Neft xammalının asfaltsızlaşdırılması prosesi aşağıdakı üsullarla həyata keçirilir



Yüklə 204,7 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü204,7 Kb.
#35028
1   2   3   4   5
asfaltsizlawma

Axınlar: I – xammal; II – həlledici; III – deasfaltizat məhlulu; IV – asfalt məhlulu;

V – su buxarı

Asfaltsızlaşma prosesinin daha yüksək temperaturlarda aparılması deasfaltizatın keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır, lakin bu zaman yağın potensial seçilməsi azalır, bu da iqtisadi nöqteyi-nəzərdən əlverişli deyil.

Deasfaltizatın çıxımı və keyfiyyətinə ekstraksiya temperaturunun təsiri. Yağın keyfiyyətinin tənzimlənməsi və onun seçmə dərəcəsinin artırılması üçün asfaltsızlaşma kalonunun hündürlüyü boyunca müəyyən temperatur qradienti müəyyən edilir. Bunun üçün jalyuzlu və ya dəlikli boşqablarla təchiz edilmiş ekstraksiya kalonuna xammal və həlledicinin əks-axınlar verilməsi nəzərdə tutulmuşdur. Tələb olunan ayrılma effektivliyinin əldə edilməsi üçün birinci nəsil qurğuların ekstraktorlarında qətranlı məhsulların çökdürülməsi və ayrılması üçün deasfaltizat məhlulunun çökdürülməsinin əlavə mərhələsi nəzərdə tutulmuşdur (şəkil 1.4). Bu zaman çökdürücü kameranın aşağısından qətranlı məhsul süzülür və sonradan nasosla yenidən ekstraksiya kalonuna verilir (A və B variantları). Nisbətən müasir asfaltsızlaşma qurğularında ekstraksiya kalonunun hündürülüyü boyunca həlledicinin prosiyalarla verilməsi və axının kalonda daxili qızdırılmasmın həyata keçirilməsi nəzərdə tutulmuşdur (C və D variantları). Belə olduqda qətranlı məhsulun məcburi ayrılma zərurəti aradan qalxır, ekstraksiya kalonunun yuxarı hissəsində axının sürəti azalır və deasfaltizatm keyfiyyəti artır.




Yüklə 204,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin