Nəriman Nərimanov



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#1065
1   2   3   4
BİR KƏNDİN SƏRGÜZƏŞTİ 

 

Hekayə 

 

  



 

  

 



  

 

  



 

Keçənlərdə Qafqaz kəndlərindən birində bir neçə vaxt günlər keçirtdim. Bu kənd böyük, zəngin 

bir kənd idi. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilməyini 

görərdi: məhəllənin biri dağ başında, küçələri toz, torpaq, dar, palçıq evləri bir-birinin içində; 

ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. Məhəllənin biri N. 

ikincisi isə İ. adı ilə məşhur idi. 

 

  

 



Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu. 

 

  



 

Nağıl edirlər ki, N. və İ. iki böyük adamın adları imiş: bunlar vaxtında hərə öz məhəlləsinin abad 

olmağına cidd-cəhd etmişlər, ona görə də adları həmişəlik qalmışdır.... 

 

  



 

Bu iki məhəllə bir-birinə oxşamadığı kimi, bunların camaatı da bir-birinə oxşamırdı, yəni hər 

məhəllənin xalqı xüsusi bir yolla dövran sürürdü. N. məhəlləsinin camaatı ata-babadan yerli, 

tavanlı olub, günlərini müttəsil kefdə, eyş və işrətdə keçirən bir xalq idi. 

 

  

 



Bu məhəllənin adamlarına dürüst diqqət olunsaydı, yəni bunların zindəganlığını mükəmməl 

surətdə bilən bir adam olsaydı, yəqin ki, deyərdi: belə bir zövq və səfa ilə yaşamaq bunlara irslə 

çatmışdır. 

 

  



 

Biləks, İ. məhəlləsinin camaatı zəhmətkeş bir camaat idi. Bura adamları vaxtında yerlərini əkər 

və vaxtında biçər; tez-tez şəhərə gedər, alver edər və şəhərdən bir çox şeylər öyrənib daima 

tərəqqidə bulunardılar. 

 

  

 



N. camaatı da şəhərə gedərdi, fəqət bu camaata məxsus onlar şəhərdən gələndə ancaq 

çayxanalarda, qəhvəxanalarda görüb-eşitdiklərindən dəm vurardılar. 

 

  

 



48


 

Vaxt bir vaxt idi ki, şəhərlərdə məktəb az tapılardı. Bununla belə İ. məhəlləsinin camaatı məktəb 

fikirinə düşmüşlərdi. Fəqət N. məhəlləsi bu fikirə bir növ mane olurdu.  

 

  



 

Məsəla, belə bir məsələ üçün kəndxuda (starşina) hər iki məhəllədən adam çağırardı, vəkillər 

dəvət edərdi. İ. məhəlləsinin vəkilləri həmişə gələrdilər, halbuki N. məhəlləsindən bir adam da 

gəlməzdi. Ona görə də məktəb məsələsi uzandıqca uzanırdı. Xülasə İ. məhəlləsinin camaatı 

camaat işlərində artıq dərəcədə cidd-cəhd edər və öz arasında böyük ittihadla iş görərdi. Sudya, 

kəndxuda və yainki müəyyən bir iş üçün inmirəlilər həmişəcidd-cəhd edərdilər ki, əməlli 

adamlarını seçsinlər, yəni seçdikləri şəxslər işə yarayan olsunlar, müftəxor olmasınlar, rüşvət 

yeməsinlər, camaata xəyanət etməsinlər. N. məhəlləsinin adamları camaat işlərinə qarışmazdılar. 

Hərdənbir vəkil lazım olanda "Əmi" sözü ortalığa düşərdi. Bu Əminin adı uzun olduğu üçün 

kimsə onu adı ilə çağırmazdı. Zatən Əminin adını demək olmazdı, çünki N. məhəlləsində 

böyükləri öz adları ilə adlandırmaq eybli bir şey hesab olunurdu. Möhtərəm adamlara kərbəlayı, 

məşədi, hacı, xozeyin, fəqət ən böyük adama bu məhəllədə Əmi deyirdilər. Bu məhəllədə, 

həqiqət, Əmidən başqa bir böyük adam yox idi. Hətta Əmi bir dərəcədə məşhur olmuşdu ki, 

qeyri kəndlərdə, hətta şəhərlərdə də bu adla tanınmışdı. Xülasə, hamı buna Əmi dəyirdi. 

 

  

 



Əmi 70-80 yaşında olardı. Amma bunu da demək gərək ki, bu məhəllədə heç kəs Əminin yaşını 

bilməzdi. Hamı göz açıb onu tərlan kimi gözəl görmüşdü. Ucaboy, gərdənli, qarasaqqal, xoşsima 

bir kişi idi. Dövləti başından aşardı. Nəinki N. məhəlləsində, bəlkə bütün kənddə, uezddə dəxi 

bundan dövlətli zəngin bir adam  

 

tapılmazdı. 



 

  

 



N. məhəlləsinin camaatı Əmini çox sevir və ona hörmət edirdilər. Bu da səbəbsiz deyildi. 

Məhəllənin ac bəyləri həmişə bundan borc alardılar. Əksərəndə də vaxtında borclarını verə 

bilməzdilər və yerləri Əmiyə keçərdi. Əmi qeyri adamlara da sələmlə pul verərdi. Kişi doğrudan 

da yaxşı adam idi. Kasıb-kusuba kömək edərdi. Bunlara pul buraxardı. 

 

  

 



Ancaq borcunu vaxtında verməyəndə onlara ağalıq etməyi də unutmazdı. Yəni ata oğluna tənbih 

edən kimi Əmi də onlara nisaq biçərdi ki, gələcəkdə sözlərinin üstə dursunlar ... və bu səbəblərə 

görəmi, ya qeyri bir səbəblərə görə camaat Əmini çox sevərdi. Və sevmək də lazım idi, çünki N. 

məhəlləsinin camaatından xəbərsiz Əmi lazım olan vaxt camaatın tərəfindən danışar, işlərini 

düzəldər, onlara artıq zəhmət verməzdi. N. məhəlləsinin camaatına da belə bir şey lazım idi. 

Starşina ilə, pristavla çənələşmək asan iş deyil, bir az hətta xatası da var. Bir də pristav və 

naçalnik gələndə həmişə Əminin evində düşərdilər. Bu iş Əminin adını daha artıq ucalandırırdı. 

Bunu Əmi özü də anlamışdı, camatını yaxşı tanıyırdı, bilirdi ki, belə adamlarla durub-oturmaq 

camaatın nəzərində böyük şeydir. Hətta belə olmuşdu ki, İ. məhəlləsinin camaatı da Əmidən 

çəkinirdi və özü də bunu guya sevirlər, buna hörmət edirlərdi. Fəqət ürəklərində buna gülür və 

çox şad olurdular ki, N. camaatının arasında Əminin nüfuzu gündən-günə artır. Şad olmaqlarına 

da səbəb var idi. İ. məhəlləsinin camaatı gözüaçıq camaat idi. Fikir edirdi ki, bir camaatın işini 

ancaq dünyadan xəbərdar, elmli bir adam yaxşı apara bilir. Əmi isə öz kəndindən başqa özgə 

aləm görməmiş, bir şeydən baş çıxarmazdı. Doğrusu, İ. məhəlləsinin camaatı durbin camaat idi. 

 

49



Əminin N. məhəlləsində nüfuzu artmaq üçün qəsdən Əmini tərif edir və naməlsəmlilərə: "Siz 

çox xoşbəxtsiniz ki, Əmi kimi böyüyünüz var" deyirdilər. N. camaatı da bu sözləri eşidib deyirdi 

ki, "Gör Əmi necə ağıllı, fərasətli adamdır ki, rəqiblər də onu böyük adam hesab edirlər". 

 

  



 

Daha bizim sözümüz olmaz. Bu xəyalla daha Əmiyə artıq bir iman gətirir, işlərini, hüquqlarını 

tamamilə ona tapşırırdılar. Hətta iş bir mərtəbəyə çatmışdı ki, ortalığa ən mühüm bir məsələ 

gələndə N. camaatı heç bir vaxt yığılıb onu müzakirə etməzdi və etməyə ehtiyac da yox idi; 

çünki yüz baş bir olsa idi, genə Əminin başı kimi olmazdı. O deyən gərək olaydı. Ona görə 

camaat da arxayın olub öz yerində oturmuşdu. İ. məhəlləsi bu əhvalı görüb dodaqaltı gülürdü. 

Doğrusu, iki məhəllə ata-babadan bir-birinə düşmən gözü ilə baxırdı. Ona görə də bu kənddə 

kəndxuda naçar bir halda bulunurdu. Bu kənddə bir-iki ildən artıq kəndxuda davam edə 

bilməzdi. Kəndxuda İ. məhəlləsindən olanda öz məhəlləsinin tərəfini saxlardı. N. məhəlləsindən 

olan da öz camaatının tərəfini saxlardı, nə isə, kəndin baxtındanmı, ya bir qeyri səbəbdənmi bu 

kənddə də bitərəf kəndxuda tapılmırdı. Amma yenə İ. məhəlləsinin tərəfini saxlayan kəndxuda 

bir az çox davam edirdi; çünki İ. məhəlləsinin tərəfdarı bilirdi ki, tamam N. məhəlləsi bir 

Əmidən ibarətdir, Əmini də lazımınca görərdi. Əlbəttə Əmiyə pul lazım deyildi. Bir medal və bir 

xaç almaq hər şeydən yaxşı idi. Doğrudan da, Əmi dünyanın hər bir ləzətini görmək istərdi. Və 

nə üçün də görməsin?! Fikir edərdi: pul ki var, onunla hər şey almaq olar; hətta onunla böyüklük 

də qazanmaq mümkündür. 

 

  

 



Və heç bir təəcüb etməməli! Həqiqət, pulun gücünə böyük adam olmaq olar, yəni böyük 

adamlarla durub-oturmaq olar. Buna da bir artıq şey lazım olmurdu: birinə qoyun, birinə inək 

bağışlardı. Birinə motal göndərərdi. Nə bilim daha, nə, nə! 

 

  



 

Bir neçə vaxt kəndə böyük nizamsızlıq düşmüşdü. Adam öldürmək, oğurluq, quldurluq nəhayət 

dərəcədə intişar tapmışdı. Kəndin öz xahişinə görə bu kənddə dövlət tərəfindən bir bitərəf 

kəndxuda təyin olundu. Doğrudan da təzə kəndxuda yaxşı adama bənzəyirdi. 

 

  

 



Bunun adı Daşdəmir idi. Doğrudan da dəmir kimi bir adam idi; özü yaxşı oxumuş, yaxşı niyyətli 

bir kəndxuda idi. Kəndin işlərini gələn kimi düzəltdi. Oğurluq, quldurluq tamamilə götürüldü.... 

 

  

 



Bir neçə vaxt keçəndən sonra təzə kəndxuda gördü ki, N. məhəlləsinin camaatı heç bir vaxt kənd 

işlərinə qarışmır və çağıranda da gəlmir; ancaq Əmi camaatın tərəfindən hərdənbir ortalığa 

tullanır. Məsələ, kənddə məktəb açmaq istəyirlər. İ. məhəlləsinin üzdə olan adamları tamamilə 

gəlir, danışır, çığır-bağır salırlar. N. məhəlləsindən ya heç adam olmur, ya olsa da bir Əmi gəlir, 

ya gəlmir.... 

 

  



 

Bir gün belə, iki gün belə....  Axırda bir gün Daşdəmir kəndxuda arvadına deyir: "Mən, doğrusu, 

N. məhəlləsinin adamlarına təəccüb edirəm. Bunlarda heç bir insan sifəti görünmür, bunlar 

qoyun kimi şeydirlər. Amma qaldı ki, İ. məhəlləsinin adamları yırtıcı bir camaatdır. Bunlardan 

 

50



qorxmalı. Doğrudur, bunların aralarında bəyzadəzad yoxdur, hamısı fəqir adamdırlar. Fəqət 

dünyadan xəbərdardırlar, öz hüquqlarına bir az toxunanda arı kimi adamın üstünə tökülürlər". 

Arvad kəndxudaya dedi: "İ. məhəlləsinin camaatını sən hala yaxşı tanımırsan. Hərgah istəyirsən 

ad qazanasan, qulluğun artsın, özünü o tərəfə ver, çünki onlar çığıran-bağırandırlar, heç bir 

şeydən görəsən ki, bir böyük şey düzəltdilər. Mənim atam bu məhəllədən olmağa görə bunların 

barəsində uşaqlıqdan çox şeylər eşitmişəm". 

 

  

 



Arvadın sözləri kəndxudanın beyninə batdı. O gündən kəndxuda N. məhəlləsinin camaatına 

qeyri bir nəzərlə baxardı. O məhəllədən bir adam şikayətlə gəlirdisə Əmidən soruşardı. Əmi də 

işə baxardı. Özünə xoş gələn adam olsaydı, deyərdi, gərəkdir kömək oluna, xoş gəlməyən adamı 

itirdirdi. Buna birəks İ. məhəlləsində bir ittifaq düşərdisə,tez özü gedərdi, işlərinə diqqətlə 

baxardı, sərəncam çəkərdi.... 

 

  



 

Nə isə Daşdəmir kəndxuda işlərini bir növ yola aparırdı. O, hamı kəndxudalardan bu kənddə 

artıq yaşadı. Hörməti də günbəgün naçalnik yanında artdı. Axırda bu payəyə çatdı ki, bir gün 

qubernator kəndə gələndə ağsaqqalların hüzurunda kəndxudaya dedi: "Mən sənin qulluqların 

əvəzinə böyük mənsəb verəcəyəm". Bu məclisdə Əmi də var idi, camaat isə öz tərəfindən 

kəndxudanın yaxşı adam olmasını qubernatora söylədi. 

 

  

 



Bu gündən Əmi daha da Daşdəmirə yavıqlaşdı. Nə üçün də  yavıqlaşmasın?! Gördü ki, 

kəndxudanın xatirini qubernator istəyir. Əmiyə də elə bu lazım idi....  Kəndin yavıqlığında bir 

bulaq var idi. Qədimdən adət üzrə bu bulağın  suyunu həftədə üç gün bir məhəllə öz tərəfinə 

aparardı. Bir gün belə oldu ki, İ. məhəlləsi suyu dörd gün öz məhəllələrinə buraxdılar. N. 

məhəlləsinin adamları bu əhvalatı Əmiyə dedilər. Əmi dedi: "Yaxşı, mən danışaram". Doğrudan 

da Əmi kəndxuda ilə görüşüb bu əhvalatı dedi. 

 

  

 



Kəndxuda Əmiyə dedi: "İ. məhəlləsi üçün bu həftə su çox lazım olduğuna görə məndən təvəqqe 

etmişdilər ki, bir gün artıq su götürsünlər. Sizdən təvəqqe edirəm kəndxudanın işinə 

qarışmayasınız". Əmi övqatı çox təlx evə gəldi. Amma bunu da bilməli ki, Əmini kəndxudanın 

sözləri qorxutmuşdu. Bu vaxtədək Əmi belə sərt söz eşitməmişdi. 

 

  

 



Əmi fikir edərdi; görünür kəndxudanın beli bərkdir ki, Əmi kimi adamla belə cürətlə danışır, 

bununla belə Əmi məhəlləsinin adamlarına dedi:--Bəli, mən kəndxudaya əhvalatı dedim o, əfsus 

etdi ki, bir ittifaqdır düşüb daha olmaz dedi. 

 

  



 

Məhəllə camaatı sakit oldu. 

 

  

 



 

51



Bu əhvalat hər ikisini imtahan meydanına çəkdi: Əmi puluna, adına ümid bağlayıb fikir edərdi: 

"Əlbəttə, kəndxuda mənim sözlərimi yerə salmaz". Kəndxuda isə sərt cavab verib Əminin 

gücünü sınayırdı. Bu fikir edərdi: "Hərgah doğrudan Əmi sidq ürəklə camaatın tərəfini saxlayır 

isə, əlbəttə, bir iş meydana gələcəkdir.Yəni camaata düz-düzünə deyər, camaat isə öz hüququnu 

müdafiə etmək üçün yanıma gələr, dərdini söyləyər...." 

 

  



 

Həqiqət, kəndxuda ağıllı bir adam idi. İki həftədən sonra İ. məhəlləsinin adamları yenə də bir 

gün artıq suyu öz məhəllərinə buraxdılar....  N. məhəlləsi yenə Əmiyə ricu etdilər. Əmi yenə söz 

verdi ki, kənxuda ilə danışar. Fəqət bu dəfə Əmi qorxusundan kəndxudaya heç bir söz demədi. 

Bununla belə məhəllə camaatına dedi ki: 

 

  



 

Kəndxudaya olmayan sözləri dedim, kəndxuda isə cavab verdi, məni bağışlayın, daha belə şeylər 

olmaz. 

 

  



 

Camaat Əmiyə inandı və sakit oldu. 

 

  

 



Yenə bir gün belə bir ittifaq düşəndə N. məhəlləsinin bir neçə cavanları daha səbr edə bilməyib 

əllərində bel su başına getdilər. Bu vaxt İ. məhəlləsinin cavanlarından da bir neçəsi su başında 

oturmuşdular. İki məhəllə adamlarının arasında söz oldu. N. məhəlləsinin adamları istədilər suyu 

öz tərəflərinə buraxsınlar. İ. məhəlləsinin adamları bunlara mane oldular. Birə beş bir-birinə 

söyəndən sonra bellərə yapışdılar....  Bunların çığırtısına kənddən hər iki məhəllədən adamlar 

töküldülər. Kəndxuda gəldi. N. məhəlləsinin adamlarından bir neçəsini tutdurdu. İ. məhəlləsinin 

adamlarına bir söz də demədi. N. məhəlləsinin adamları Əminin yanına gəldilər, əhvalatı 

söylədilər. 

 

  

 



Əmi çığır-bağır etdi: atdı, tutdu və axırda dedi: 

 

  



 

"Heyif ki, mən hazırda naxoşam, siz gediniz rahat olunuz, görərsiniz, mən kəndxudanın başına 

nə oyunlar gətirəcəyəm." 

 

  



 

Məhəllə adamı inanıb getdi, sabahı gün Əmi axşamçağı bir qoyun, bir motal kəndxudaya 

göndərdi, sonra özü də getdi....  Kəndxuda Əmini görüb dedi: 

 

  



 

"Dünənki əhvalat mənim övqatımı təlx edibdir. Bu gün naçalnikə də, qubernatora da raport 

yazmışam. Bir-iki adam gərəkdir bu kənddən sürülə, özü də sizin məhəllədən." Əmi gülümsünüb 

dedi: 


 

52



 

  

 



"Bəli, bəli, bizim məhəlləni xarab edənlər var. Bir-iki başlarına at təpmiş cavanlar gərəkdir bu 

kənddən sürülə...." 

 

  

 



N. məhəlləsinin camaatı gözlədi, gözlədi, bir şey çıxmadı. 

 

  



 

Kəndxuda öz-özünə fikir edirdi: "Doğrudan da bu məhəllənin camaatı heyvan qismi bir zaddılar. 

Bunların başlarınə nə gətirərsən yarar". Bununla belə İ. məhəlləsinin camaatı səhərnən açıq-

açığına kəndxudanın evinin qabağına dəstə-dəstə yığıldılar, səs-küy etdilər və üç adamın 

kənddən sürülməyini tələb etdilər. Naməlsəm məhəlləsindən üç adamı əlli-ayaqlı göndərdilər. 

 

  



 

Bu davadan sonra iki məhəllənin arası daha da yaman pozuldu: hər yerdə hər zaman əllərindən 

gələn pisliyi bir-birinə edərdilər. Bir gün N. məhəlləsinin arvad-uşaqları su başında olarkən İ. 

məhəlləsinin cavanları bu arvadlara sataşırlar. Hətta bir-iki qız-gəlin tutub öpürlər. Arvad-uşaq 

bir-birinə qarışıb kəndə qaçır, hərə öz evində bu əhvalatı söyləyir. Məhəllə adamı bilmir nə etsin. 

Çarə yoxdur, yenə gərəkdir. Əmiyə demək, onunla məsləhətləşmək! Əminin yanına gəlib 

əhvalatı söyləyirlər. 

 

  



 

Əmi məhəllə qeyrətini göstərməkdən ötrü papağını qoyur yerə, yumruğu ilə stola vurub deyir: 

 

  

 



"Siz bircə rahat olunuz, görərsiniz mən bu kəndxudanın başına nə işlər gətirəcəyəm. O nə 

adamdır ki, mən onunla danışım, bu günlərdə şəhərə gedəcəyəm, düz qubernatorun yanına gedib 

tamam əhvalatı söyləyəcəyəm." 

