının əsas işlənmə göstəricilərinin hesablanma ardıcıllığı.
Elastiki rejimdə konturarxası sahədə orta lay təzyiqinin və işlənmə göstəricilərinin (neft, su hasilatı, cari neftvermə əmsalı, məhsulun sulaşmasının və s.) qiymətləndirilməsi.
Verilmiş quyu dibi təzyiqində hasilatın təyini.
Verilmiş hasilatda quyu dibi təzyiqinin təyini.
Neft yataqlarının işlənməsinin layihələndirilməsi. Səmərəli işlənmə sisteminin meyarları.
Dəniz və materik neft yataqlarının işlənməsinin məxsusiyyətləri. Neftvermə əmsalı, əhatə etmə əmsalı, sıxışdırma əmsalı.
Lay rejimləri. Layın rejimlərinin müəyyən edilməsi.
Müxtəlif lay rejimlərində işlənmə göstəricilərinin dəyişməsi (neft, su hasilatı, lay təzyiqi, doyma təzyiqi, qaz amili).
Qaz və qazkondensat yataqlarının işlənməsinin məxsusiyyətləri.
Lay modeli əsasında təzyiqin və neft hasilatının dəyişməsinin proqnozlaşdırılması.
Lay modeli əsasında cəm neft çıxarılmasının, yatağın işlənmə müddətinin proqnozlaşdırılması.
Lay modeli əsasında keçiriciliyin son neftvermə əmsalına və yatağın işlənmə müddətinə təsirinin qiymətləndirilməsi.
Neft yataqlarının işlənməsində material balns metodu. Fluidlərin cəm hasilatı (F) və fluidlərin layda genişlənməsi (E).
Neftlilik konturunun sxemləşdirilməsi. Neft yataqlarında quyuların yerləşdirilməsi
Elastiki rejim üçün material balansı metodu ilə təzyiqin doyma təzyiqdən yuxarı qiymətlərində neftveriminin qiymətləndirilməsi.
Hidrodinamiki tədqiqatların mahiyyəti, məqsədi və növləri.
Neft, qaz, çoxfazalı mayelər üçün indikator əyriləri. Orta lay təzyiqinin və quyunun potensial debitinin təyin olunması.
Lay və quyuların birgə işi. Təbii fontanvurmanın şərtləri.
Neft yataqlarına suvurmanın prinsipləri. Yataqların suvurmanın başlanması vaxtı.
Çatlı kollektorların işlənmə mexanizmi.
Sulaşdırmada quyu torunun sıxlığı və sulaşdırmada neftverimi.
Neft yataqlarına suvurmanın prinsipləri. Sulaşmış quyuların bağlanması.
Layların neftveriminin fiziki-hidrodinamiki üsullarla artırılması (laylara dövrü təsiretmə).
Suvurmanın yüksəldilməsi üçün fiziki-kimyəvi üsullar (köpükəmələgətirən SAM-lar, polimerlər, qələvilər).