Keçiricilik. Kollektor süxurları səciyyələndirən ikinci əsas göstərici onların keçiriciliyidir.Keçiricilik neftli layların neftvermə qabiliyyətini müəyyənləşdirir. Süxurlarda təbii şəraitdə müəyyən təzyiq altında maye və qazın hərəkətetmə xassəsi keçiricilik adlanır. Başqa sözlə, süxurun flüidləri özündən süzdürə bilməsi qabiliyyətinə keçiricilik deyilir. Keçiricilik məsamə boşluqlarının strukturu ilə sıx əlaqədardır. Deməli, keçiriciliyin dərəcəsinin təyin olunması, məsaməliyi daha dərindən öyrənməklə mümkündür. Neft, qaz və suyun (flüidlərin) məsamələr üzrə hərəkəti prosesinin öyrənilməsi neft-qaz yataqlarınm istismar və işlənilməsində böyük əhəmiyyətə malikdir.
Keçiriciliyin səciyyələndirilməsi fransız mühəndisi A. Darsinin adı ilə bağlıdır və Darsi qanunıı adlaınr. Bu qanuna görə:
Q=Fk(p1-p2)/Lµ
burada Q - mayenin sərfı , sm3/san; F- məsaməli süxurun en kəsiyinin sahəsi, sm2; p1-p2 - məsaməli süxur nümunəsinin əwəlində və axırında yaranan təzyiqlər fərqi, MPa; L - suxur nümunəsinin uzunluğu, sm; p -mayenin özlülüyü, sp; k —keçiricilik əmsalıdır.
Keçiricilik əmsalı qranulyar süxurlar üçün yuxarıdakı düsturdan belə təyin olunur:
K=QµL/F(P1-P2)
Keçiricilik əmsalı millidarsi (md), Darsi (d), 10-3 mkm2, 10-15 m2 kimi vahidlərlə ölçülər.
Çatlı süxurların keçiricilik əmsalı isə :
K = 85000 b2 • m olur
burada : b - çatların orta en kəsiyi; m - çatların məsaməliyidir.
Süxurların keçiriciliyi ilə məsaməliyi arasında kəmiyyətcə funksional asılılıq yoxdur. Bunlar arasında ancaq keyfiyyət əlaqəsi vardır. Məsələn, yaxşı məsaməli süxur keçirici olmaya da bilər. Gil süxurlarının bəzən yüksək (40 - 50%) ümumi məsaməliyi olduğu halda, keçiriciliyi yox dərəcəsində olur. Çünki bu məsamələr subkapilyar olmaqla bərabər, həm də qapalı olurlar. Əksinə, bəzi qumdaşı və eləcə də əhəngdaşı süxurları nisbətən kiçik (8-15%) məsaməlik əmsalına malik olduqları halda məsamələrin əlaqəli olması səbəbindən müəyyən keçiriciliklə səciyyələnirlər. Belə süxurlar həm yüksək neftvermə qabiliyyətinə və həm də yüksək neft məhsuldarlığına malik ola bilərlər. Kollektorların ümumi məsaməliyi ilə keçiriciliyi arasında asılılığın olmamasına dair daha bir misal göstərmək olar.
Dostları ilə paylaş: |