 

  



 

Bir-iki gün bundan keçmiş kəndxuda Əminin yanına gəlir. Əmi tez xörək tədarük etdirir. Ancaq 

kəndxuda deyir: 

 

  



 

"Cənab Əmi, sizin yanınıza xörək yeməyə gəlməmişəm. Mən gəlmişəm sizə bir neçə söz deyəm: 

Mən eşidirəm sizin məhəllədə bir neçə tədarüklər görülür, guya sizin məhəllə İ. məhəlləsinin 

üstə düşüb istəyirlər dava edələr. Mən yaxşı bilirəm ki, məhəllə adamı sizin sözünüzdən 

çıxmaz....  Bu, naçalnikə də məlumdur....  İndi özünüz bilirsiniz, hərgah belə bir əhvalat olsa siz 

cavab verməlisiniz...." 

 

  

 



Əmi doğrudan doğru qorxdu və dedi: 

 

53




 

  

 



"Cənab kəndxuda, mən hamının tərəfindən söz verirəm ki, belə şey heç kimin başında ola bilməz 

və camaatımız heç vaxt belə naqabil işlər etməz." 

 

  

 



Kəndxuda durub gedəndə Əmi yüz manat da verdi ki, kəndin yetim uşaqlarına, dul arvadlarına 

paylasın ...  kəndxuda gedəndən sonra Əmi tez məhəllədən bir adam çağırtdırıb dedi: 

 

  

 



"İndi kəndxuda yanıma gəlmişdi. Eşidibdir ki, bizim məhəllə adamı istəyir dava etsin." Mən 

kəndxudaya dedim: Əlbəttə, bu biabırçılığı kim qəbul edər ki, biz edək. Mən dedim hələ 

qubernatora bu əhvalatı deyəcəyəm. Kəndxuda məndən təvəqqe etdi ki, mən bu adamın qabağını 

saxladım; çünki müqəssirlər öz cəzalarına çatarlar. Ancaq bir az səbr lazımdır. İşlər hamısı 

düzələr, barışıq düşər....  Bunun cavabında mən dedim: Yox, olmaz, bu işi belə qoymaq olmaz. 

 

  



 

"Bu sözləri Əmi acıqlı deyib bir az fikrə getdi." Sonra başladı: hər halda belə bir əhvalat varsa 

siz qabağını saxlayın, çünki mən qubernatorun yanına gedib hamı işlər düzəldərəm və 

çalışacağam bu kəndxudanı buradan götürsünlər. 

 

  

 



Əminin yanına yığılan adamlardan biri dedi: 

 

  



 

"Əmi, sən bizim atamızsan, nə deyirsən qulaq asırıq. Ancaq belə də olmasın ki, bizim arvad-

uşağımıza sataşsınlar. Biz, doğrusu, bunu qəbul edə bilmərik." 

 

  



 

Onun cavabında Əmi dedi: 

 

  

 



"Siz arxayın olun, mən özüm bilirəm. Ancaq siz uşaq-muşağın qabağını saxlayınız." 

 

  



 

Doğrudan da sabahı gün Əmi şəhərə getdi. Alver edib kəndə qayıtdı. Qubernatoru nəinki 

görmədi hətta qorxusundan qubernator olan küçədən də keçmədi....  Məhəllə adamı Əminin 

şəhərdən gəldiyini eşidib bir-birinə dəydilər. Xalq Əminin evinə töküldü. Nə oldu? Nə dedi? 

Suallarını Əmiyə bir-bir verdilər. Əmi bunlara cavab verərək dedi: 

 

  



 

 

54




"A kişilər, siz bilmirsinizmi mən ölənədək varımı, yoxumu sizin yolunuzda qoymağa hazıram. 

Pul görən işi heç bir şey görməz. Nə olacaq, lazımınca pul xərc etdim. Hamı işləri düzəltdim. 

İndi kəndxudanın atasına od vuracağam. Siz gediniz, arxayın yerinizdə oturunuz, işin aqibətini 

gözləyiniz." Biçarə məhəllə adamı da gözləyə-gözləyə qaldı. Axırda N. məhəlləsindən bir neçə 

adam qazamata düşdü.... 

 

  



 

İ. məhəlləsinin adamı bu ittifaqlardan sonra belə bir ayaq aldı ki, daha o məhəllənin 

qorxusundan, axşamçağı Naməlsəm məhəlləsinin adamı evdən çıxa bilməzdi. 

