Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə130/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   126   127   128   129   130   131   132   133   ...   175
“Xoşbəxtlik  axtaran  müharibə  uşağı”  adlı  roman  yazıb  Lüsi 

vasitəsilə  Piterə  vermişdilər,  amma  o,  əlyazmanı  oxuyub 

bəyənməmiş,  Elfridanı  dəvət  eləyib  işlərinin  yaxşı 

getmədiyindən,  çətinlikləri  aradan  qaldırmaq  üçün  çalışdı-

ğından, buna görə də bütün yollara əl atdığından danışmışdı: 

Üçüncü Reyx kitab bazarını təcrid eləyəndən sonra işlər lap 

pisləşib:  bir  vaxtlar  Stefan  Svayqı,  Herman  Hesseni,  Aqata 

Kristini,  Somerset  Moemi,  Uolt  Uitmeni,  Torlton  Uaylderi, 

Henrix Heyneni... nəşr eləyən Ernst Piter Tal indi böhrandan 

çıxmaq üçün hər cür imkanı sınaqdan keçirir; bax, elə indicə 

arxivindən iri bir qovluq tapıb, müəllifinin kim olduğunu xa-

tırlamır, bəlkə frau Elfida vaxt tapıb oxusun, əgər dəyərlidisə, 




482

nəşri barədə fikirləşsin; əlbəttə, frau Elfridanın zövqünə ina-

nır, həm də yəqin Lüsinun xətrinə bu işi boynuna götürər.

  Boynuna  götürmüşdü,  çoxdan  görmədiyi  Lülsiyə  salam 

göndərib  o  qovluqla  evə  qayıtmışdı.  Bununla  belə,  həmin 

günlərdə başı öz şərikli romanını çap etdirməyə yer tapmaq 

qayğısına  bərk  qarışdığından  qovluğun  bağını  da  açmağa 

macal tapmamışdı. Axır ki, “Praqer Tagblatt” qəzetilə dil ta-

pandan  sonra  qovluğu  xatırlamışdı.  Amma  görüşlərindən 

heç iki həftə keçməmişdi ki, gözlənilməz xəbərdən sarsıldı: 

noyabrın  son  günü  Ernst  Piter  Tal  qəfil  ürəktutmadan  elə 

kabinetindəcə keçinmişdi.

 Yasa getdi, Lüsiyə başsağlığı verdi, amma qovluq barədə 

söz salmadı: bir qədər utanırdı ki, Ernstin xahişinə vaxtında 

əməl eləməyib, həm də qovluqda nə olduğunu o vaxta qədər 

bilmirdi.  Qovluğu  da  Talın  dəfnindən  qayıdandan  sonra 

açdı. İçində iki dəst əlyazma vardı. Birincinin üstündə səliqəli 

xətlə “Qurban Səid. Əli və Nino”, digərinin üstündəsə “Qur-



ban  Səid.  Qızılbuynuzlu  qız”  yazılmışdı.  Müəllifin  adını  heç 

eşitməmişdi, beynindən keçirdi ki, yəqin, türk olar, türk ol-

masa da, hər halda, şərqlidi, bu barədə Rolfdan soruşar. An-

caq  Rolfa  Qurban  Səid  ad-soyadı  tanış  deyildi,  roman-filan 

onu heç maraqlandırmırdı, Elfrida da qovluğu bağlayıb bir 

tərəfə qoymuşdu.

 ...Əlbəttə, bütün bunları Əsəd bəyə danışmadı. Bəlkə heç 

qovluq da yadına düşməyəcəkdi, Ömər-Polf Ernst arada Piter 

Talın qəfil vəfatından söz salanda xatırladı.

 “Bilirsiniz, Əsəd bəy, – dedi, – bu da Allahın xoş təsadüfüdü, 

– məndə sizin üçün qovluq var, istərdim ki, oxuyub fikrinizi 

söyləyəsiniz, üzə çıxarmağa dəyər, ya yox?”

 “Hər halda, yəqin, mənim maraq dairəmə daxildi, frau Elf-

rida”, – Leo ümidlə onun üzünə baxdı.

 “Şübhəsiz, – ev sahibəsi qovluqdakı əlyazma dəstlərindən 

birini götürüb ona verdi. – Şərq mövzusundadı, üstəlik, əgər 

Rolf düz məlumat veribsə, bildiyimə görə, hadisələr sizin do-



483

ğulduğunuz yerlə, Bakıyla bağlıdı. Elə bilirəm ki, diqqətinizi 

çəkəcək”.

 Leo əlyazmanın ilk vərəqini oxuyub qaşlarını dartdı: Bakı 

bir  yana,  burda  söhbət  iyirmi  il  əvvəl  onun  yaşadığı 

məhəllədən, oxuduğu məktəbdən, gəzdiyi küçələrdən gedir-

di. Həyəcanlandı, səbrini basa bilməyib kağızları dəstələdi:

 “Onda mən bunu götürə bilərəmmi? Elə sabah axşama fik-

rimi sizə bildirərəm”.

 “Əlbəttə, əlbəttə, götürün, sonra ətraflı danışarıq, – Elfrida 

bir  qədər  etinasızlıqla  dilləndi.  –  Xoşunuza  gəlsə,  çox 

sevinərəm”.

 “Belə ha, Leo, – Rolf salonun o başında nəyləsə məşğul idi, 

söhbəti yarı-yarımçıq eşitsə də atmacasından qalmadı, – Elfri-

dayla dərhal dil tapmağınıza sevindim”.

 Əsəd bəy atmacaya cavab vermədi, indi yeganə arzusu evə 

tez çatmaq, qapını bağlayıb divana uzanmaq, əlyazmanı tez 

oxumaq idi. Azı, on ildi, yazırdı, amma heç vaxt belə həyəcan-

lanmamışdı;  düzdü,  ilk  yazılarını  qələmə  alanda,  “Şərqdə 

neft və qan” əlyazması üzərində işləyəndə də həyəcan duy-

muşdu; bir də Stalindən yazında əndişə içindəydi, bu da Ko-

baya heyranlıq qarışıq nifrət duymasından irəli gəlirdi, bu-

nunla belə, həmin duyğu bu qədər bütöv və amansız, oxudu-

ğu ilk cümlə bu cür təsirli deyildi, nəfəsini kəsmirdi...

 

***


 Atasının və frau Şultenin narahat şəfqətli baxışları altında 

kabinetinə  çəkildi,  paltosunu  soyunmağa  güclə  səbri  çatdı, 

elə o cür də özünü divana atdı. Səhifələri oxuyur, vəcddənmi, 

aldığı 


təəssüratın 

böyüklüyündənmi, 

neylədiyini 

bilmədiyindənmi,  vərəqləri  döşəməyə  atırdı.  Oxuduğu  ro-

manda bütün mənzərəsi, ab-havası, heyrətamiz dərəcədə ta-

nış adamlarıyla Bakı vardı, müsəlman zadəganı Əli xan Şir-

vanşir və gürcü gözəli Nino Kipiani vardı, onları saf, roman-

tik,  faciəvi  sevgisi  vardı.  Leo  istər-istəməz  hadisələrin  bir 




484

personajına çevrilmişdi, tanış küçələrdən keçir, tanış adam-

larla görüşür, uşaqlıq və yeniyetməlik yaddaşında qalanları 

xəyalında bir də canlandırırdı. 

  Əlyazmanın  son  səhifələrində  keçirdiyi  həyəcandan 

taqətsizləşib yuxuya getdiyini də hiss eləmədi.

  Səhəri  gün  yuxudan  həmişəkindən  xeyli  gec,  günorta 

yaxın ayıldı, fikri dağınıq halda, frau Şultenin yemək və pal-

tar  barədə  dediklərinə  qulaq  asmadan  evdən  çıxdı.  Yalnız 

“Herenhof”  kafesindəki  bədənnüma  güzgünün  qarşısından 

keçəndə sezdi ki, görkəmi heç xoşagələn deyil, paltarısa əzik-

üzükdü.


 “Bütün bunlar artıq yazılıb, həm də yaxşı yazılıb, peşəkar 

romançının  qələmindən  çıxıb,  –  Leo  Əsəd  bəy  kafenin 

pəncərəsindən  qarlı  küçəyə  baxa-baxa  fikirləşirdi.  – Amma 

kimin yazdığını Elfridadan soruşmaq, şübhəsiz, səfehlik olar. 

O məndən yeddi ildə on altı kitabı necə yazdığımı soruşmadı. 

Yəqin,  əlyazma  üzərində  işləməyimi  umur.  Əlbəttə,  şərtləri 

məqbul  olmasa  belə,  bundan  boyun  qaçırmaq  səfehlikdi. 

Məsələnin  maddi  tərəfi  bir  yana,  indiki  vəziyyətimdə 

müvazinətimi saxlamağa kömək eləyər. Şübhəsiz, təxəllüsün 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin