Neftvermə əmsalının artırılması üsulları


Neftin məsaməli mühitdə su ilə sıxışdırılmasının modelləşdirilməsi. Neftin məsaməli mühitdə maqnitləşdirilmiş su ilə sıxışdırılmasının modelləşdirilməsi



Yüklə 1,5 Mb.
səhifə16/32
tarix16.05.2023
ölçüsü1,5 Mb.
#114099
1   ...   12   13   14   15   16   17   18   19   ...   32
Neftvermə əmsalının artırılması üsulları

11. Neftin məsaməli mühitdə su ilə sıxışdırılmasının modelləşdirilməsi. Neftin məsaməli mühitdə maqnitləşdirilmiş su ilə sıxışdırılmasının modelləşdirilməsi.
(Karbohİdrogen mayelərİn sıxışdırılmasına maqnİtləşmİş suyun təsİrİnİn öyrənİlməsİ.)
Son zaman inkişaf etmiş üsullardan biri – su və su-dispers sistemlərinin maqnitlə emalı (SME) istehsalatda geniş yayılmışdır. J.S.Çernenko, S.T.Usatenko, V.T.Kalinina, Yu.B.Osipov tə'yin etmişdirlər ki, suya maqnit sahəsi ilə təsirdən sonra heterogen sistemlərdə bir sıra fiziki-kimyəvi effektlər əmələ gəlir: ərpin yaranması azalır; su məhlullarının qaynadılması zamanı duzların əmələ gəlməsi qabın divarlarında olmur, onlar mayenin həcmində yaranır; adsorbsiya xüsusiyyətlərinin dəyişməsi; bərk cisimlərin həll olunma prosesi tezləşir və s. V.İ.Klassenin bir sıra işlərində təcrübi isbat olunmuşdur ki, SME bərk cisimlərin səthin nəm edilməsinə təsir edir. N.S.Marinin, Yu.N.Savateev su-neft qarışığının tərkibində həll olunmuş qazların dəyişməsinin nəzəri əsasları öyrənmişlər. V.İ.Minenkonun tədqiqatları göstərdi ki, su-neft qarışığın maqnitlə emalı, əhəmiyyətli dərəcədə (25-40%) suyun və duzların məhlullardan ayrılmasını tezləşdirir. C.M.Agalarovun təcrübi tədqiqatları göstərdi ki, maqnit sahələrini neft avadanlığı üzərində duzun çökməsinə qarşı fəal tətbiq etmək olar.
ğ
Şəkil 1. Təcrübə qurğusunun sxemi.
M.İ.Davidzonun tədqiq etdiyi işdə qeyd olunur ki, statistik fizikanın və termodinamikanın ümumi əsasları SME-də yaranan maqnit sahələrin su məhlullarına təsiri zamanı təmiz suyun termodinamiki xüsusiyyətləri dəyişməməlidir. Lakin, təcrübədə təmiz su nadir halda olur, biz həmişə su məhlullardan istifadə edirik, beləliklə istehsalatda müşahidə olunan effektlər suda həll edilmiş duzlarla izah edilir. Müəyyən edilmişdir ki, kationlar Sа++,Mg ++ və anionlar Sl maqnitləşmə zamanı su məhlulunun strukturuna müxtəlif təsir edir. Maqnit sahəsinin gərginliyi 35 kА/m qədər Sа++,Mg ++ kationların sıxlaşdırma təsiri Sl anionların yumşaltmaq qabiliyyətindən böyükdür. Maqnit sahəsinin gərginliyi 35 kА/m artdıqca Sl anionların təsiri artır və gərginliyi 40 kА/m olanda (SаSl2 su məhlulu ücün) onun təsiri Sа++ sıxlaşdırma təsirindən üstün olur – lokal boşluqların sayı maxsimaldır.
A.N.Kusenko maqnit sahəsinin gərginliyini 40 kА/m qədər dəyişdirməklə, onun suyun keyfiyyətinə təsirini öyrənib. O müəyyən edib ki, maqnit sahəsinin gərginliyi artdıqca suyun tərkibi də dəyişir: oksigenin miqdarı; asılı vəziyyətində qalan zərrəciklər; ümumi, daimi, müvəqqəti codluq; rN; özlülük və temperatur.
Suyun və su-dispers sistemlərinin maqnitlə emalının icmalı bizə maqnit sahəsi ilə neftin sıxışdırılmasında bir faktor kimi istifadə etməyə fərziyyə irəli sürməyə imkan verdi. Maqnit sahəsinin neftin sıxışdırılmasında tətbiqinin münkünlüyünü məsaməli suxurun neftvermə əmsalı göstərə bilər. Bütün bunlar karbohidrogen mayelərin sıxışdırılmasında maqnit sahəsinin təsirinin laboratoriya və mədən tədqiqatlarını əsasını təşkil edir.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin