kitabının avtoru Yusif Vəzirə nahaq yerdən ayda altı yüz manat
məvacib təyin etmək, bu antologiyanın tərkibində хalq düşməni
Mədinə хanım Qiyasbəylilərlə əlaqələr saхlamaq ideoloji cəhətdən
bəzi düşmən elementlərə satılmaq deyilmidir? ...Bu təşkilatda
məfkurəcə pozulmuş, orijinallığını itirmiş, bədii yaradıcılığı sol-
ğunlaşmış şəxslər üzv olmamalıdırlar. Salman Mümtaz, Soltan
Məcid Qənizadə, Hacı Kərim Sanılı, Atababa Musaxanlı, Yusif
471
Vəzir kimilərinin tezliklə Azərbaycan Sovet Yazıçıları İttifaqı sırala-
rından xaric edilməsini qəti və inadlı surətdə tələb edirik”.
Yazını qəzetdə oxuyandan sonra Sabit Rəhmanın kitabını
rəfdən götürdü, yazdığı avtoqrafı bir də oxudu, örtüb yerinə
qoydu. Zəmanə onlarındı, onlar da zəmanə adamlarıdılar.
Yusif Vəzirsə zəmanə adamı olmadı, ola bilmədi. Bir həqiqət
var axı: insan iyirmi yaşlarında təbiətin verdiyi simayla yaşayır,
otuz yaşlarında simasını özü qazanır, əlli yaşlarındasa layiq olduğu
siması formalaşır, ona görə də bu yaşında dəyişə bilmədi...
...İyunun üçündə Dövlət Opera və Balet Teatrında AK(b)
P-nin XIII qurultayı açıldı. Yusif Vəzir həyəcandan rəngi qaç-
mış halda radionun qarşısında əyləşib “respublika rəhbəri”nin
çıxışına qulaq asırdı. Mir Cəfər Bağırovun səsi ölü sükutu
çökmüş salonda mis kimi cingildəyir, az qala, damarları part-
layacaq beynində əks-səda verirdi:
“Bir görün Yazıçılar İttifaqında kimlər əyləşmişdi: hazırda ifşa
edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nəzmi,
Böyukağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç və başqa əclaflar!”
Hökm verildi! Düzdü, adı çəkilməmişdi, amma “başqa
əclaflar”ın arasında olduğunu gün kimi bilirdi.
Ürəyi sancdı, gözləri qaraldı. Yaxşı ki, Bilqeyis xanım və
uşaqlar evdə yox idilər, işləməyinə şərait yaratmaq üçün
qayınanasıgilə getmişdilər. Açıq pəncərədən bürkülü küçənin
səs-küyünü belə eşitmirdi.
Amma yox, ya ötürmüşdü, ya da ürəyi tutanda eşitməmişdi.
“Respublikanın sahibi” onu unutmayıbmış. Səhəri gün
qəzetdə Bağırovun nitqini bir də oxuyanda Ruhulla Axun-
dov, Əli Kərimov, Əhməd Triniç, Böyükağa Talıblı, Tağı Şah-
bazi, Əli Nazim, Əhməd Cavad, Seyid Hüseyn, Salman
Mümtaz, Hacıkərim Sanılı, Hüseyn Cavidlə yanaşı öz adını
da oxudu:
“Yazıçılar İttifaqının bu gün belə sıralarını Seyid Hüseyn, Sal-
man Mümtaz, Yusif Vəzir, Sanılı, Hüseyn Cavid və başqaları kimi
qəddar burjua millətçilərindən təmizlənmədiyi faktdır”.
472
“Qəddar burjua millətçisi...” Başını bulayıb kədərlə köksünü
ötürdü. Həmin “qəddar burjua millətçisi” indi balalarına çörək
pulu qazanmaq üçün qara fəhlə işləməyə hazır idi.
İyunun səkkizində Yazıçılar İttifaqı Ağahüseyn Rəsulzadə,
Məmməd Səid Ordubadi, Məmmədkazım Ələkbərli, Hacıba-
ba Nəzərli, Səməd Vurğun, Mir Cəlal Paşayev, Hidayət
Əfəndiyev və M.Kamskidən ibarət İdarə Heyətinin iclası ça-
ğırıldı. İclasda “Kommunist” qəzetində çap olunan “Averbax-
çılığın kökünü kəsməli” məqalə haqqında danışan Səməd Vur-
ğun deyilənlərlə tamamilə razı olduğunu bildirdi, sonra İdarə
Heyətindən tədbir görməyi tələb elədi. Axırda belə qərara
gəldilər ki, məsələ İttifaqın üzv və namizədlərinin ümumi ic-
lasında müzakirə olunsun.
Axşam baldızı Aftab xəbər gətirdi ki, Hüseyin Cavidi,
Əhməd Cavadı, Mikayıl Müşfiqi ayın dördü gecəsi gəlib
evlərindən aparıblar, öldüləri-qaldıları bilinmir. Bu sarsıdıcı
xəbərlə də yaxınlaşan fəlakətin nəfəsini canında duydu: görü-
nür, heç bir qurtuluş yolu yoxdu. Rejim bağrına basdığı hər bir
varlığı əzizləmək, ya da boğmaq ixtiyarına malik idi.
Mir Cəfər Hüseyn Cavidə mükafat vermişdi, onun ailəsinin
hökumət binasından çıxarılmasına mane olmuşdu, indi
həbsinin qarşısını ala bilməyibsə, deməli, mütləq ixtiyar onun
əlində deyil. Əhməd Cavadın “Susmaram” şerindən xəbəri
vardı. Son görüşlərində demişdi, bir müəllim yoldaşına
əzbərlədib, sonra kağızı cırıb. Ancaq şeirlə necə “xalq
düşməni” olmaq mümkündü – bunu dərk eləyə bilmirdi...
Elə həmin gecə Moskvaya, Stalinə məktub yazdı. Ümid-
vardı ki, “böyük rəhbər” adlı-sanlı yazıçının taleyilə maraqla-
nacaq, tədbir görülməsi barədə göstəriş verəcək. Yenə
həyatının əsas məqamlarını təsvir elədi, “Studentlər”də
“müəyyən səhvlərə yol verildiyini” boynuna aldı: “Beş ay əvvəl
məni dövlət nəşriyyatından işdən çıxarıblar, indi işsizəm və işə
düzələ bilmirəm. Mən başı ağarmış yazıçı balalarımın keçmişimə
görə əzab çəkdiyini görəndə ümidimi hər şeydən üzürəm. Sizdən xa-
473
hiş edirəm, məni təqib və fitnələrdən qoruyasınız. Mən əzablardan
yorulmuşam, Bakıda işə düzəlməyimə bütün ümidimi itirib Qa-
zaxıstana köçmək, orda həyatımın qalan hissəsini sakit yaşayıb
ailəmə həsr etmək qərarına gəlmişəm. Mən Sizə namuslu yazıçı
sözüylə bildirmək istəyirəm, mühacirətdən Azərbaycana qayıtdığım
on bir il ərzində qanun daxilində hərəkət etmişəm, eləcə də həyatımın
sonunadək belə qalacağam”.
Səhəri gün, iyunun doqquzunda Dünyanın alıb gətirdiyi
qəzeti ürəyi və əlləri-əsə-əsə oxudu. “Ədəbiyyat qəzetəsi”, az
qala, bütün nömrəsinin onlara həsr eləmişdi. “Zirvələr fəth
eləmək” istəyən cavanlar yıxılanları insafsızcasına döyməklə
özlərinə gün-güzəran qazanmağa çalışırdılar.
“İttifaqımıza, şəxsiyyəti və yaradıcılığı etibarilə sovet platforma-
sında durmayan Əhməd Cavad, Hüseyn Cavid, H.K.Sanılı, Mu-
saxanlı, Seyid Hüseyn, Yusif Vəzir kimi millətçi, müsavatçı yazıçı-
lar, yaradıcılıq işilə heç bir əlaqəsi olmayan tacir Səlman Mümtazı,
başqa sahələrdə öz mövqelərini itirən B.A.Talıblı və Tağı Şahbazi
kimi xalq düşmənləri, Mikayıl Müşfiq kimi proletariata və sosializm
quruluşuna sadiq olmayan, hələ də öz qəlbində millətçilik fikirlərini
daşıyıb, bizi aldatmaq istəyən əclaflar qəbul edilib”.
“Əclaflar millətçi fikirlərindən əl çəkməyiblər” rubrikası altın-
da “Sonadək ifşa etməli” adlı bu məqaləni Abdulla Faruk yaz-
mışdı. O göyçaylı oğlanı tanıyırdı, “Ədəbiyyat qəzetəsi”ndə
birgə işləmişdilər, amma hələ sanballı əsərini oxumamışdı.
“Xalq düşmənləri – trotskist, müsavatçı, millətçi ünsürlər: R.
Axundov, Mikayıl Hüseynov, Əhməd Triniç, Əli Kərimov, Əli Na-
zim, B.A.Talıblı, ədəbiyyat və incəsənət sahəsində uzun müddət
kontrrevolyusion və ziyançılıqla məşğul olmuşlar... İttifaq rəhbərliyi,
çox zaman Yusif Vəzir, Seyid Hüseyn, Qantamir, Müşfiqin kontr-
revolyusion yazılarına başını qarışdıraraq, bir çox yazıçıların
əhəmiyyətli yazıları baxılmamış və çap edilməmiş qalmışdır”.
Bunları Ağahüseyn Rəsulzadə yazmışdı. Ağahüseyni Şu-
şadan tanıyırdı, özünə bir köynək yaxın bilirdi, amma görü-
nür, o da “yaşamaq” istəyirdi, yoxsa belə vaxtında, yerli olma-
474
ları bir yana, özünə böyük, müəllim saydığı adama zərbə
endirməzdi.
Rəsul Rzanın yazdığı məqalə “Düşmənlərə qarşı amansız ola-
lım” adlanırdı:
“Əhməd Cavad, Hüseyn Cavid, Talıblı, Musaxanlı, Sanılı, Yusif
Vəzir və bir sıra bunlar kibi hər zaman saxta deklorasiyalarla ortaya
çıxıb, əsl həqiqətdə isə bir düşmən kibi ədəbiyyatımızda ziyançılıq
aparan ünsürlərin ədəbi təşkilatımıza soxula bilmələri Yazıçılar İtti-
faqı rəhbərliyi və onun işinə məsul olan partiyalı, komsomolçu və
Dostları ilə paylaş: |