 

  



 

Getdikcə, bu məhəllənin halı fənalaşdı. Kəndxuda isə N. məhəlləsinin hünərini görüb heç 

qorxmazdı və bacardığı yerədək İ. camaatına kömək edərdi, sözlərinə qulaq asardı, şikayətlərinə 

artıq dərəcədə diqqət edib lazımınca sərəncam çəkərdi. Nə üçün də etməyəydi? Kəndxuda 

dünyagörmüş, ağıllı bir adam idi....  Bilirdi ki, İ. camaatının şəhərdə yaxşı işbilən, oxumuş 

adamları vardır. Bunu da anlamışdı ki, bir iş olanda şəhərə xəbər gedir, adam göndərirlər və nə 

ki, lazımdır işlərini düzəldirlər. 

 

  



 

Bilirdi ki, bunlara yavıqlıq etsə, qulluq işləri də yaxşı gedəcəkdir. Həqiqət kəndxuda olmayan 

işləri N. məhəlləsinin başına gətirdi, bununla belə şəhərdə naçalnik, qubernatorun yanında 

hörməti günbəgün artırdı. 

 

  

 



Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı. Daşdəmir koxanı oraya təyin etdilər. Bu xəbər 

kəndə çatdı. İ. camaatı nəhayət dərəcədə qəmgin oldu. N. camaatı isə əhvalatı eşidib şadlıq 

etdilər: atıldılar, düşdülər. Kəndxudanın getməyindən bir gün müqəddəm Əmi öz məhəlləsinin 

adamlarını yığıb gülə-gülə onları təbrik edib dedi: Ay camaat, sizə məlumdur ki, bu zalım balası 

başımıza nə oyunlar gətirdi. İndi biz gərək öz koxamıza göstərək tainki bilsin ki, biz ondan 

narazıyıq, ona görə də mən məsləhət edirəm: o yola düşəndə heç kim onu ötürməyə çıxmasın. 

Onunla salamlaşmasın. Fəqət bir mənim getməyim məsləhətdir. Tainki gedəndə bir neçə söz 

demək lazımdır: bilsin, düşünsün ki, biz də varıq.... 

 

  

 



Camaat buna razı oldu. 

 

  



 

Səhər İ. camaatı hamılıqla kəndin kənarına çıxıb kəndxudanı ötürməyə hazırlaşdılar. N. 

məhəlləsindən isə Əmidən başqa bir adam yox idi. İ. məhəlləsindən vəkillər bir-bir qabağa 

yeriyib kəndxudanı alqışladılar, nitqlər söylədilər, hətta bir neçəsi ağladı. 

 

  

 



Bu halda Əmi də qabağa yeriyib dedi: 

 

  



 

55



 

"Sevgili, mehriban kəndxuda, sizi N. məhəlləsinin tərəfindən səmimi qəlbdən təbrik edirəm. Biz 

çox heyfsilənirik ki, sizi bizdən ayırdılar. Allah sizi bizə çox görməsin. Sizi özümüzə ata 

bilirdik.... " 

 

  

 



Hətta yalandan dodağını da büzdü ki, guya ağlamaq istəyir.... 

 

  



 

Həqiqət, halda isə N. camaatının bu yığıncaqda olmamağını kəndxuda heç bilmədi və hiss 

etmədi. Çünki o heç vaxt camaatı görməmişdi. Camaatın əvəzinə həmişə Əmi söylərdi o da ki, 

burada. 


 

  

 



Bəli, kəndxuda getdi. Kənddən ayrıldı. Ayrıldı, amma ürəyində açılmaz düyün qaldı. Kəndxuda 

gedə-gedə öz aləmində fikir edirdi: "N. məhəlləsinin camaatı qəribə bir camaatdır. Bunlar ya çox 

yaxşı adamlardır, ya da ki, çox axmaq. Mən əlimdən gələn yaxşılıqları onların düşmənlərinə 

etdim, onları hər vaxt düşmənlərinin ayaqlarına verdim, bununla belə yenə də Əmi kimi nüfuzlu 

bir şəxsi məni təbrik etmək üçün göndərdilər. 

 

  



 

Kəndxuda doğrudan da bilmədi bu camaaat nəyə qulluq edir, hansı allaha səcdə edir, hansı ağlın, 

hansı qeyrətin sahibidir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



56


 

 

 



 

 

 



 

 

 



 

 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin