Neftvermə əmsalının artırılması üsulları


İstilik üsullarının çatışmayan cəhətləri



Yüklə 1,46 Mb.
səhifə31/38
tarix22.03.2022
ölçüsü1,46 Mb.
#54046
1   ...   27   28   29   30   31   32   33   34   ...   38
C fakepathMühazir

İstilik üsullarının çatışmayan cəhətləri

  • xüsusi avadanlıqlarının böyük qiymətlərə olması səbəbindən yüksək kapitaltutumluğu və kifayət qədər quyu torunun sıxlığından istifadə olunması şərti,

  • yüksək dərinlikli laylarda az səmərəli olması.

Buna baxmayaraq, təbii bitumların və yüksəközülülüklü neftlərin çıxarılmasında istilik üsullarının praktiki olaraq alternativi yoxdur.

Laylara istilik təsiri. Neftin buxarla sıxışdırılması – layların neftveriminin artırılması üsulu yüksək üzülü neftlərin sıxışdırılmasında daha çox yayılmış üsuldur. Bu prosesdə buxar, yer üstündən aşağı temperaturlu, yüksək özülülüklü neftləri olan laya, neftlilik konturunun daxilində yerləşən xüsusi buxar vurucu quyular vasitəsi ilə vurulur. Böyük istilik tutumuna malik olan buxar, kifayət miqdarda layı qızdıran və nisbi keçiriciliyi, özülülüyü azaltmağa qadir olan və layı dolduran bütün agentlərin – neft, su, qazın genişlənməsinə sərf olunan istilik enerjisini laya daşıyır.
Neftverməni artıran istilik üsullarına lay daxili yanma, neftin buxar ilə çıxarılması, isti suyun laylara vurulması və onların kombinasiyası daxildir. Bu üsullardan əsasən yüksək özlülüklü neft yataqlarının işlənilməsində istifadə olunur. İstilik üsullarının geniş tətbiqi nəticəsində müəyyən olunmuşdur ki, neftin özlülüyü temperaturdan əhəmiyyətli dərəcədə asılıdır. Nefti 20-250C-dən 100-1200C-yə qədər qızdırdıqda onun özlülüyü 100-500 mPas-dən 5-20 mPas-ə qədər azala bilər ki, bu da onun məsaməli mühitdə hərəkətini əsaslı surətdə artırır.

Su buxarı ilə təsir üsulu. Bu üsulun mahiyyəti səthindən kiçik temperaturlu və böyük özlülüklü (40-50 mPas) neftli laylara yüksək təzyiqlə (8-15MPa) su buxarı vurmaqdan ibarətdir. Nəticədə laya külli miqdarda istilik enerjisi daxil olur və onu qızdırır. Bu zaman neftin özlülüyü azalır, neftin, suyun və qazın həcmi isə artır.

Su buxarı ilə laya təsir etdikdə aşağıdakılara nəzərə almaq lazımdır:

Layın yatım dərinliyi 1800 m-dək, qalınlıq 10-40 m, məsaməlik 15-35%, keçiricilik 0,1 mkm2-dan, neftlə doyumluluq isə 40-50%-dən çox olduqda daha yüksək effekt əldə etmək mümkündür. Bundan əlavə bu üsul işlənilmənin ilk mərhələlərində tətbiq olunduqda daha səmərəlidir. Çünki bu mərhələdə layların sulaşması zəif olur və onun qızdırılmasına az istilik sərf olunur. Əgər layın gilliliyi 10%-dən çox olarsa, bu zaman o buxarın təsiri nəticəsində şişib prosesə əks təsir göstərə bilər.

Müəyyən olunmuşdur ki, laylara buxarın vurulması nəticəsində onların son neftvermə əmsalını 20% qədər artırmaq mümkündür.

İsti su ilə təsir üsulu. Bu üsul yüksək özlülüklə və parafinlə səciyyələnən neft yataqlarının işlənilməsində daha çox istifadə olunur. Bu zaman laya vurulan suyun temperaturu layın temperaturundan yüsək olmalıdır. Üsulun tətbiqindən istismar obyektinin yatım dərinliyi 1500 m qədər, kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan böyük, məsaməlik 18%-dən, layların neftlə doyumluluğu 50%-dən çox, neftin özlülüyü 5 mPas qədər, layın qalınlığı 10-100 m olduqda daha yüksək effekt alınır. Laylara isti suyun vurulması nəticəsində onların son neftvermə əmsalını 4-10% artırmaq mümkündür.

Lay daxili yanma üsulunun əsası ondan ibarətdir ki, məsaməli mühitdə olan neftin bir hissəsi yanıb onun yanmayan fraksiyasını hərəkətə gətirir. Bu zaman neftin özlülüyü azalır və axıcılığı yüksəlir. Üsulun tətbiqi layların yatım dərinliyi 1500-2000 m qədər olan yataqlarda əlverişlidir. Lay daxilində yanmanı aparmaq üçün layın qalınlığı 2-30 m, qalıq neftlə doyması 50-60%, ilk sulaşması 40% -ə qədər olmalıdır. Üsulun tətbiqinə mənfi təsir edən faktorlar layların çatlı və yüksək qeyri-bircinsliliyi, qaz papağının mövcudluğu, süxurların gilliyinin çox və örtük süxurların qalınlığının az olması və s.-dir.

Lay daxili yanma üsulu layların son neftvermə əmsalını 20% qədər artırmağa imkan verir.

LNA üsullardan istilik üsulları daha perspektiv hesab olunur.

İstilik üsullarından buxar ilə neftin sıxışdırılıb çıxarılması müxtəlif geoloji-fiziki şəraitə malik olan bir çox yataqlarda sınaqdan keçirilmişdir. Üsulun tətbiqi Tatarıstanın Novo-Suksin yatağında (1981), Qazaxıstanın Kenkiyak (1972), Karajanbas (1982), Uzen (1970), Timan-Peçora vilayətinin Yareq (1968), Usin (1982), Ukraynanın Borislav (1970) və Sxodni (1979), Çeçenistan-İnquşetiyanın Cənubi Voznesen (1978), Staroqrozno (1979), Azərbaycanın Xorasanı (1969), Puta-Quşxana (1972), Binəqədi-qırməki (1976), Krasnodarın Zıbza, Qlubokiy Yar (1965) yataqlarında öz müsbət nəticəsini vermişdir.

Azərbaycanda ilk dəfə olaraq laydaxili yanma prosesinin texnologiyası 1973-cü ildə Balaxanı-Sabunçu-Ramanı yatağının Xorasanı sahəsində QAüst sınaqdan keçirilmişdir, 1976-cı ildə isə Qoşanohur sahəsinin II QADüst və II QDalt obyektlərində tətbiq olunmuşdur. 1972-ci ildə bu texnologiya Pirallahı yatağının şimal qırışığı sahəsində də sınaqdan keçirilmiş və realizə olunmuşdur. Uzun müddət ərzində bu proses sahənin quru hissəsinin QD3, QD5, QDalt və QAD (dəniz və quruda olan sahələr) obyektlərində tətbiq olunmuşdur. Yatağın işlənilməsinin təhlili göstərir ki, Qırmaki lay dəstəsində aparılan proses bütövlükdə effektiv həyata keçirilmişdir.

1977-ci ildən nəm yanma üsulu sulfat reagentlər şöbəsi ilə Qaraçuxur, 1980-ci ildə isə Suraxanı yatağının obyektlərində tətbiq olunmağa başlandı və bu günə kimi davam etdirilir. 1984-cü ildən Umbakı yatağının 1 çokrak horizontunda nəm yanma üsulunun təcrübə-sınaq işləri də aparılmışdır.

Bu üsulun məğzini layda neftin alışdırılması, sonralar onun yanmasının və lay üzrə hərəkətinin bərpa edilməsi təşkil edir.

Proses belə yaradılır: yanma aparılacaq quyunun süzgəc hissəsinə elektrik qızdırıcısı endirilir. Sonra o, elekrtik mənbəyinə qoşulmaqla quyuya yüksək təzyiq altında sıxılmış hava vurulur. Vurulan hava qızdırıcının təsir zonasından keçərək qızır və yüksək temperaturadək qızmış hava quyudibi zonada layı qızdıraraq, orada olan neftin ağır komponentlərini közərti ilə yanmasına səbəb olur. Neftin ağır komponentlərinin yerləşdiyi süxurlara közərmə dərəcəsi böyük olan yanacaq mənbəyi kimi baxmaq olar. Quyudibi zonada neftin alışdırılıb yanması üçün elektrik qızdırıcılarından başqa kimyəvi reagentlərdən və s. istifadə edilir. Quyudibi zonada yanma sərhədi alındıqdan sonra termokimyəvi reaksiyanı davam etdirmək və yanma sərhədinin hərəkəti üçün laya müəyyən miqdar oksidləşdirici (hava, oksigen-hava və ya tərkibində oksigen olan qaz qarışıqları və s.) vurulması davam etdirilir.




Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin