Qalıq yağ fraksiyalarının alınmasına yönəldilmiş asfaltsızlaşdırma prosesi əsasən propanın istifadəsi ilə həyata keçirilir. Həlledici kimi istifadə olunan propanın üstün cəhətləri: kifayət qədər yaxşı keyfiyyətli, optimal miqdarda yağ fraksiyalarının alınması, mülayim təzyiq və temperaturda prosesin aparılma imkanları hesab edilir. Bu üstünlüklərə həmçinin həlledicinin ucuzluğu və əlverişliliyini əlavə etmək olar. Maye propanla qudronun asfaltsızlaşdırılması qurğuları bir- və ikipilləli olur. Qudronun ikipilləli asfaltsızlaşması zamanı müxtəlif kokslaşma dərəcəsinə və özlülüyə malik 2 deasfaltizat alınır. Birpilləli asfaltsızlaşma prosesinə nisbətən burada onların ümumi çıxımı nisbətən yüksək olur. Beləliklə, ikipilləli asfaltsızlaşma prosesini neft xammalının resursa qənaətcil dərin emalının texnoloji proseslərinə aid etmək olar [3].
Maye propanla qudronun birpilləli asfaltsızlaşdırılması. Maye propanla qudronun birpilləli asfaltsızlaşdırılması qurğusuna (şəkil 1.8) aşağıdakı əsas bloklar daxildir: asfalt və deasfaltizat məhlullarının alınması ilə ekstraksiya kalonunda (K-l) qudronun asfaltsızlaşdırılması bloku; deasfaltizat məhlulundan propanın dördpilləli regenerasiyası bloku; asfalt məhlulundan propanm ikipilləli regenerasiyası bloku. İstifadə olunan qalıq xammal (qudron və ya konsentrat) buxar qızdırıcısında lazımi temperatura qədər qızdırıldıqdan sonra ekstraksiya kalonunun (K-1) ortasına, maye propan isə kalonun aşağısına verilir. Kalonun (K-1) ortasında propan yuxarı qaxan axında azalan xammal və daxili resirkulyat ilə kontaktda olur. Kontakt zonasında jalyuz və ya qarmaq tipli boşqablar yerləşdirilmişdir. Propan və xammalın kalonun en kəsiyi boyunca bərabər paylanması üçün kalonda propan üçün yuxarı və xammal üçün aşağı tərəfə çevrilmiş çoxlu dəlikləri olan boru konstruksiyalı paylayıcılardan keçirilir.
K-1 kalonundan xaric olana qədər deasfaltizat məhlulu yuxarıda quraşdırılmış buxar qızdırıcısında qızdırılır və sonra ən yuxarı zonada qızdırma zamanı ayrılan qətranlı məhsullardan çökdürülür. K-1 kalonunda propanm girişindən aşağıda deasfaltizat və asfalt məhlulları arasında faza ayırıcı quraşdırılmışdır. Propanın deasfaltizat məhlulundan regenerasiyası ardıcıl olaraq həyata keçirilir: əvvəlcə üç buxarlandırıcıda (3-1, 3-la 3-16, 3-26), burada buxar sahəsi olan buxar qızdırıcılardan istifadə olunur, sonra isə alçaq təzyiqdə buxarlandırıcı kalonda (K-2) Ekstraksiya kalonunun (K-2) yuxarısından propan və su buxarı qarışığı, aşağısından isə məqsədli məhsul olan deasfaltizat ayrılır. Bu məhsul nasosla götürülərək soyuducudan keçir və rezervuara göndərilir. Kalonun (K-1) aşağısından ayrılan asfalt məhlulundan propanm regenerasiyası əvvəlcə borulu sobada (S-1) qızdırılmadan sonra buxarlandırıcı-seperatorda (K-7), sonra isə buxarandırıcı kalonda (K-3) aparılır. Asfaltsızlaşma prosesinin ağır qalığı olan asfalt kalonun (K-3) aşağısından əmtəə parkına göndərilir. Hər iki kalonun (K-2 və K-3) yuxarısından xaric olan nəm propanın susuzlaşdırılması kondensator-qarışdırıcıda (T-5) aparılır. Buxarlandırıcılardan (3-1, 3-la, 3-16) və kalondan (K-7) yüksək təzyiqli propan buxarları kondensator-soyuducuda kondensləşib soyudulduqdan sonra maye propan qəbuledicisinə (E-1) daxil olur. Bura kompressorda sıxıldıqdan sonra alçaq təzyiqli propan axını daxil olur.
Dostları ilə paylaş: |