Nəriman Nərimanov



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#1065
1   2   3   4
İDİL KƏNARINDA 

 

 

 

 

 

45




(Bir romanın başı) 

 

 

 

Nə gözəldir İdil çayı! 

 

 

Hacıtərxan dairəsində bu çay daha gözəl nəzərə gəlir. Bu dairədə buna çaymı, ya bir uzun göl, ya 



bir uzun dəniz də desənyaraşar! Həqiqət, çay axar suya deyirik, deyilmi? 

 

  



 

Hacıtərxan dairəsində İdilin haraya axmasını ancaq su üzərində üzən taxta parçalarından və qeyri 

suda üzən şeylərdən də bilmək mümkündür. İdil həqiqət axırsa da Kür və Terek kimi qıjıldamır. 

Səssiz-səmirsiz böyük, geniş, həmvar, gözəl, mülayim, məğrur İdil müdam hərəkətdə bulunursa 

da, gah vaxt suyun üzü şüşədən körpü yapılmış kimi nəzərə gəlir. 

 

  



 

İdil bu halətində xüsusən gecə ay işığında daha ziyadə görünür. Ay işığında suyun nazik, xırdaca 

ləpəcikləri ürəyi saf, ruhu təmiz, tam vücudu məhəbbət ilə dolmuş gözəlin şəfəqli, mehriban 

gözlərinə bənzəyir. 

 

  

 



Bu gümüş şəfəqli ləpəciklərə diqqət ilə baxınız: biri batır, əvəzinə bir qeyrisi şəfəqlənir. Guya 

utancaq bir gözəl gah sizə baxır, gah yerə.... 

 

  

 



Ah, bu gözlərdə olan nəzakət, məhəbbət, hissiyyat hansı bir əzada ola bilir? Öylə bir gözlərə 

diqqət ediniz: sizi sözsüz dəvət edir. Sizi dünya məşəqqətindən, müdam həyat müharibəsindən 

bir neçə saat xilas etmək istəyir. Siz gedirsiniz yaşıl ot üzərində əyləşib gah buludsuz göyə, gah 

bu ox kiprikli məhəbbətlə dolmuş gözlərə baxırsınız, sözsüz-felsiz bir-birinizi düşünürsünüz. 

Qeyri bir halətdə bulunmağınızı hiss edirsiniz....  Belə bir halətdə dünya məişətini, saatda 

qəlbinizi pozan, qanınızı xarab edən işləri bilmərrə unudursunuz, unudub da əcəba, bu halət, bu 

ləzzət nə üçün həmişə müyəssər deyil deyib fikrə gedirsiniz.... 

 

  



 

Bu gümüş şəfəqli nazik ləpəciklər də sizi məhəbbət aləminə dəvət edirlər. Onlar guya deyirlər: 

bəsdir, zəhmətdə bulundunuz. Tam gün məşəqqətdə bulunan əzaları rahat ediniz. Məhəbbət nə 

olduğunu düşününüz.... 

 

  

 



Ah, nə gözəl mənzərə! Nə gözəl aləm! Diqqət ilə baxıb da qulaq asınız bu nazik ləpəciklər nələr 

söyləyirlər. Necə şirin nəğmələr oxuyurlar.... 

 

  

 



 

46



Ana balasını "layla balam, layla" sözləri ilə rahat edir, deyilmi? Siz də gərdişi sevirsiniz isə 

haman laylanı bu ləpəciklərdən eşidirsiniz.... Ürəyiniz aram ilə döyünür, ruhunuz artıq dərəcədə 

ləzzətdə bulunarkən fikir edirsiniz. Əcəba, başımda tam gün dolanan qara fikirlər, ürəyimi hər 

saatda, hər dəqiqədə iztiraba salan işlər harada qaldı? 

 

  

 



Tamam vücudunuz ilə gərdişə tabe olub da öz-özünüzə deyirsiniz: mən sevirəm, mən hamını 

sevirəm.... 

 

  

 



Canlı, cansız şeylər, bu oturduğum qayıq, bu qayığın dörd tərəfində balaca ləpəciklər, bunlara 

işıq salan ay, bu üstümdə baxan ulduzlar, bu qayıq altında üzən balıqlar, o kənarda gəzən 

heyvanlar, bu heyvanlara sahib olan insanlar--bunlar, bunlar hamısı guya mənim məhəbbətimi 

tələb edirlər.... 

 

  

 



Fəqət bir az keçmiş gördüyünüz və məhəbbət bağladığınız mənzərə təğyir tapır: odur, bir böyük 

paraxod tapbıldaya-tapbıldaya var qüvvətlə suyu yara-yara gedir də İdilin həmvar üzünü 

çaxnaşdırır. Zorba ləpələr paraxodun hər iki tərəfindən, "şişş", səslə bir-birini qovurlar. 

Rastlarına gələn ufacıq qayıqları, ölüm çanaqlarını bir neçə arşın yuxarı qalxızırlar. Dağın 

başında bir uçuruma düşən şey kimi balıqçılar bu ölüm çanağında gah yuxarı qalxırlar, gah  

birdən quyuya bənzər iki ləpə arasına düşürlər. Fikir edirsiniz....  Budur, qayıqçılar hazır suya 

qərq olacaqlar.... 

 

  



 

Mənzərənin belə bir təğyir tapmağı halınızı büsbütün dəyişir. Sizə layla vəd edən ləpəciklərin 

əvəzinə zorba, dəhşətli, hirsli ləpələr, paraxodun suyu yarıb iti getməyi, balıqçıların təhlükəli 

halları, səs-küyültü, fışıltı sizi yuxu aləmindən yenə məşəqqət aləminə salır. 

 

  

 



Yenə əski fikirlər. Yenə müharibə, yenə həyatı hifz edərkən həyatı puç etmək, yenə də tərəqqi-

tənəzzül, büğaz, həsəd, kizb, yenə də qanlı başlar, şad-xürrəm qəhqəhələr, yenə də acından quru 

yerdə zır-zır edib can verənlər, qaz əti ilə plov yeyib qu balış üstə istirahət edənlər, yenə millət 

naminə işləyib milləti satanlar. 

 

  

 



Ah, gözəl İdil, mən bu fikirlərdən bir neçə saat azad olmaq istədim, ruhum, bədənim mənim təbii 

yorunuq istərkən mən sənin nazik, nəzakətli ləpəciklərinə pənah gətirirdim. 

 

 

 



 

 

 



 

 

 



47


 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin