Neft və qazın təbii kollektoru. Kollektorun fiziki xassələri


Kollektor süxurların əsas xüsusiyyətləri



Yüklə 56,29 Kb.
səhifə2/4
tarix25.12.2023
ölçüsü56,29 Kb.
#197139
1   2   3   4
sc999rbc999st-ic59f-13

Kollektor süxurların əsas xüsusiyyətləri. Neft və qaz əsasən terrigen və karbonatlı süxurlarda toplanırlar . Lakin bəzi hallarda münasib şəraitdə neft və qaz yataqları maqmatik və metamorfik süxurlarda da formalaşa bilərlər. Belə yataqlar hal-hazırda 29 ölkədə məlumdur. Məsələn, Qərbi Sibirdəki Şaim neft yatağı qranit bünövrənin aşınmış səthində toplanmışdır; Azərbaycanda Murad- xanlı neft yatağı bu növdəndir. ABŞ-da belə tip yataqlar Texas (Litton-de-Sprinqs yatağı məsaməli və çatlı serpentenitlərdə,yuyulmuş qranitdə), Kolorado (Florens, Qoukrik, Rencli yataqları) və Kaliforniya (Santa-Mariya, Buens-Vista-Hils yataqları) ştatlarında rast gəlir. Bundan başqa bu növ yataqlar Kanadada (Atabaska), Liviyada (Amal-Aucilla-Nafora), Kubada, Vyetnamda və başqa ölkələrdə qeyd olunmuşlar.
Ümumiyyətlə, planetimizdə çıxarılan neft və qazın əsas hissəsi (90%-dən çoxu) çökmə mənşəli süxurlarda rast gəlir. Əmələgəlmə şəraitlərinə və petroqrafık tərkiblərinə görə çökmə mənşəli kollektor süxurlar üç böyük qrupa bölünürlər:
Terrigen (qum, qumdaşı, alevrit), karbonat (əhəngdaşı, mergel və dolomit) və qarışıq (terrigen - karbonat).
Kollektorluq ilkin yaxud əlaqəli törəmə məsaməliyə malik bütün növ süxurlarda yaranır və belə süxurlar kollektor adlanırlar.
Kollektorlar aşağıdakı qruplara ayrılırlar: qranulyar, çatlı, ovuqlu və ovuqlu-çatlı. Qranulyar kollektorlara məsaməli və dənəciklərarası boşluğa, yəni məsaməliyə və keçiriciliyə malik olan qumlu-alevritli süxurlar aiddir. Oolit və kristallik dənəvəri strukturlu əhəngdaşı və dolomit süxurları da qranulyar kollektor növünə aid edilir. Çatlılıqla mürəkkəbləşmiş digər qrup karbonat süxurları çatlı kollektor kimi səciyələnirlər. Çatlı kollektorlara həmçinin çatlı alevrolitlər qumdaşları, argillitlər, gilli şistlər, maqmatik və metamorlik süxurlar da daxildir. Boşluqları ovuq və çatlardan ibarət olan süxurlara ovuqlu və ovuqlu-çatlı kollektorlar deyilir.
Süxurların kollektorluq qabiliyyəti əsasən məsaməlik, keçiricilik və s. xüsusiyyətlər ilə səciyyələnir.

Yüklə 56,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin